Şeytanın insanlar üçün qurduğu tələlər Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarlı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya dü.ar olmuş, ilahi hüzurdan və cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizləyə bildirməkdədir : "(İblis) dedi: 'Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!' " (Əraf surəsi, 16-17) Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdıqmaq üçün çalışacağını, heç bir zaman bu çalışmalarına ara vermədən damav edəcəyinə "and içərək" bildirmişdir. İbn Abbas, ibni Məsud, Cabir və Mücahid kimi İslam böyüklərinin bildirdikləri kimi. Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəyiflətmək üçün hiylə və vəsvəsələrinə davam edəcəyinə and içmişdir. Şeytanın insan üçün qurduğu tələlərdən birincisi Əslində Allahın və möminlərin düşməni olan şeytanın tələlərindən biri: İnsan övladını aldatmasıdır. Belə ki, insana zərərli olan bir şeyi və ya bir işi, ona faydalıymış kimi təşviq edər və insanı ora doğru sürükləyər. Sonra da durar, insanın fəlakətinə gülüb şadlanar. Ona oğurluq, zina və adam öldürmə kimi neçə-neçə günahları işləməsi üçün bütün gücü ilə təşviq edər, onu belə günahlı və fəlakətli yollara sürər, sonra da onun aqibətinə sevinər. Bunu biz Uca Rəbbimizin Kitbından öyrənmişik. O bir ayədə belə buyurur: "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: 'Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!' Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: 'Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mö’minlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!' - demişdi" (Ənfal surəsi, 48) Bilindiyi kimi şeytan, Bədr döyüşündə müşriklərə Suraka bin Malik surətində görünmüş, onlara yönəlib: "Gedin savaşın! Mən sizinlə bərabərəm, övlad və uşaqlarınıza gələn zərər və fəlakətlərə qarşı sinə gəlib, sizə arxa olaram" deyərək onları aldatmışdır. Allahın əsgələri olan mələklərin Rəsulallah (s.ə.s)-ə və Onun ordusuna yardım etmək üçün endiklərini gördükdə, qaçıb oradan uzaqlaşmış və onları tək başına buraxmışdır. Rəsulallah (s.ə.s)-in şairi, bi şerində bu hadisəni dilə gətirmişdir. Şeytanın qadınla zina etməsi üçün aldatdığı rahibə etdiyi da bunun misalıdır. Əvvəlcə qadına zina etməsi, sonra onu və uşağını öldürməsi üçün yaxşı aldadan şeytan, sonra qadının əqrəbasını rahibin üzərinə göndərərək rahibi ölümlə buraxmış, ölüm vaxtı da onu qurtarmağı bəhanəsi ilə ona sədə etməsini əmr etmiş, sonra da onu buraxıb qaçmışdır. Yəni o qədər günahlar etməyə vadar etməsi bəs deyilmiş kimi, son nəfəsində onu özünə səcdə etdirərək rahibin kafir olaraq ölməsini təmin etdikdən sonra oranı tərk etmişdir. Bax onun işi budur, belədir. Hadisə ilə əlaqəli nail olan ayələrdə belə buyrulmuşdur: "(Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: 'Kafir ol !' - deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): 'Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!' - deyər" (Həşr surəsi, 16) Ayənin enmə səbəbi hər nə qədər də olsa xüsusidirsə, ifadə etdiyi məna ümumidir. Yəni şeytan, onu dost edib hiylələrinə aldanan bütün insanlara belə edər. Onları günah və küfrə