(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” Ali İmran-31
İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi Ali İmran-67
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! Ali İmran 85
Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir Ali İmran 198
Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! Ən-NƏbə -21
O, azğınların məskənidir. Ən-NƏbə-22
Onlar orada sonsuz müddət qalacaqlar. Ən-NƏbə-23
Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; Ən-NƏbə-24
Qaynar sudan və irindən başqa!- Ən-NƏbə-25
(Dünyadakı əmələrinə) uyğun cəza olaraq. Ən-NƏbə26
Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). Ən-NƏbə-27
Ayələrimizi də elə hey təkzib edirdilər. Ən-NƏbə-28
Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
Bağçalar və üzüm bağları,
Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir - (Ən-NəBə 31-36)