Şəmbə, 04.05.2024, 07:59
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Avqust 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

16:39
ALLAHIN EVİNƏ QUMBARA ATDILAR.
Əbu-Bəkr məscidində baş verən partlayışda ölənlərin adları açıqlanıb. Bunlar Vaqif Səməd oğlu Abdullayev, Təyyar Nadir oğlu Vəliyəddinov və 24 yaşlı Rəşad İsmayılovdur.

Naməlum şəxs tərəfindən atılan əl qumbarasının səbəb olduğu güclü partlayış nəticəsində 11nəfər də yaralanıb.

Şahidlərin sözlərinə görə, hadisə baş verən zaman məsciddə 500-dən artıq adam olub. Hüquq-mühafizə orqnalarından aldığımız məlumata görə, aparılan araşdırmalara görə, məscid 1-2 gün bağlı ollacaq. Hazırda yaralıların olduğu xəstəxanalar dörd yandan hüquq mühafizə orqanları tərəfindən qorunur. Paytaxt polisi gücləndirilmiş iş rejiminə keçib. Bir neçə yerdə isə polis postları yaradılıb. Hərəkətdə olan bütün şübhəli nəqliyyat vasitələri saxlanılaraq sürücü və avtomaşınlar yoxlanılır. Faktı artıq Bakı Şəhər Prokurorluğu araşdırır. Hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir. Cinayətin araşdırılmasını Prezident ilham Əliyev öz üzərinə götürmüş və bu işlə şəxsən məşğul olacağını bildirmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Əbu Bəkir” məscidi kimi tanınan Cümə məscidində baş verənlərə münasibət bildirərkən deyib.

Şeyx bildirib ki, məsciddə baş verənlər Azərbaycandakı tolerantlığa zərbə vura bilməz. O, indiyədək Azərbaycanda belə hadisənin baş vermədiyini xatırladaraq, burada düşmən qüvvələrin əlinin ola biləcəyini də istisna etməyib: “Bu gün bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu bilir. Azərbaycanda dini sahədə problem olsaydı, belə hadisələri başqa dinlərin nümayəndələrinə - yəhudilərə, xristianlara qarşı törədərdilər. Müsəlmanın müsəlmana qarşı bu hadisəni törətməsi isə rəqabət və qisasdır. Yenə də təkrar edirəm ki, indiyə kimi Azərbaycanda sərbəst şəkildə yaşayan xristian və yəhudilərə qarşı belə bir hadisə baş verməyib”.

QMİ sədri məsciddə baş verənlərlə bağlı istintaqın getdiyini, istintaq başa çatmamış konkret fikir söyləməyin çətin olduğunu deyib. A. Paşazadə müavinini hadisə yerinə göndərdiyini və prosesi nəzarətdə saxladığını bildirib.
Məscidin gələcək fəaliyyətinə gəlincə, Şeyx oranın ibadət ocağı olduğunu və gələcəkdə də məscid kimi fəaliyyət göstərəcəyini deyib.

Allah Əbu Bəkr mescidində vəfat edənlərə rəhm etsin və onları şəhidlərdən etsin,yaralananlara da şəfa versin...Amin

Просмотров: 619 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]