Şəmbə, 04.05.2024, 16:17
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Oktyabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

11:43
İslamın rüknləri
“Halbuki onlara əmr edilmişdi ki, Allaha-dini yalnız Ona məxsus edərək ,batildən haqqa(islama)dönərək –ibadət etsinlər ,namaz qılıb zəkat versinlər.Doğru din budur!”(əl-Bəyyinə,5)
İbn Ömər (r.a)Peyğəmbərin-səllallahu aleyhi ve səllam-belə dediyini rəvayət edir:İslam beş dayaq üzərində bina edilmişdir:Allahdan başqa ibadət haqqı olan ilahın olmamasına və Məhəmmədin onun elçisi olmasına şahidlik etmək, namaz qılmaq , zəkat vermək, həcc etmək və ramazan orucunu tutmaq!(hədisi Buxari və Müslim rəvayət etmişdir).
Namaz islamın şəhadətdən sonra ən mühüm dayağıdır.
Namaz Uca Allahın əmridir:
“(Müsəlmanların namazı kimi) namaz qılın,zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”(“əl-Bəqərə”,43 və ya bax:”əl-Bəqərə”83,110;”İbrahim”,31;”əl-Həcc”, 78).
“...Namaz Uca Allaha itaətdir:”(Fərz,vacib)namazlara ,(xüsusi ilə)orta namaza (günortadan sonrakı əsr namazına,ikindi namazına)riayət (əməl)edin və Allaha itaət üçün ayağa qalxın(namaza durun)”(“əl –Bəqərə”,238).
Namaz qurtuluşa, nicata vəsilədir:”Ey iman gətirənlər!(Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın;Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki,bəlkə nicat tapasınız!”(“əl-Həcc”,77).
Namaz doğru yolda olmanın əlamətidir:”O kəslər ki, namaz qılar,zəkat verər və axirətə tam yəqinliklə inanarlar.Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar...”(“Loğman”,4-5).
Namaz qılana cənnət müjdəsi,Allah mükafatı vardır:”Namaz qılanlar istisnadır.O kəsklər ki,daim namaz qılırlar;...Və o kəslər ki,namazlarını(layiqincə)hifz edərlər-məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!” (“əl –məaric”,22-23,34-35 və ya bax:”əl -Bəqərə”,277;”əl -Tövbə”,112;”əl- Həcc”,34-35,41;”ən-Nəml”,2-3”Fatir”,29-30;”əş-Şura”,36-38).Namaz Allahdan kömək istəmək üçün vasitədir:”(Müsibət vaxtında)səbr və namaz qılmaqla (Allahdan)kömək diləyin!”(“əl-Bəqərə”,45 və ya bax :”əl-Bəqərə”,153).
Namaz mö`minliyin əlamətidir:”Mö`minlər yalnız o kəslərdir ki,...namaz qılar və verdiyimiz ruzidən sərf edərlər.Onlar həqiqi mö`minlərdir...”(“əl-Ənfal”,2-4 və ya bax:”əl-Tövbə”,71;”ən-Nəml”,2-3).
Namaz Allahın rəhmətini qazanmağa səbəbdir:”Namaz qılın,zəkat verin və Peyğəmbərə itaət edin ki,bəlkə,sizə rəhm olunsun!”(“ən-Nur”,56).
Namaz insanı pis əməllərdən çəkindirir:”(Ya Məhəmməd!)Qur`andan sənə vəhy olunanı
oxu və (lazımınca)namaz qıl.Həqiqətən,namaz(insanı)çirkin və pis əməllədən çəkindirər”(“əl-Ənkəbut”,45).
Namaz qılmamaq təhlükəlidir,şirkə apara bilər:”(Ya Məhəmməd!Sən və ümmətin)tövbə edərək Ona tərəf dönün,Ondan qorxun,namaz qılın və müşriklərdən olmayın!”(“əl-Rum”,31).
Namaz hər bir atanın öz övladına etməli olduğu mühüm nəsihətidir,nidasıdır:”Oğlum !Namaz qıl ,(insanlara)yaxşı işlər görməyi əmr et,pis işləri qadağan elə”(“Loğman”,17).
Namaz hər bir ailə başçısının öz əyalına edəsi əmridir:”Əhlinə namaz qılmağı əmr et,özündə ona (namaza)səbrlə davam et:”(“Ta Ha ”,132).
Namaz Allahın haqqıdır,Onun üçün qılınır:”De:Mənim namazım da,ibadətim də,həyatım və
ölümüm də aləmlərin RəbbiAllah üçündür...”(“əl-Ən`am”,162;və a bax:”əl –Kövsər”,2).
Namaz günahları yuyur:”...Həqiqətən(beş vaxt namaz kimi)yaxşı əməllər pis işləri (kiçik günahları )yuyub aparır ...”(“Hud”,114).
Namaz qılana mane olana Qüdrətli Allah cəhənnəm əzabını və`d edir:”Gördünmü o kimsəni ki,
mane olur, bir bəndəyə namaz qıldığı vaxt ?...Məgər bilmir ki, Allah görür ?! Yox,yox! Əgər son qoymasa ,and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə)sürükləyəcəyik...”(“əl-Əlaq “,9-19).
Просмотров: 633 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]