Şəmbə, 05.07.2025, 16:57
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт
Календарь
«  Sentyabr 2008  »
B.e Ç.a Ç. C.a C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

20:48
Türkiyə Ermənistanın iqtisadi blokadasına son qoydu
2009-cu ildən etibarən Ermənistan Türkiyəyə elektrik enerjisi satmağa başlayacaq. Bunu Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan deyib.
O bildirib ki, prezident Abdulla Gülün İrəvana səfərində Türkiyədə yüksək gərginlikli elektrik enerjisinin idxalı və bölüşdürülməsi ilə məşğul olan UNİT şirkətinin nümayəndələri də iştirak ediblər: “Səfər zamanı Ermənistandan Qars vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən 4-5 aydan sonra Türkiyə tərəfi öz ərazisində bütün vacib infrastrukturları bərpa edəcək və elektrik enerjisinin qəbuluna başlayacaq”.
Nazirin sözlərinə görə, Türkiyəyə ötürüləcək elektrik enerjisinin həcmi ildə 1,5 milyard kVt/saatdan başlayacaq, sonrakı illərdə isə bu miqdarın 3,5 milyarda çatdırılması nəzərdə tutulur: “Bir kilovatın qiyməti istilik elektrik enerjisinin və qazın qiymətlərindən asılıdır. Ancaq qiymət iqtisadi cəhətdən effektli olacaq. Əgər enerji ixracı bu gün həyata keçirilsəydi, qiymət bir kilovatt/saata görə 5,7 sent olacaqdı. Müqavilə kifayət qədər uğurludur. Bu, Ermənistan üçün yeni bazardır və anlaşma enerji potensialımızdan maksimum istifadə etməyə imkan verəcək”.
A Movsisyan razılaşmanın yüksək səviyyədə əldə olunduğunu və siyasi xarakterli əngəllərin yaranacağına inanmadığını vurğulayıb. // APA
Просмотров: 613 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]