Cümə, 03.05.2024, 21:42
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Avqust 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

19:09
On bir ayın sultanı
Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir:"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi.Bəlkə,(bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz"(Qurani-Kərim,Əl-Bəqərə surəsi,183 ayə).
Orucun ərkanları:1)Fəcrin(sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək:2)Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.
Orucun fəziləti:Peyğəmbər (s.ə.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var, Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..."(Əl-Buxari, 1896hədis)."Ramazan ayını imanla həm də savabı Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır"(Əl-Buxari, 1901)
Oruc tutan şəxs dili ilə günah etməkdən(söyüş söyməkdən, qeybət etmək, böhtan atmaq və s.)çəkinməlidir.Peyğəmbər (s.ə.s) demişdir:"Oruc tutan insanla günah arasında sanki bir pərdədir.Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın!Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam" desin (Əl-Buxari,1894).Peyğəmbər(s.ə.s)deyib:"Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur"(Əl-Buxari,1903).
Orucu pozan şeylər:qəsdən qusmaq,gün batmamışdan oruc niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək(əgər oruc tutan yaddan çıxaraq, yeyər və yaxud içərsə, onun orucu pozulmur yadına düşən kimi orucuna davam eləməlidir),siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni(sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər gün batandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.
Orucu pozmayan şeylər:ətir vurmaq, çimmək, iynə vurmaq(qidalandırıcı , yəni vitaminli iynələrdən başqa),göz damcılarından isdifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burnu yaxalamaq,dili ilə yeməyin dadını öyrənmək,sürmə vurmaq,tüpürcəyi udmaq(bəlğəmdən başqa),həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə).Ramazan ainda gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqədə olmaq olar.Qanın tibbi yoxlama üçün verilməsi caizdir.
Qədr gecəsi:Ramazan ayının axır on günün tək günlərinə təsadüf edir.
Hər bir müsəlman Ramazanın axırında fitrə zəkat verməlidir:bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulları olur(məsələn xurma, düyü,un , kişmiş, arpa, buğda və s.).

Orucu tutanın iftarını açarkən etdiyi dua:Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı,Onun izni ilə savabı sübuta yetdi).
Allahumə inni əsəlukə birahmətikə-l-iəti vasiat kullə şeyin ən təğfira li(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla)

Просмотров: 646 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]