sürükləməyə çalışar, bunun baş verməsi üçün tələlər qurar. Ən sonda da bütün dostlarından uzaqlaşar, "mən sizin hamınızdan uzağam" deyər və çıxar. Necə ki, axirətdə də bütün dostluq və və düşmənliklərin əsas mahiyyəti meydana çıxınca, öz dostlarına belə söyləyəcəyini də Quranımız xəbər verməkdədir: "Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). " (İbrahim surəsi, 22) Şeytanın işi-gücü şeytanlıq olduğu halda "Mən Aləmlərin Rəbbi olan Allahdan qorxaram" deməsi barəsində alimlər bəzi açıqlamalar vermişlər. Katadə və İbn İshaq "Allahın düşməni olan şeytan, "Mən sizin görmədiyinizi görürəm" deyərkən doğru söyləmiş olması ilə bərabər, "Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyərkən yalan söyləyirdi. Çünki o, Allahdan qorxan deyil" söyləmişlər. Alimlərimizdən bəzilər də : "şeytan dini və mənəvi baxımdan Allahdan qorxmayan olsa da, Allahın əzab və cəzasının gəlməsindən qorxa bilər. Necəki, hər hansı bir kafir və ya müşrikin, qəlbində dini mənası ilə Allahdan qorxusu olmamaqla bərabər, hər hansı bir kimsə tərəfindən öldürülməkdən qorxduğu kimi, Allahdan bir əzab və cəza gəlməsindən qorxmuş da ola bilər. Bunun isə dini, imani bir mənası yoxdur" demişlər. Doğru olan da bunun olmasıdır. Necə ki, Ata, Zəccac, əl Ənbari kimi alimlərimizin sözləri də bu mənanı dəstəkləyir. Şeytanın insan üçün qurduğu tələlərdən ikincisi Şeytanın tələlərindən biri də möminlərin qəlblərinə qorxu salmasıdır. Onun təlqin etdiyi qorxunun təsiri ilədir ki, möminlər şərr əhlindən və şeytanın dostlarından qorxarlar və Allah yolundakı mücadilədən üz döndərərlər. Yaxşılığı əmr etməz, pisliklərdən də çəkindirməzlər. Deyə bilərik ki, şəytanın iman əhli olanlara qarşı ən böyük hiyləsi və tələsi budur. Uca Allah kəramətli kitabında bizə bunu izah etmiş və belə buyurmuşdur: "Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö’minsinizsə, Məndən qorxun! " (Ali İmran surəsi, 175) Şübhəsiz möminlərin imanlarının qüvvəti nisbətində qəlbərindəki şəytan dostlarının qorxusu azalar, sonunda sadəcə Allahdan qorxan həqiqi möminlər olarlar. İmanları zəiflədikcə də, qəlbərlindəki Allah qorxusu azalar və artıq onlar, şəytan dostlarından qorxar, əmr və qadağaları haqqı ilə qoruyarlar. Burada şeytanın tələlərindən olaraq onun sehrini də xatırlaya bilərik. Onun sehri, insanların ağlını və könlünü müxtəlif xəyallarla təsir altına almasıdır. Onun bu sehrindən ancaq Allahın hidayət və rəhmətinə məzhər olanlar salim qala bilmişdir. O, insanların gözünü və könlünü elə sehrlər ki, faydalını zərərli, zərərlini faydalı olaraq təsvir edər. Qulun əbədi səatədinə vəsilə olacaq ən faydalı, ən gözəl şeyi çirkin, ən pis şeyləri də gözəl göstərir. Hətta elə təlqinlər edir ki, dünya və axiərin ən böyük, ən faydalı və ən uca həqiqəti olan lə iləhə illəllah həqiqətini belə, lazımsız və ya zərərli olaraq göstərə bilər. Baxırsınız ki, qul, bu İlahi və Qurani tövhidi buraxar və başqa şeylərlə məşğul olar. Bəli, şeytan özünə xas hiylə və tələləri ilə neçələrini sehrləyib fitnə və zəlalətə salmış, onların qəlbləri ilə iman və islam arasına girib fəlakətlərinə səbəb olmuşdur. Neçə-neçə batil və xürəfaları "uca həqiqətlər" şəklinə soxmuş, neçə-neçə haqq və həqiqətləri "çirkin" olaraq təsvir etmişdir. Ağılların dəyərsiz fikir və arzular üzərində israrla durmasını təşviq edən odur! Hər zəlalət vadisində, hər bidət və xürəfa ardında Adəmoğlunu yürüdən yenə odur. Beləcə insanları zəlalətdən zəlalətə, fəlakətdən fəlakətə sürükşəmişdir. Zavallı adəmoğullarını bütlərə və müxtəlif əşyaya ibadət etmək qədər alçaldan, oz qız övladları ilə öz əllərilə qumlara basdırılacaq şəkildə caniləşdirən, hər növ ar və namus hissini ataraq öz anası ilə nigahlanacaq qədər insanlıqdan uzaqlaşdıran, müxtəlif küfr və şirk yollarından gedərək səadətə çatacağını qəbul etdirən, "bu bir təzimdir" deyib insanları müxtəlif şirk növlərinə salan odur. O bəzən bunları "ağıl və fəlsəfə belə göstərir" dedirtərək, bəzən də "bunlar zamana uyğundur. Bu zamanımızda işlər belə olur" deyə düşündürərəl təşviq edər və beləcə ağılları sehrləməyi bacarar. Baxınız, atamız Adəm ilə anamıza Həvvanı Cənnətdən çıxarılmalarına səbəb olan şeytan, o ikisinə qarşı dostluq rolu oynamışdı. Adəmin iki oğlundan Qabil və qardaşı Habili öldürdüyü zaman da o ona dost idi. Tufanda boğulan Nuh qövmünün dostu, fırtına ilə həlak olan Ad qövmünün yoldaşı, şiddətli bir səslə həlak olan Saleh qövmünün yoldaşı idi. Lut qövmü, o çirkinlikləri içində yerə batırıldıqları zaman onların yanında duran, Fironu və qövmünü kibir və qürur duyğuları ilə öldürtdürən yenə də o idi. Musanın qövmündən bir qismini buzova ibadət etdirən, Qureyşə Peyğəmbnərimizlə (s.ə.s) Bədirdə savaş etdirən o idi. Hər həlak olanın, hər zəlalət və lüfrə düşənin yanında dostu həmişə o olmuşdu. Şeytanın insan üçün qurduğu tələlərdən üçüncüsü Şeytanın tələlərindən biri də: and içərək nəsihətçi roluna girməsidir. Necə ki, atamız Adəmə və anamız Həvvaya da belə etmişdir. "And içirəm ki, mən sırf sizin yaxşılığınız üçün deyirəm! Sizə nəsihətdən başqa bir məqsədim yoxdur!" deyərək andlar içmişdir, onların əbədiyyən cənnətdə qalmalarından başqa bir şey istəmədiyinə dair onları inandırmışdı. Uca Allah bu halı bizə bu ayədə xəbər verməkdədir: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: 'Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!' Həm də onlara: 'Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm',- deyə and içdi. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: 'Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?'" (Əraf surəsi, 20-22) Vəsvəsə nədir? Vəsvəsə: insanın öz içində duyduğu fısıltı, gizli bir səsdir. Bu səbəblə qadınların bəzək və zinətlərinin çıxardığı xəfif səsə də "vəsvəs" deyilmişdir. Vəsvəsəyə düşən insana da "muvəsvis" deyilir. İnsan bu hala, içində duyduğu gizli və fısıltılı səsə daha çox tabe olması ilə düşür. Necə ki, bir ayədə buna toxunulmuş və belə buyrulmuşdur: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur!)" (Qaf surəsi, 16) Allahın düşməni olan şeytan, Adəm ilə Həvvanın qadağan olunan ağacdan yedikləri zaman, başlarına gələcəyini bildiyi üçün, andlar içərək onları yollarından çəkməyə çalışdı və buna nail oldu. Onlarla Allahın arasını açdı və çirkin yerlərinin açılıb onlara görünməsi üçün çox vəsvəsələr verdi. Onlar o ağacdan yedilər, örtükləri açıldı və çirkin yerlərini gördülər. Elə günah da belədir. Kiçik olsun, böyük olsun, hər günah Allah ilə qul arasındakı örtünü qaldırır və bir ölçü daxilində qulun Allahdan uzaqlaşmasına səbəb olur. Zahiri və ya batini çirkinliklərdən bəziləri də bu səbəblə açığa çıxmış olur. Bununla əlaqəli bir hədis də bu yöndə bir fikir və ibrət verir. Buxarinin rəvayətinə görə Peyğəmbər (s.