Pana Filmin prodüserlik etdiyi Türkiyənin ən böyük filmi “Kurtlar Vadisi Filistin”in çəkilişləri, Tarsusda başladı. Bu filmin büdcəsi 10 milyon dollar təşkil edir.
“Kurtlar Vadisi Filistin”in ssenaristlərindən Bahadır Özdener NTV-yə verdiyi müsahibədə “Kurtlar Vadisi Filistin”in siyasi olaraq hansı missiyanı daşıdığını izah edərkən, İsrail üçün maraqlı ifadələr istifadə etdi: "İsrail burnuna qonmuş bir ağcaqanadla döyüşən əsəbi, sinirləri iflic olmuş və patetik bir virusdur!"
5 Noyabrda premyerası olacaq filmin təxminən 10 milyon dollarlıq büdcəsi də müzakirə mövzusu olur. Pana Film ssenaristi Bahadır Özdener 'bununla qürur duymuruq, ancaq bu işlərin professional xərci təəssüf ki, bu qədər olur' dedi.