Bazar, 05.05.2024, 23:56
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 2
Qonaq 2
İstifadəçi 0

18:07
Əlixan Musayev-Vətənə münasibət
Mərhəmətli Rəhmli Allahın adı ilə!

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur!Biz Ona şükür və tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik,nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənh aparırıq.Allah kimə hidayət versə o, haqq yolunada olar və kimi də azdırsa onbuda haqq yoluna yönəldən tapılmaz.mən şahidlik edirəm ki , Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur,onun şəriki yoxdur mən şahidlik edirəm ki, Muhəmməd onun qulu və elçisidir.”Ey iman gətirənlər!Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!”(Ali-İmran,102) “Ey insanlar!Sizi tək bir şəxsdən Adəmdən Xəlq edən, ondan zövcəsini Həvvanı yaradan və onlardanda bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər isdədiyiniz Allahdan , həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun!Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!”(ən-Nisə,1)
“Ey iman gətirənlər!Allahdan qorxun və doğru söz söyləyin!Əğər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar.Hər kəs Allaha və onun elçisinə itayət etsə, böyuk bir səadətə nail olar.”(əl-Əhzəb,70-71)
Bizi müsəlman kimi yaradan, düz yola yönəldərək hidayət verən, aləmlərin rəbbi ,haqq-hesap gününün hökmdari olan allaha şükürlər və həmd- sənalar olsun!
Hörmətli müsəlman baci və qardaşlarim!məni sizə mpraciət etməyə vadar edən məsələ bir çoxlari tərəfindən ehtinasiz yanaşilan və düzgün qiymətləndirilməyən bir- hislə - vətənpərvərlik hissi və onun mahiyyətinin aşılanması ilə bağlıdır, bu mövzuya müraciət etməyim heçdə təsadüfi deyil.Bu məsələnin qabardılması həm daxili hisslərimin, həm də cəmiyyətin tələbatı olduğu üçün , müsəlman həmvətənlərimin vətənə münasibətlərini düzgün – Quran və Peyğəmbərimizin(s.ə.s) səhih hədisləri çərçivəsində-qiymətləndirilmələrində azacıq da olsa yardımçı olmaq isdərdim.
Vətənpərvərlik hər bir insanın fitrəti ilə bağlı bir hissdir.Vətəni sevmək onun ərazisini düşmənlərin hücumundan qorumaq, böyüyüb boya başa çatdığın torpağın çiçəklənməsi, inkişafı üçün çalışmaq çox mühüm bir vəzifədir.Hər bir həssas insan hətta qısa bir müddətdə belə vətəndən ayrı düşdükdə qəlb sıxıntısı keçirir, doğma elin həsrətini çəkir və mümkün qədər tez qayıtmaq hissi ilə yaşayır.Bu hisslərin təsiri ilə kifayət qədər əsərlər yazılmış və yazılmadadır.Lakin bununla belə cəmiyyətdə hərdən elə insanlara da rast gəlinir ki, onların vətənə münasibəti yalnız təəssüf hissi doğurur.Maraqlıdır, görəsən vətənin problemlərinə nə cür biganə qalmaq olar?.Axı insan hansı məntiqlə öz vətəninə qarşı çıxa bilər?.Vətənin ərazisini qorumaqdan imtina etmək, onun əleyhinə casusluq etmək fikirləri heç dilimə də gətirmək istəmirəm.Nə yazıqlar ki, cəmiyyətimizdə qeyd edilən keyfiyyətlərə malik insanlara da rast gəlinir.Bu da təbii ki, həmin kəslərin mənəvi dəyərlərə və sağlam əqidəyə malik olmamaları ilə bağlıdır.Sağlam əqidəyə malik olmamaq isə düzgün idealın seçilməməsinin nəticəsidir.Biz yaxşını pisdən yalnız mövcud olan nümunədən düşmüşkən nəinki mənə hətta bütün bəşəriyyətə nümunə olan bir insanın, ən yaxşı keyfiyyət və xüsusiyyətlərin daşıyıcısı olan bir şəxsin-Peyğəmbərimiz Muhəmmədin (s.ə.s ) vətənpərvərlik hisslərinə diqqətinizi yönəltmək məqsədə uyğun olardı.Çünki elə Uca Allah da Peyğəmbərin (s.ə.s)müsəlmanlar üçün ən gözəl nümunə olduğunu Qurani-Kərim də təsdiqləyir:”Həqiqətən, Allahın elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər(Allahdan ,qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.(Əl-Əhzəb,21)
