Cümə, 04.07.2025, 19:15
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт
Календарь
«  Sentyabr 2008  »
B.e Ç.a Ç. C.a C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
2930
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

04:42
Son iyirmi ilə ərzində müxtəlif yarışların canlı yayımı zamanı 40 min nəfər ekran qarşısında miokard infarktından dünyasını dəyişib
Maraqlıdır ki, milli komandanın qalib gəlməsi və məğlub olması insanların ürək-damar sisteminə eyni dərəcədə təsir edir. Ekran qarşısında vəfat edən azarkeşlərin tam yarısının ürəyi milli komandalarının qələbə çalmasından doğan sevinci hissinə tab gətirməyib. Qeyd edək ki, kardiologiyada “futbol infarktı” adlanan termin mövcuddur. Son 20 il ərzində stadionlarda infarktdan 230 azarkeş dünyasını dəyişib. Son iki belə hal EURO-2008-də qeydə alınıb. Avstriya-Almaniya matçından sonra 20 yaşlı avstriyalı qadın azarkeş stadionda dünyasını dəyişib, Türkiyə millisinin İsveçrə üzərində qələbəsindən sonra isə türk azarkeşin sevincdən ürəyi dayanıb. Həkimlərin hesablamalarına görə, milli komandanın matçı olan gün azarkeşlərin infarkt keçirməsi ehtimalı 3 dəfə artır. Rusiya millisi Hollandiya yığmasını məğlub etdikdən sonra Moskvada müxtəlif xəstəxanaların kardiologiya bölmələrinə ürək-damar sisteminin xəstəlikləri diaqnozu ilə təqribən 200 azarkeş gətirilib. Həkimlərin sözlərinə görə, matçdan sonra infarkt diaqnozu ilə xəstəxanalara gətirilən şəxslərin hamısı yaşı 35-ə qədər olan azarkeşlərdir.
Просмотров: 679 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]