Şəmbə, 04.05.2024, 21:25
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Yanvar 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

19:04
Mələklərə iman
(1) - Tərifi:
Mələkələrə iman: Allah təalənin nurdan yaratdığı, Ona ibadət etməyə fitrələndirdiyi, Ona asi olmayan, əmrlərini yerinə yetirən, gecə-gündüz yorulmadan Allahı zikr edən, saylarını Ondan başqa heç kəs bilməyən, müxtəlif iş və vəzifələr həvalə olunmuş mələkləri olmasını etiqad etməkdir. Allah təalə buyurur: "Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə ... inanandır..." (əl-Bəqərə/177).
Allah təalə buyurmuşdur: "(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və bütün peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq" (əl-Bəqərə/ 285).

Cəbrayılın Peyğəmbərdən ona Allahın salavatı və salamı olsun islam, iman və ehsan haqqında soruşduğu məşhur hədisdə buyurulur: Cəbrayıl dedi: "Mənə iman haqqında xəbər ver!" Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi: "O, Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, qədərin xeyrinə və şərinə iman gətirməkdir."

Mələklərə imanın dində yeri və hökmü

Mələklərə iman, imanın altı əsasından ikincisidir və bəndənin imanı bunlarsız düzgün, məqbul olmaz.

Musəlmanlar, mələklərə imanın vacib olmasına ittifaq etmişlər. Kim Allah təalənin zikr etdiyi mələklərin hamısının və ya bəzilərinin mövcudluğunu inkar edərsə Qurana, sünnətə və müsəlmanların ittifaqına müxalif olar və küfr edər. Allah təalə buyurur: "Ey möminlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha. Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır" (ən-Nisa/136).

(2) Mələklərə imanın necəliyi:

Mələklərə iman ümumi və təfsilatlıdır.

Ümumi iman özündə bunları əhatə edir:

• Birinci: Onların mövcudluğunu və Allahın yaratdıqlarından olduğunu iqrar etməkdir. Allah onları Ona ibadət etmək üçün yaratmışdır. Mələklərin mövcudluğu həqiqidir və bizim onları görməməyimiz onların yoxluğuna dəlalət etmir. Nə qədər məxluqatlar vardır ki, biz onları görmürük lakin onlar həqiqətən də mövcuddurlar.

Peyğəmbər ona Allahın salavatı və salamı olsun Cəbrayılı həqiqi surətində iki dəfə görmüşdür. Səhabələrdən Allah onlardan razı olsun bəziləri mələklərin bəzilərini insan şəklində görmüşdur.

İmam Əhməd "əl-Müsnəd" kitabında Abdullah ibn Məsuddan belə rəvayət etmişdir. "Peyğəmbər ona Allahın salavatı və salamı olsun Cəbrayılı öz surətində gördü. Onun altıyüz qanadı var idi. Qanadlarının hər biri üfüqü örtmüşdü."

Müslümün rəvayət etdiyi məşhur Cəbrayıl hədisində sabit olmuşdur ki, "Cəbrayıl düm ağ paltarlı, qara saçlı, üzərində səfər əlaməti görünməyən, səhabəldən heç kəsin tanımadığı bir kişinin surətində gəlmişdir."

• İkinci: Onları Allahın yüksəltdiyi məqama yüksəltmək. Onlar Allahın əmr olunmuş qullarıdırlar. Allah onlara ikram etmiş, onların məqamını qaldırmış və Özünə yaxın etmişdir. Onlardan bəziləri vəhy və başqa işlərdə Allahın elçiləridir. Allahın verdiyi gücdən başqa bir şeyə gücləri çatmaz. Bütün bunlarla yanaşı onlar özlərinə və başqalarına Allahın istəyi olmayınca nə bir xeyir nə də bir zərər verə bilməzlər. Mələklərə heç bir ibadət növünü sərf etmək və rübubiyyət sifətləri ilə vəsf etmək olmaz, necə ki, xaçpərəstlər bunu Ruhul qudsda (1*) (müqəddəs ruhda) ona Allahın salamı olsun iddia etmişlər. Allah təalə buyurur: "Kafirlər: Rəhman (mələklərdən Özünə) övlad götürdü! -dedilər. O, pak və müqəddəsdir! (belə şeylərdən təmamilə uzaqdır!) xeyr, mələklər (Onun övladları deyil, xəlq etdiyi) möhtərəm qullardır. Mələklər Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər" (əl-Ənbiya/26-27). "Allahın onlara verdiyi əmrlərə asi olmaz, buyurulduqlarını yerinə yetirirlər" (ət-Təhrim/6).