Əlbəttə ki, Peyğəmbərimizin (s.ə.s) vətənə münasibəti birmənalı idi.Onun özü də vətən həsrəti çəkər, Mədinədən ayrı düşdükdə darıxar və tez əhli-əyalının yanına qayıtmaq isdəyərdi.Ənəs ibn Malikdən (r.a) rəvayət olunan hədisdə deyilir:”Peyğəmbərimiz(s.ə.s)səfərdən qayıtdıqda Mədinənin yollarına baxar və dəvəsini tez sürüb gedərdi.”(Səhihul Buxari,1802).Məşhur islam alimi İbn Həcər bu hədisin izahında belə deyir:”Bu hədis dəlildir ki, Mədinə möhtəşəm şəhərdir, vətəni sevmək və onun həsrətini çəkmək şəriətdəndir”(Fathul Barı,3727).Hədisin buna dəlalət etdiyini, həmçinin Mubarəkfuri də təsdiqləmişdir(Töhvətul Əhvəzi,9283).Başqa bir hədisi də bu məsələyə dəlil gətirmək olar.Peyğəmbər (s.ə.s) Təbukdan evə qayıdarkən səhabələrinə dedi:”Mən Mədinəyə tələsirəm.Sizlərdən hər kim mənimlə (mədinəyə) tez getmək isdəyirsə, qoy tələssin”(Səhihul Buxari ,!481).Başqa bir rəvayətdə isə:”Səfər əzabdan bir parçadır.O, hər birinizi yatmağından,yeməyindən və içməyindən qoyur.Hər kim öz tələbatını ödəyərsə,(bundan sonra) əhli-əyalının yanına tələssin”(Səhihul Buxari,3001).Əslində Peyğəmbərimizin(s.ə.s) bir insan olaraq öz vətənini sevməsi heç də qeyri adi bir şey deyildir.Burada diqqəti çəkən məqm Peyğəmbərin(s.ə.s)-seçilmiş bir insanın vətənpərvərlik hissinə olan marağımız həm də onun adi bir insan deyil, İlahi təlimləri bizə çatdıran bir şəxs olması ilə bağlıdır.Peyğəmbərimizin(s.ə.s) bizə çatdırdığı İlahi təlim tam kamil əxlaqi dəyərlərin məcmusudur və deməli burada vətənpərvərlik hissi də özünə məxsus yer tutur.Bu əvəzsiz insanın bizə aşıladığı dinin kamil olmasını,Qurani Kərim də təsdiqləyir:”Bu gün sizin üçün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyəndim”(əl-Maidə,3)
Bütün bu dəlillər bir daha sübut edir ki, digər məsələlərdə olduğu kimi vətənpərvərlik hisslərinin aşılanması, torpağa sevgi və onun müdafiəçisi olmaq işində də Peyğəmbərimiz (s.ə.s) bizəən gözəl nümunədir.Buna görə də digər məsələlərdə olduğu kimi bu işdərdə də ona alternativ axtarmaq yalnız mənasız vaxt itgisidir.O, bizə İslam adlanan elə bir nur çatdırmışdır ki, bu nurun şöləsinə qərq olmuş bir ölkədə heç bir problem o cümlədən də torpaq itgisi kimi ağrılı bir durum da mövcud deyildir.Məhz elə bu səbəbdəndir ki ,müsəlmanların torpaqlarını zəpt etmək isdəyənlər hər şeydən öncə bu ərazilərdə İslam nurunu söndürməyə çalışırlar.İnsanlar bu nurdan uzaqlaşdırıldıqda isə zəlalət və cəhalət içində yaşamaq məcburiyyəti ilə üzləşirlər.Lakin insanlar bilməlidir ki, Allahın nurunu söndürmək mümkün deyildir.Onlar sadəcə onu söndürməyə cəhd edə bilərlər.Uca Allah buyurur:”Onlar Allahın nurunu (İslamı)öz ağızları(öz iftiraları) ilə söndürmək isdəyirlər.Allah isə -kafirlərin xoşuna gəlməsə də -Öz nurunu(dinini) tamamlayacaqdır”(əl-Səff, 8).
