Şəmbə, 04.05.2024, 01:14
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Avqust 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

13:59
ELNUR MƏMMƏDLİ OLİMPİYA ÇEMPİONU OLDU!
Ölkəmizi 73kg çəkidə cüdo idman növündə təmsil edən Elnur Məmmədli qızıl medalın sahibi oldu.Keçirdiyi 5 oyunun beşini də ippon edərək qalib gələn Elnur Məmmədli Azərbaycana ilk qızıl medalı qazandırdı.Finalda onun rəqibi sonuncu dünya çempionu Koreyalı idmançı Wang Gi-chun idi.Elnur onu da 13 saniyə ərzində məğlub edərək Azərbaycanın bayrağını Pekində yüksəyə qaldıran ilk idmançı oldu!!! .
Qeyd edək ki, E.Məmmədli ötən il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatının finalında da məhz K.Ç.Vanqla üz-üzə gəlmiş və məğlub olmuşdu. Elnur bugünkü qələbə ilə həmin məğlubiyyətin əvəzini çıxıb.
İlk görüşündə Dirk van Tiçeltə (Belçika) ippon fəndi ilə qalib gələn idmançımız ikinci görüşündə Konstantin Semyonov (Belarus) üzərində da təmiz qələbə qazanıb. Onun növbəti rəqibi Kim Çol Su (KXDR) olub. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal verməyib. Bununla belə, E.Məmmədli hücumlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazanıb. Bu qələbə sayəsində cüdoçumuz yarımfinala vəsiqə əldə edib. Finalda onun rəqibi Əli Malomat (İran) olub. İdmançımız bu qarşılaşmanı da yüksək səviyyədə keçirərək, vaxtından əvvəl – üçüncü dəqiqənin tamamında ippon fəndi ilə rəqibini məğlubiyyətə uğradıb.
Просмотров: 646 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]