Bazar ertəsi, 06.05.2024, 01:20
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

09:54
ABDULLAH GÜL İRƏVANDA.
Gül İrəvanda media qarşısına çıxdı, amma Qarabağdan danışmadı.

Ermənistanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bu ölkənin başçısı Serj Sarkisyanla görüşündən sonra onunla birlikdə də media qarşısına çıxıb.

APA-nın xəbərinə görə, Gül İrəvanda olmaqdan məmnunluq duyduğunu, futbol oyununun görüş üçün verdiyi fürsəti “gözəl bir şəkildə” dəyərləndirdiklərini deyib.

Gülün sözlərinə görə, görüşdə Qafqaz bölgəsindəki vəziyyət müzakirə olunub.

Türkiyə prezidenti bildirib ki, Serj Sarkisyanla birlikdə ölkələri arasındakı problemlərin həlli üçün şərait yaradılması ilə bağlı iradə ortaya qoyublar: “Ümid edirəm ki, bu ziyarət iki ölkə arasında problemlərin həllində yeni bir başlangıc olacaq”.

Gül həmçinin Sarkisyanın “Qafqaz İttifaqı” ideyasına dəstək verdiyini, buna görə də ona təşəkkür etdiyini bildirib.
S. Sarkisyan isə dəvəti qəbul etdiyi üçün Gülə təşəkkürünü bildirib.
O deyib ki, Gül onu İstanbulda keçiriləcək Türkiyə-Ermənistan maçına dəvət edib. Bunu yaxşı bir başlanğıc olaraq dəyərləndirdiyini deyən Sarkisyan ölkəsi ilə Türkiyə arasındakı problemləri çözəcəklərini bildirib: “Bu problemləri biz həll edəcəyik, gələcək nəsillərə saxlamayacağıq”.

Daha sonra isə Gül Ermənistanda orucunu açıb və erməni həmkarı ilə birlikdə “Razdan” stadionunda Türkiyə-Ermənistan futbol yığmalarının oyununu izləməyə gedib.

Просмотров: 555 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]