Bu gün doğma Azərbaycnımızın iyirmi faiz torpaqları işğal edilib.Dağıntıya evlərimiz, məktəblərimiz, mədəni-məişət obyektləri ilə yanaşı ibadət yerlərimiz, məsçidlərimiz də məruz qalmışdır.Düşmənlərimiz törətdikləri bu cinayətləri bizə unutdurmaq üçün müxtəlif vasitələrdən isdifadə edirlər.Həmçinin laqeyid münasibət aşılamaqla buna nail olmaq niyyətindədirlər.Bu səbəbdən də əllərində olan maddi, texniki, kütləvi və digər vasitələrdən isdifadə edərək müxtəlif təbliğatlar aparır, bizi yurdumuzdan çıxaranlara qarşı mülayim olmağa, onlarla silah qaldırmamağa səsləyirlər. Onların bu təbliğatı gənclərimizdən olan dar düşüncəli olanları daha tez ağuşuna alır.Elə buna görə də gənclərimizin bəzilərini nə zahiri görkəminə, nə də dünyaya baxışlarına görə müsəlmana bənzətmək çox çətindir.Gettikcə milli geyimlərimiz və adət-ənənələrimizlə yanaşı milli düşüncələrimiz də məhv olub gedir.Bəlkə elə bu səbəbdəndir ki, bu gün tez-tez:”Vətən mənə nə verib?” kimi fikirlər səslənir, bunun ətrafında mübahisələr fikirlər formalaşdırılır.Bu fikirlərin daha çox dinini dəyişənlərin , dininə qarşı laqeydid münasibət bəsləyənlərin dilindən səslənməsi tamamilə başqa mətləbdən xəbər verir.Diqqət edin ,yenə işğal, dini motivlərin təsiri ilə leqallaşdırılmağa doğru sürüklənir.Bədbinliyə qapılmağa dəyməsə də fəaliyyətsiz dayanmağımızı da düzgün olmazdı.Onların təbliğatı batil ideya və fikirlərə əsaslansa da biz də əks təbliğat aparmalı, gənclərimizin qəlbində vətənpərvərlikocaqlarını alovlandırmalı, bu təsirlərə qarşı daha da sıx birləşməli və fəaliyyətimizi torpaqların azad edilməsinə səfərbər etməliyik.Bu günün gəncləri Zəngəzurun, Borçalının,Dəmirqapı Dərbəndin itkisi ilə razılaşmaq məcburiyyətində qalan babalarımızı nə cür ittiham edirlərsə, sabahın gəncləri də bizi eyni dəlilərlə Qarabağın itkisinə biganə qalmağımıza görə ittiham edəcələr.vəziyyətdən çıxış yolu isə yenə qeyd etməkisdərdim ki, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasıdır.Bunun üçün müqəddəs Kitabımız olan QuraniKərim və Peyğəmbərimizin(s.ə.s) sünnəsin çox gözəl vasitədir.Cəmiyyətimizdə iqdisadi və mədəni inkişafın yolu torpaqların işğaldan azad edilməsindən keçir.Bizim torpaqlarımız işğal altında qala-qala, sərhədlərimiz azad edilməyənə qədər iqdisadiyyatımızda, şəxsi həyatımızda işlərimiz rəvan gedəcəyini düşünsək yanılmış olarıq.”Vətən mənə nə verib?” deyənlərə də belə cavab verərdim:”Mən ,Peyğəmbərimizin (s.