Şəmbə, 04.05.2024, 13:03
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Oktyabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

19:20
“Bakı-Qars” bağlandı, “Qars-İrəvan” reysi açılır...
Bakı-Qars-Bakı təyyarə reysinin bağlanması xəbəri təşkilatçı şirkət olan “Turan AİR” tərəfindən də təsdiqlənir. Ancaq soununcu reys oktyabrın 26-da yox, 24-də olacaq.

Şirkətdən Lent.az-a bildiriblər ki, dünənə qədər oktyabrın 26-da da reysin həyata keçirilməsi planlaşdırılırdı. Bu gün isə həmin reysin təxirə salınması və sabahkı uçuşun sonuncu olması qərara alınıb. Oktyabrın 25-dən etibarən isə Bakıdan Qarsa və əks istiqamətlərə təyyarə reysləri həyata keçirilməyəcək.

“Turan AİR”dən reysin hansı səbəbdən bağlanmasına aydınlıq gətirməyiblər. Şirkətin müştəri xidmətləri şöbəsinin xanım əməkdaşı bildirib ki, bu barədə rəsmi açıqlama sonuncu reysdən sonra veriləcək: “Reysin bağlanması barədə yolçulara heç bir məlumat verilmir. Artıq oktyabrın 24-dən sonrakı tarixə bilet satışı dayandırılıb”.

Şirkətin əməkdaşı onu da əlavə edib ki, Azərbaycanın Qarsbakı baş konsulluğu uçuşların davam etdirilməsi üçün şirkətin Türkiyə təmsilçisi ilə danışıqlar aparır. Ancaq bu danışıqlar nəticə verməyib və şirkət qərarın qətiliyi barədə Qarsdakı baş konsulu Həsən Zeynalovu şəxsən məlumatlandırıb.

Xatırladaq ki, Bakı-Qars-Bakı aviareysi 2008-ci il iyulun 21-də açılmışdı. Həftədə iki dəfə həyata keçirilən avireyslər üzrə bir gedişin qiyməti 145 manat idi. Cəmi üç aydan sonra reysin bağlanması Azərbaycanda təəssüflə və bir qədər təəccüblə qarşılanır. Həm də ona görə ki, bu bağlanış Qarsdan Yerevana təyyarə uçuşlarına hazırlıq tədbirlərinin görüldüyü vaxtda baş verir.

Elxan SALAHOV

LENT.AZ

Просмотров: 575 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]