Bazar ertəsi, 06.05.2024, 06:33
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

19:58
Bakıda iki məktəb müəlliməsinə işə hicabda gəlmək qadağan edilib
Tədris ilinin ilk günü - sentyabrın 15-də Azərbaycanın iki paytaxt məktəbində müəlliməyə işə hicabda gəlmək qadağan edilib.
Hüquq müdafiəsi mərkəzi DEVAMM-a (Vicdan və Dini Etiqad Azadlığının Müdafiəsi Mərkəzi) 167 və 162 saylı məktəblərin iki müəlliməsindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, məktəb rəhbərləri tərəfindən onlara məktəbə baş örtüyündə - hicabda gəlmək şifahi surətdə qadağan edilib.
“DEVAMM-da artıq şikayətləri araşdıracaq monitorinq qrupu yaradılıb”, - bu gün mərkəzin sədri İlqar İbrahimoğlu deyib.
İbrahimoğlu şəraiti şərh edərək bildirib ki, çox təəccüblüdür ki, hər il “özlərini təhsil müəssisisələrinin sahibi zənn edən” bu və ya digər məmurlar, öz dini etiqadlarına və Konstitusiyanın vicdan və dini etiqad azadlığına uyğun baş örtüyü - hicab geyinən vətəndaşların hüquq və azadlığını pozmağa çalışırlar.
Ötən il Bakının təhsil müəssisələrinə müəllim və tələbələr hicabda buraxılmayıblar, lakin sonradan bu problem həll olunmuşdur.
“Azərbaycan Təhsil Nazirliyi müəllimlər müraciət edəcəyi təqdirdə, onların şikayətlərinə baxmağa hazırdır”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynov deyib. // Trend
Просмотров: 688 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]