ə.s) yolu ilə gedən, hər bir işində , əməlində ona isdinad edən bir müsəlmanam və bundan qürur duyuram.Xeyri bərəkəti də vətəndən deyil, məhz Allahdan isdəyirəm ki, onu yenidən deyil, məhz Allahdan isdəyirəm ki, onu yenidən dinimin saflığını qorumağa, vətənimin çiçəklənməsi və ailəmin səadəti naminə sərf edim.Sən isə ey qəlbi xəstə soydaşım, heç narahat olma!Apardığın təbliğat da boş şeydir.Biz torpaqlarımızı inşaallah yenidən geri alacaq və İslamın nurunu yenidən o yerlərə yayacağıq.O torpaqlardan yenə də azan səsi eşidiləcək, şəriki olmayan Allaha ibadət ediləcəkdir,çünki bu söylədiyim öz şəxsi fikirlərim yox, Uca Allahın Qurani Kərimdə verdiyi vəddir.İslamın nurunun yayılmasına Uca Allah belə vəd verir:”Onlar Allahın nurunu batil sözləri ilə söndürmək isdəyirlər.Allah isə, kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər”(ət-Tövbə,32)
Və əmin ola bilərsən ki, Allah heç vaxt vədinə xilaf çıxmır və Onun söylədiyi sözlər haqdan başqa bir şey deyildir.”Allah vədinə əsla xilaf çıxmaz!”(Ali-İmran,9)
Odur ki, əziz qardaşım, dünya işlərinə başımızı qatmaqla ən vacib məsələləri unutmağımız bizə yaraşmaz.Gəlin vətənimizin bütövlüyü, təhlükəsizliyi, əmin-amanlı və bərəkətli olması üçün çalışaq və bu yolda yorulmadan elmimizi artıraq.Çünki inkişaf və masirlik xarici qiyafəsini dəyişərək özünü kiməsə oxşatmaqla yox,elm öyrənməklə olur.Əmin amanlıq özü də böyük bir nemətdir.Elə buna görə də peyğəmbərlər Uca Allaha dualarında bu məsələyə də yer ayırırdılar.Bu, Quranda belə təsvir edilir:”O zaman İbrahim dedi:”Ey rəbbim, buranı əmin-aman bir diyar et, onun əhalisinə-onlardan Allaha və axirət gününə iman gətirənlərə-məhsullardan ruzi ver!(Bəqərə,126).
İbrahim peyğəmbərin(ə.s) bu duası da:”Vətən mənə nə veribdir?”-deyən kəsə növbəti bir dəlildir ki, hər bir şeyi Allahdan isəmək sonra isə bunun üçün əməli fəaliyyət göstərmək lazımdır.Vətənimizdə tam bir əmin-amanlığa nail olmaq üçünsə mütləq torpaqlarımızı azad etməli və rahat yaşayışımızın keşiyində durmalıyıq.peyğəmbərimiz(s.ə.s) demişdir:”Hər kim səhər oyanıb özünü əmin –amanlıqda, bədənini sağlam, əlində də həmin günün yeməyini görərsə, elə bilsin ki, ona bütün dünya bəxş edilmişdir”(Səhih Ədəbul Müfrad,səh.27). Baxın, Peyğəmbərimizin(s.ə.s) bu tövsiyəsi necə də gözəldir!Elə isə gəlin biz də nəsihətlə yararlanaq, Allah rizası üçün vətənimizin çiçəklənməsi yolunda çalışmaqdan yorulmayaq.Onun inkişafı, gənclərimizdə sağlam əqidə və baxışların formalaşdırılmasın, dini və milli köklərimizə möhkəm bağlılıq yolunda var gücümüzü səfərbər edək və sərhədlərimizin bərpasına nail olaq.Bu hissləri özündə daşıyan qardaşlarıma Ali-İmran surəsinin 200-cü ayəsini xatırlatmaq istərdim.”Ey iman gətirənlər!Səbr edin, dözümlü olun,(sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”
Bu xüsusda Peyğəmbərimiz (s.ə.s) demişdir:”Allah yolunda bir gün (sərhəddə) keşik çəkmək dünya və onun üzərindəkilərindən xeyirlidir!”(Səhihul Buxari,2892:Səhih Müsslim ,5/1520).
