YÜKLƏMƏLƏR
Zəncanlı şair Huşəng Cəfəri "Aqqışqa"
| 06.03.2010, 19:51 |
Açin aqqışşğqaları Havalar tək ürəğim solqundur Quruyan dağlara yağmaq diləyir Sel olub zalim evin yıxmağa axmaq diləyir İldırım tək gecə bağrın yara şaxmaq diləyir Günə baxmaq diləyir. Açın aqqışqaları Mənə yox! Qəfəsi qəmdə qənarilərə bir rəhm eləyin Bir gülün solmasına solmamışam Qəlbimin dolmasına dolmamışam Qorxuram tüstü vura gülxanamı Açın aqqışqaları. Bir görüm ölkəm ara birləşən ellər necolub Küçələrdə yumuruq tüspürü bayraq olan əllər necolub Bizim ellər necolub. Açın aqqışqaları Bu nə evdir ki işıqliq yolu yoxdur Bilmirəm qibləm hayandır Evimin sağ solu yoxdur Birini buğz tutubdur danışanmır Biri bir şirdi düşüb dar qəfəs içrə çalışanmır Ana istəkli balaylan barışanmır İki torpaq qarışanmır Qol boyunla sarışanmır Açın aqqışqaları Eləbil ki qulağa vay səsi gəldi Analar qalmış oğulsuz “oğul eyvay” səsi gəldi Qapı taxta dalı salqın Paça bağlı səsim arqın Nə gedir səs, nə çıxır hay Oldu kal kəlmələr üstə əməğim zay Vay yasaq dilli elim vay Vay yasaq dilli elim vay
|
Категория: Мои файлы | Добавил: defaultNick |
Просмотров: 575 | Загрузок: 0
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|