ə.s) yuxusunda kişi və qadınların necə əzab çəkdiklərini görmüş, onları bütün paltarlarının soyunmuş və çirkin yerləri açıqda qalmış bir vəziyyətdə görmüşdür. Hədisin mətninə gəldikdə isə o belədir: "Biz (Peyğəmbər (s.ə.s) ilə Cəbrayıl (ə.s)) bir yerə girdik. Bura, altı geniş, üstü dar bir soba kimi yer idi. Altından alovlanırdı. Atəşin alovları yüksəlib onlara yaxınlaşınca qaçıb çıxmağa çalışırdılar, ancaq çıxa bilmirdilər. Bunlar burada, bu şəkildə əzab görən kişi və qadınlar idi. Bunlar, tamamilə çılpaq idilər. Bunlar, dünyada ikən zina edən kişi və qadınlardır" (Buxari, Kitabul Cənaiz, 2/104-105; Müsnəd, 5/8-14) Hər növ qüsur və ayıblardan münəzzəh olan uca Rəbbimizin qullarına lütf və əsirgəmədiyi iki libas – örtü – vardır. Biri: insanların çirkin yerlərini örtüb üst-başlarını örtdükləri libas, digəri də, təkva dediyimiz mənəvi libas. İnsan, zahiri bədənini örtən paltarı çıxartdığı zaman necə zahiri çirkinlikləri ortaya çıxarsa, təkva dediyimiz mənəvi libasını çıxardığı zaman da içindəki bəzi çirkinlikləri bayıra vurmuş olur. Şeytanın burada, yəni Adəm ilə Həvvanı aldatmaqda ən böyük tələsi, şübhəsiz onların cənnətdə əbədiyyən qalmalarını istəyir kimi görünməsi və buna dair andlar içməsi olmuşdur. Adəm və Həvva da, onun belə yalan yerə və aldadıcı bir şəkildə and içəcəyinə fikir verməmişlər. Bu saflıqları səbəbiylə onun "həqiqi bir nəsihətçi" olduğunu zənn edərək ona inanmışdılar. Bax şeytan Adəmoğullarının da qanına belə girər... ardı arası kəsilməyən vəsvəsələr verərək, içdən və dərindən gizli və yüngül bir səslə insanın nəfsinə səslənərək özünə itaət etdirir. Çünki o, onun qan damarlarında dolaşır, bu əsnada insanın özünə təmas edər, isnanın ən gizli arzularını oxuyar və hiss edər. Onun nəfsinin gizli və ən məhrəm arzuları istiqamətində ona fısıldayar və təsir edər. Nə qədər ibrətlidir ki, Quranın "şeytanların övliyası və dostları" dediyi küfür və üsyan əhli kimsələr də belə çox aldadıcı olurlar. Digər isnanlara, gizli və nəfsani arzuları istiqamətində nüfuz edərək öz yollarına çəkərlər və beləcə şeytanlara yardım və dostluq edərlər. Nəfsani və şeytani qapı və yollardan gedənlərə yardım edərlər, ilahi və rəhmani yoldan gedənlərə də əngəl olarlar. Şeytan, hələ cənnətdə yaşamaqda olan Adəm atamız ilə Həvva anamızın da ən gizli arzularını oxuyub görmək üçün çox çalışdı. Ən sonda gördü və anladı ki, hər ikisinin də gizli və əsas arzusu, cənnətdə əbədi qalmaqdır. Bax onların bu damarlarından girərək və "sırf onların cənnətdə əbədi qalmalarını istədiyi üçün, andlar içərək" onlara, nəsihətçi olduğunu inandıra bilmişdi. Başqa yönlə onları yollarından çıxarmayacağını yaxşı bilirdi. Səmimiyyətindən onları