Digər bir hədisdə isə o:”Malını qoruyaraq ölən şəxs şəhiddir” söyəmişdir(Səhihul Buxari, 2877)(Səhih Müslim,1124).Ayədən və hədisdən göründüyü kimi Allah yolunda bir gün sərhəddə keşik çəkərək öz müsəlman xalqının təhlükəsizliyini qorumaq gözəl bir xidmətdir.Məsələnin bu yerində diqqətinizi bəzi insanların İslamın digər ərkanlarında, şəriyətimizin qaydalarında olduğu kimi vətəni sevmək məsələsində də uydurduqları yeniliklərə yönəltmək isdərdim.Halbuki, biz daima insanlara kamil dinimizə yeniliyə ehtiyac olmadığını və əksinə, bu əməlin böyük günah olduğunu xatırladırıq.Şəriyət məsələlərində edilən hər hansı bir yenilik zahirən yaxşı görünsə də dində böyük günah hesab edilir.Əvvəla ona görə ki, “əl-Maidə” surəsinin 3-cü ayəsində Uca Allah artıq dinin kamil olduğunu və bu dinə heç bir boşluğun olmadığını bəyan etmişdir.Sonra da Peyğəmbərimiz (s.ə.s) dinə gətiriləcək hər bir yeniliyin( o cümlədən zahirən yaxşı görünən yeniliyin də) bidət, hər bidətin zəlalət və hər zəlalətin də Cəhənnəm odunda olacağını söyləmişdir.Bu risalədə qaldırılan problemlə əlaqəli yenilik isə:”Vətəni sevmək imandandır!”şəklində uydurulan bir hədislə bağlıdır.Səğani öz əsərində bu hədisin uydurma olduğunu, lakin mənasının doğru olduğunu qeyd etmişdir.O, buna dəlil olaraq aşağıdakı ayəni gətirmişdir:”Onlara sizə vuruşmaq əmr olunduqda bəlkə vuruşmadını?dedikdə onlar dedilər:”Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq!”Lakin onlara vuruşmaq vacib olduğu vaxt içərisindən az bir qism müsttəsna olmaqla, hamısı (döyüşdən) üz çevirdilər”(əl-Bəqərə,246).Alim bu ayəni əsas gətirərək yazır:”bu, münafiqlərdə də vətən sevgisinin olmasını və bunun imana aid olmamasını göstərir”(Kəşfur Xəfa,1413).Bəli həqiqətən də ifrata varmaq olmaz.Dində Peyğəmbərimizin(s.ə.s) söyləmədiyi bir şeyin ortaya atılıb dindən hesab olunması qadağandır.
Şəriətdə istənilən məsələ ilə bağlı dəlillər, o cümlədən də vətənə məhəbbət məsələsində də yetərincə aydın vədəqiqdir.Hər bir müsəlman daşıdığı adı və mənsub olduğu dini uca tutduğu üçün vətənin şərəfini də layiqincə qiymətləndirməlidir.Burada söhbət qatı millətçi olmaqdan, yerlibazdıqdan getmir.Cünki bu məsələ dinimizdə qadağan edilmişdir.Bizim müxtəlif xalqlara ayrılmağımızın hikmətini isə Uca Allah belə bəyan edir:”Ey iman gətirənlər, biz sizi bir kişi və bir qadından(Adəm və Həvvadan) yaratdıq.Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qoxanınızdır.Həqiqətən də Allah hər şeyi biləndir,(hər şeydən) Xəbərdardır(Hucurat,13).
