Bazar ertəsi, 06.05.2024, 04:36
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Noyabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

21:00
Əsgərimiz əkiz qardaşları güllələdi
Müdafiə Nazirliyinin Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissəsində Azərbaycan Ordusunun əsgəri öz xidməti silahından atəş açaraq əsgər yoldaşlarından birini öldürüb, digərini isə ağır yaralayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə dünən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya faktı təsdiqləyib. E. Sabiroğlu deyib ki, bu ilin may ayında Yevlax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Məmmədov Həzan Mürtəzim oğlu əlindəki avtomat silahdan atəş açaraq, əsgər Qasımov Samir Əkbər oğlunu öldürüb, onun əkiz qardaşı əsgər Qasımov Zaur Əkbər oğlunu isə ağır yaralayıb.

Zaur Qasımov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. E. Sabiroğlu deyib ki, Həzan Məmmədov həbs edilib, faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir

Просмотров: 613 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]