şübhələndirməmək üçün də: "Allah, başqa bir səbəbdən deyil, sırf mələk olarsınız və ya cənnətdə əbədi qalarsınız deyə bu ağacdan yemənizi qadağan etmişdir. Yediyiniz halda, mələk olacaq və ya əbədi cənnətdə qalacaqsınız. Bu ağacın adı Şəcərətul Xuld – Əbədilik ağacıdır" deyirdi. Bu ümmətin alimi və Tərcumanul Quran (Quranın tərcüməçisi) kimi ünvanlar ilə anılan İbn Abbas (r.a), burada bir incəlik zikr edir və belə deyir: "Adəm ilə Həvva, iki mələk olmaq arzusu ilə o ağacdan yemədilər. Şeytan ayrıca onlara, o ağacdan yedikləri təqdirdə cənnətin məliki – hökmdarı - olacaqlarını və əbədiyyən orada qalacaqlarını inandırmışdı. Onlar da həvəs göstərərək və inanaraq o ağacdan yedilər. Yəni şeytan onlara "Məlik (yəni sahibkar, padşah) olma və bu halda cənnətdə qalmağa həvəsləndirmə" qapısından girərək təsirli ola bilmişdir" İbn Abbbasın bu qiraət və açıqlamasına bu ayə dəlalət edir: "Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: 'Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?" (Taha surəsi, 120) Katadədən gələn səhih bir hədisdə belə rəvayət olunur: "İsa (ə.s), birini, başqasına aid malı oğurlayarkən gördü və ona: "Oğurluq edirsən?"-deyə soruşdu. O dedi: "Özündən başqa ilah olmayan Allaha and olsun ki, oğurluq etmədim" dedi. İsa (ə.s) da onun belə islami mənada tövhidi dilə gətirdiyini və Allahın adı ilə and içdiyini görüncə : "Andını qəbul etdim, gözümün gördüyünü isə inkar etdim" deyə cavab vermişdir. (Buxari, 4/1426 Muslim 2/1838) Bəziləri bu hadisə ilə əlaqədar olaraq deyirlər : "Ehtimal olsun ki, İsa (ə.s.) onun oradakı bir malı aldığını gördüyündə onun bir başqasına aid malı götürdüyünü zənn etdi, halbuki o adam özünə aid olan malı götürmüşdü" Bu mücərrəd bir ehtimala söykənən bir təvildir və doğru deyil. Doğrusu budur ki, İsa (ə.s) hərhansı bir kimsənin belə tövhidi dilə gətirərək, uca Allahın adını zikr edərək yalan yerə and içəcəyini ehtimal etməmişdir. Allahın adı ilə edilən anda təzimlə, öz görüşünü səhf saymışdı. Necə ki, babamız Adəm (ə.s) da, İblis onlara belə bir and içdiyində onun andına inanmış və "Mən, birinin yalan yerə Allahın adı ilə and içəcəyinə ehtimal etməmişəm" deyə buyurmuşdur Şeytanın insan üçün qurduğu tələlərdən dördüncüsü Şeytanın insanlar üçün qurduğu tələlərdən biri də: nəfsin hansı tərəfə meyilli olduğunu yaxşı anlayıb ona görə hərəkət etməsidir. Əgər nəfsi çalışqanlıq və şücaətə meyllidirsə, onu bu barədə ona əmr edilən və ondan gözlənilənlərdən daha çoxuna cəlb edib onu həddini aşmağa çağırar. "Sənin kimi himməti ali bir insan, bunlarla kifayətlənməz" kimi onu ifrata sürükləmək üçün var gücü ilə çalışar, onu bir ifratdan digər bir ifrata sürükləyər. Əgər qulun nəfsi, geri qalmaq tərəfinə meyllidirsə, bu zaman da onun zəif olan iradə və himmətini daha da zəiflətmək üçün çalışar, onu yaxşıca təfritə (ifratın əksi), geriyə sürükləyər. Ya həddindən daha artıq geri sürükləyər, ya da həddindən daha çox qabağa getmək üçün, qulların iradə və himmətlərinə görə vəsvəsə verir. Heç bir zaman qulların, ədalət və haqq üzərində olmalarından razı olmaz, ya ifrat istər, ya da təfrit (yəni ifratın əksdi, gerilik)... Necə