Biz xalqlar içərisində təmiz mənəviyyata və əxlaqa, yüksək iman və etiqada, sağlam təfəkkürə görə seçilməli və bu keyfiyyətləri daim inkişaf etdirməliyik.Yalnız belə olduqda tərəqqi və inkişaf üçün münbit şərait yaranar.Biz vətənin ərazisini qorumaqla yanaşı onun tarixi şöhrətini də dünya xalqları arasında təbliğ etməliyik.Xüsusən də bizim vətənimiz Azərbaycan, İslam tarixində layiqli yerə malik olmuşdur.Söhbətin bu yerində həmvətənimizin başına gələn bir hadisə yadıma düşür.Bu hadisəni xatırlamaqla dəyərli soydaşlarımın vətənə olan məhəbbətini daha da artırmaq isdərdim.Soydaşımızın təhsil aldığı xarici ölkələrin birində, onunla bir qrupda oxuyantələbə yoldaşıharadan olduğunu xəbər alır.O da ona Azərbaycandan olduğunu söylədikdə o, yarı zarafat, yarı gerçək bu ölkənin adını birinci dəfə eşitdiyini və belə bir məmləkəti tanımadığını söyləyir.Dediyinə görə Azərbaycanın adınınsəslənməsi də ona qəribə gəlir.Soydaşımız onun xətrinə dəymək isdəməsə də daxilində Azərbaycanı ona tanıtmaq ehtirasını d boğa bilmir.Hər şeydən öncə ona yuxarıda qeyd olunan”Hucurat” surəsinin 13-cü ayəsini xatırladaraq Allah yanında ən hörmətli insanın-millətindən asılı olmayaraq-Allahdan ən çox qorxan kəs olduğunu bildirir.sonra o, bir Azərbaycanlı olaraq təhsilində əldə etdiyi uğurlarla onun nəticələrini müqayisə etməyi məsləhət görür.Təbii ki, qrup yoldaşının bu məsələdə vəziyyəti ürək açan deyildi.Bunun ardınca ona Azərbaycanın tanınmış İslam alimlərini xüsusilə Əbu Bəkr Əl-Bərdici əl-bərzəini xatırladır.Bu alimin yaşadığı yer haqqında nəinki qrup yoldaşının özünün, hətta bütün İslam dünyasının böyük hörmət və ehtiram bəslədiyi bir alim, 13-cü əsrdə yaşamışvə İslam tarixində ad qoymuş imam Cəlaləddin əs_Suyutinin:”Bərdic Azərbaycanda Bərdə yaxınlığında yer adıdır”(Tədribur-Ravi,1/238) qeydlərini catdırdıqda onun dediyi sözdən peşmançılığı bir qədər də artır.Və nəhayət ona hicrətin 194-cü ilində(miladi təqvimi ilə IX əsr)anadan olmuş məşhur İslam alimi Buxarinin Qurandan sonra ən etibarlı hesab edilən “Səhih” əsərində 2193-cü hədisdə Azərbaycanın adının nəql edilməsini xatırlatdıqda o heyrətlənir.Çünki hədis Azərbaycanın tarixini İslamın ikinci xəlifəsi olmuş Ömər ibnulXəttabın (r.a) dövrünə aparıb çıxarır.Bu hədisdə “Əbu Osman rəvayət edir ki, biz Ütbə ibn Fərqadla (r.a) birgə Azərbaycanda olanda Ömər ibnul Xəttabın (r.a) məktubu gəlib bizə çatdı”.Bu dəlil atıq Azərbaycanın yeddinci əsrdə olan mövqeyindən xəbər verir.Bu hədisi hicrətin 204-cü ilində anadan olmuş məşhur İslam alimi Müslim də öz əsərində 642 saylı hədisində rəvayət etmişdir.Soydaşımız dostunun yumşaldığını gördükdə son olaraq ona Peyğəmbərimizin(s.ə.s)çox sevimli dostu və İslamın nüfuzunu ərəbistandan çox-çox uzaqlarda yaymış, Ömərin oğlu Abdullah (r.a)”Mən iki və ya dörd ay ərzində Azərbaycanda olduqda dörd rəkətli namazları iki-iki qıldım!” kim rəvayət olunan hədisi də xatırladır.Bu hədisi Heysəmi “Məcməuz-Zəvaid” əsərində 2158 sayında gətirmişdir.Təbii ki, soydaşımızın gətirdiyi bu səhih dəlillər dostunda Azərbaycsna qarşı xoş təəssuratlar oyatdı.Əziz qardaşım, mən bunları söyləməklə sizi də vətənini, onun tarixini, görkəmli şəxslərini dünyaya tanıtmağı tövsiyə etmək isdərdim.Unutmaq olmaz ki, bu cür münasibət İslama dəvətdə müsbət nəticələrə gətirib çıxarır.Xüsusilə də indiki elmi texniki nailiyyətin köməkliyi ilə buna daha geniş imkanlar verir.Vətəninizi sevin və onu dünyaya tanıdın!Artıq bu tövsiyələrimi sizə çatdırdıqdan sonra iki mühüm məsələyə də biganə qalmamğınızı məsləhət görürəm.Bu deyəcəklərim bizə həm daxildən, həm də xaricdən yönəldilən və bizi zəiflətmək məqsədi güdən təsirlərdən qorumaq üçündür.Bilirik ki, hər bir xalqın aparıcı qüvvəsi gənclərdir.Onların baxışları, əqidələri saf və təmiz olarsa bu həm dinimizin, həm də dövlətimizin əsas qaydalarına çevrilər.Elə bu səbəbdən də üzümü gənc nəsilləri böyüdən valideyinlərə tuturam.əziz soydaşlarım, dünyanın aldadıcı görüntüsü, keçici zövqü sizi aldatmasın!Övladlarınızın tərbiyəsi ilə ciddi məşğul olun.Oğlan və qızların necə tərbiyə edilməsi, yeniyetmələr arasında normal münasibətlərinyaradımasına necə nail olunması üçün ən dəyərli, ən kamil, ən əvəz edilməz mənbə müqəddəs Quran və Peyğəmbərimizin (s.ə.s)mötəbər hədisləridir.Onlardan layiqincə yararlanın!Unutmayın ki, uşaqlar hər şeydən öncə valideyinlərini özünə ideal seçir və sonra onlardan gördüklərini eşitdiklərini hələ yetişməmiş baxışları ilə araşdırırlar.Elə məhz bu səbəbdən də hər şeydən öncə sizin özünüzün, İslamın adına layiq müsəlman və vətənpərvər olmağınız gərəkdir.Bütün bu sadaladığınız çatışmamazlıqlar, boşluqlar heç də birdən, gözlənilmədən meydana çıxmır.Bu məsələlər illərlə aparılan təbliğatın təsirindən yaranan təzahürlərdir.Belə halların baş verməməsi üçün ailə, məktəb və cəmiyyətin sağlam fikirli insanlarının səyi gərəkdir.Ailənin hər şeydən öncə özünün sağlam olması vacib şərtlərdəndir.Yaxşı qurulmuş ailə əslində müsəlman tərbiyəsi vasitələri ilə zəngin olan saf, təmiz bir aləmi xatırlatmalıdır ki, belə bir aləmdə də vətənə layiqli vətənpərvərlər yetişdirilsin.Bu işdə Quran və Sünnə ilə təsdiq edilmiş İslam adətləri xüsusi çəkiyə malikdir.Kəlmeyi şəhadətdən başlayaraq tədricən öyrədilən adətlər sonradan gələcək yeniyetmənin bir mənəvi təlabatına çevrilmiş vərdiş halı alır ki, bu da həqiqi vətənpərvər gənc üçün vacib olan imanı formalaşdırır.Belə bir imanla dolu bir gənc, sözsüz ki, döyüş meydanındadüşmənə layiqli cavab verəcək əsgər, çətinliklə üzləşdikdə isə, Allaha daha çox təvəkkül edib soyuq başla üzərinə düşəni icra edəcək cəngavər olacaqdır.Əsl vətənpərvər Azərbaycanlı yetişdirən valideyin, böyüməkdə olan övladının məktəb həyatı ilə daim maraqlanmalı, gərəyi olan anda ortaya çıxan problemlərin həllində onlara kömək etməlidir.Ailə ilə məktəbin əlaqəsi heç bir zaman qırılmamalı əksinə, inkişaf etdirilməlidir.