ki, sələfdən bəziləri bu barədə belə buyurmuşdur: "Uca Allahın əmr etdiklərindən hər birinin üzərində şeytanın iki mübarizəsi var! Ya təfrit və qüsurlu tərəfə, ya da ifrat tərəfə çəkər. Hansında müvəffəqiyyətli olsa, onu özü üçün bir qalibiyyət qəbul edər" (Kəşful Hafa əsərində, bu sözün sələf imamlarından Əuzai-yə aid olduğu bildirilmişdir. (Cild 1, səh. 391) Əgər bunu tətbiq etməsinə baxsan, Adəm (ə.s)-dan indiyə qədər insanları həqiqətən bu iki vadidə, yəni ifrat və təfrit tərəflərində çox yollarla apardığını görərsən. Peyğəmbərlərin yolunda, xüsusilə bizim peyğəmbərimizdən sonra Onun və səhabələrinin üzərində olduğu Doğru Yol üzərində sabit və daim olanları çox azdır. Dəstəmaz və qüsl kimi dini təmizlik mövzularına baxsan, kimisi lazımi ciddiyyəti göstərməkdən uzaq, kimi də etməsi lazım olan əməllərdən çox irəli gedib vəsvəsələr içində olmaqdadır. Zəkat mövzusuna baxsan, kiminin zəkatını əksik verdiyini və ya heç vermədiyini görərsən, kiminin də bütün malını paylayıb insanlara yük olduğunu və ya dilənmək məcburiyyətində qaldığını müşahidə edərsən. Kimisi geyinmə və yemək içmək kimi şəxsi ehtiyaclarını yerinə yetirməkdən çox uzaqdır, malı olduğu halda zahidlik düşüncəsilə özünə baxmamaqdadır. Kimi də həddindən çox yeyib içib bədəninə və qəlbinə zərər verməkdədir. Tarixə belə baxsan, kimisinin peyğəmbərləri və övliyaları, alimləri öldürdüyünü görərsən. Kimilərinin də onlara ibadət etmək istədiklərinə şahid olarsan! Kimisi insanlardan uzaqlaşmış, cümə və camaatı, cihadı və elmi tərketmişdir. Bəziləri də insanlala o qədər qaynaşmışdır ki, onların zülm və günah olan işlərində belə iştirak etmişdilər. Kimiləri nigahlı xanımı ilə kifayətlənməyib zina edərlər, kimiləri də əsla evlənməyi qəbul etməz. Kimi təriqət şeyxlərini ələ salıb onların haqqını və qədrini qəbul etməz, kimiləri də onlara ibadət etməklə məşğuldurlar. Bəziləri "Uca Allah bu aləmin nə içindədir, nə xaricindədir! Nə yuxarıda, nə aşağıdadır, nə sağda nə də soldadır" deyərkən, bəziləri də "Allah zatı ilə hər yerdədir, hava və oksigenin hər yerdə olduğu kimi..." deyərək iman və tövhid barəsində belə ifrat və təfrit edərlər. Yenə bəziləri "Allahın əsla danışması yoxdur, o indiyə qədər bir tək kəlam söyləməyib" deyərkən, bəziləri də "Allah ta əzəldən bəri hey danışır. Onun kəlamında heç bir kəsinti və fasilə olmaz. Onun şeytana, İsaya və Musaya olan o əzəli xitabı, indiyə qədər onunla davam edib eşidilməkdədir" deyir. Birincilər təfrit edərkən, ikincilər də ifrata qaçırlar. Bəziləri, Allahın kimsəyə, bir başqasını qurtarmaq üçün şəfaət izni verməyəcəyini iddia edir, bəziləri isə Allah izn verməsə belə bəzilərinin şəfaətinin keçici olacağuna inanır. Bax bütün bu ifratlar və təfritlər, şeytanın insanların hansı tərəfə meyl etdiyini yaxşı bildiyindən sonra, tabeliyindəki əsgərləri ilə insanın o yönünə yönəlib onu doğru yoldan, ədalət, istiqamət və haqqdan uzaqlaşdırması nəticəsində meydana gəlir. Biz burada, bu ifrat və təfritlərin bəzilərinə beləcə işarə etmək istədik. Yoxsa bunların hamısını zikr etmək istəsək, söz çox uzanar. Bax. İbrət alan varsa, bu qədəri ilə kifayətlənirik.
|