Çünki, burada həm ailənin, həm də məktəbin başlıca məqsədi vətənə layiqli vətəndaş yetişdirməkdir.Həm ailə, həm də məktəb tərbiyəsi, gələcək vətənpərvərlərimizin hərtərəfli biliyə malik, saf əqidəli, dilində və imanında sabit, əxlaqlı bir gənc kim yetişdirilməsində öz töhvəsini verəcəkdir.Təbii ki, bu işdə ilahiyyət dərslərinin təhsil sisteminə daxil edilməsinə də yaxşı nəticə verərdi.Ona görə ki, dini bilikləri sistemli, proqramlı şəkildə öyrənməyən gənc, ona lazım olan məlumatları digər mənbələrdən almağa çalışır.Bu da çox zaman arzu edilən nəticəni vermir.Brlə ki, gənclər müxtəlif missionerlərin təsirinə məruz qalırlar.Böyüyən nəsil dünyada, ölkədə və ən əssında ətrafında baş verən hadisələrə biganə qala bilməz.Gənclərin gördüyü hadisələr onlarda müəyyən təəssuratlar yaradır.Onların mənsub olduğu dinə, vətənə baxışları daim sizin nəzarətiniz altında olmalı, həyat təcrübəsinin az olması diqqətinizdən kənarda qalmamalıdır.Uşaqlarda düzgün əqidənin formalaşdırılmasının ilk məktəbi ailə olduğundan, ailədə onların yanlarında aparılan söhbətlərin mövzusu da böyük əhəmiyyət kəsb edir.Bu məlum bir məsələdir ki, uşaqlar oynadıqları vaxt eşitdikləri söhbətləri, onları tərbiyə etmək məqsədi ilə edilən xəbərdarlıqdan daha tez qavrayır və beyinlərində hivz edirlər.Böyüyən nəsildə İslama , dövlətə, millətə olan sevginin əsası da elə bu söhbətlərdə qoyulmalıdır.Əgər uşaq evdə daima Allahın yad edildiyini-valideyinlərinin namaz qılıb, oruc tutub, zəkat veriklərini görər, Peyğəmbərimizin(s.ə.s) və onun sahabələrinin(Allah onların hamısından razı olsun) adlarının tez-tez çəkildiyini eşidərsə, bu onun təsəvvürlərində dərin iz buraxar və gələcək fəaliyyətində müsbət meyllərin olmasına yardımçı olar.Digər bir tövsiyəm də artıq yetkinlik, ölkədə baş verən proseslərə müdaxilə etmək imkanları olan insanlaradır.Əslində mən sizə nəyi isə tövsitə etməklə özüm haqqında böyük tərbiyəçi imicini yaratmaq istəmirəm.Sadəcə olaraq dinimizdə olan, lakin unudulan və ya bilərəkdən unudulub səhv səmtə yönəldilən məsələri xatırlatmaq istəyirəm.Çünki bu barədə Uca Allah belə buyurur:”Sən öyüd nəsihət ver!Həqiqətən, öyüd-nəsihət möminlərə fayda verir”(əz-Zariyat,55).
Hər bir müsəlman kim mənim özüm də Allah Kəlamına, Peyğəmbərimiz(s.ə.s) varid olan mötəbər hədislərə və nəhayət qardaş nəsihətinə ehtiyac duyuram.Elə buna görə də tövsiyyələrimi yekəxanalıq kimi qəbul etməyin.Düşdüyümüz bəlaların çoxu Allaha asi olaraq, təkəbbürlük üzündən bir-birimizi dinləməyi bacara bilməməyimiz, qəlblərimizin bir-birimizə qarşı şübhə və pis zənlərin olmasından irəli gəlmişdir.Dəyərli soydaşlarım, gəlin bir olaq.Bir olaq ki, düşmənlərimizə endirəcəyimizzərbələr də öldürücü olsun.Bir olaq ki, bu millət və onun mənsub olduğu din yayılsın.gəlin hamımız dinimiz, əxlaqımız, dövlətimiz, millətimizin bütövlüyü naminə yorulmadan çalışaq və hər işimizi də Allaha dua ilə başlayıb, dua ilə bitirək.Peyğəmbərimiz(s.ə.s) öz vətəni üçün belə dua edərdi:”Allahummə, bizim şəhərimiz Mədinəyə, istər bir ovuc, istər də dörd ovuc yeməyimizə bərəkət ver!Hər bir bərəkətə də bərəkət ver!”(Səhih-Müslim,1000)(Səhih Ədəbul Murfad, səh.145).Biz də Peyğəmbərimizin(s.ə.s) sadiq davamçıları olaraq belə dua edirik:”Allahummə!Ey Aləmlərin Rəbbi, vətənimizdə bizim təhlükəsizliyimizi təmin et!Bu diyarı və digər müsəlman diyarlarını əmin-aman, təhlükəsiz bir diyar et!Amin!”
Qoy Uca Allah bizə torpaqlarımızı azad edib sərhədlərimizi bərpa etməkdə kömək olsun.Qoy Uca Allah bizi daxilimizdəki fitnə-fəsaddan, ayrı-seçkilikdən və ixtilaflardan qorusun!
Просмотров: 721 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]