Bu ümumi imanı öyrənmək və etiqad etmək hər bir müsəlman kişi və qadının üzərində vacibdir. Onlara bunu bilməməkdə heç bir üzr yoxdur.

Mələklərə təfsilatlı iman isə bunları əhatə edir:

Birinci: Yaradıldıqları maddə.

Allah təalə cinləri oddan, Adəm övladını palçıqdan yaratdığı kimi mələkləri də nurdan yaratmışdır. Mələklərin və cinlərin yaradılışı Adəmin ona Allahın salamı olsun xəlqindən öncə olmuşdur. Bir hədisdə buyurulur: "Mələklər nurdan, cinlər dumansüz oddan, Adəm isə sizə vəsf olunandan yaradılmışdır" (Müslüm rəvayət etmişdir).

İkinci: Mələklərin sayı.

Mələklərin çoxluğuna görə onların sayını Allahdan başqa heç kəs bilmir. Səmada dörd barmaq qədər elə bir yer yoxdur ki, orada səcdə edən və ya ayaqda duran mələk olmasın. Həmçinin göyün yeddinci qatında olan "Beytul Məmur"a (2*) hər gün yetmiş min mələk daxil olur sonra saylarının çoxluğuna görə bir daha ora qayıtmırlar. Qiyamət günü cəhənnəmi gətirəcəklər. Onun yetmiş min tutacağı vardır və hər bir tutacaqdan yetmiş min mələk tutaraq onu sürüyəcəklər. Allah təalə buyurur: "...Rəbbinin ordularını Özündən başqası bilməz..." (əl-Müddəssir/31).

Bir hədisdə Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Göy səsləndi və səslənməyə də haqqı var. Orada ayaq yeri qədər elə yer yoxdur ki, orada səcdə və ya rüku edən mələk olmasın" və "Beytul Məmur" haqqında isə belə demişdir: "Oraya hər gün yetimiş min mələk daxil olur və bir daha oraya dönmürlər" (Buxari və Müslüm rəvayət etmişlər). Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Qiyamət günü cəhənnəm gətiriləcək, onun yetmiş min tutacağı vardır və hər bir tutacaqdan yetmiş min mələk tutacaqdır" (Müslüm rəvayət etmişdir).

Buradan bizə mələklərin sayının nə qədər çox olması aydın olur. Məsələn sonuncu hədisdə mələklərin sayı dörd milyard doqquz yüz milyondur! Onları yaradan, bölüşdürən və saylarını bilən bütün nöqsanlardan və eyiblərdən uzaqdır.

• Üçüncü: Mələklərin adları.

Allah təalə Quranda və Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz sünnətində adılarını bizə bildirdiyi mələklərə iman gətirmək vacibdir. Onların ən böyükləri üçdür:

1. Cəbrayıl həmçinin Cibril də deyililr. O, qəlblərin həyatına səbəb olan vəhyi rəsullara onlara Allahın salamı olsun gətirən müqəddəs ruhdur.
2. Mikayıl, bəzən də Mikal deyilir. O, yerin dirilməsinə səbəb olan, ona həvalə olunan yağışı Allahın əmr etdiyi yerə daşıyan mələkdir.
3. İsrafil, o dünya həyatının bitməsini və axirət həyatının başlanmasını bildirən, cəsədlərin dirilməsinə səbəb olan Sura (3*) üfürmək həvalə olunan mələkdir.

• Dördüncü: Mələklərin sifətləri.

Mələklər həqiqi məxluqdurlar. Onların əxlaqi və xəlqi surətləri vardır, bunlardan:

a- Əzəmətli yaradılış və böyük cisimli olmaları. Allah təalə mələkləri göylərdə və yerdə həvalə etdiyi əməllərə uyğun olaraq böyük və güclü yaratmışdır.
b- Onların qanadları vardır. Allah təalə mələkləri iki, üç və dörd qanadlı yaratmışdır. Onların qanadları daha çox ola bilər. Necə ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun Cəbrayılı həqiqi surətində, altı yüz qanadlı olduğunu və üfüqü örtdüyünü görmüşdür. Allah təalə buyurur: "Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah məxluqatda istədiyini artırar" (Fatir/1).
c- Yeməyə və içməyə ehtiyacları olmaması. Allah təalə mələkləri yeməyə, içməyə, evlənməyə və nəsil törətməyə ehtiyacsız yaratmışdır.
d- Mələklər qəlbləri və ağılları olan məxluqdurlar. Onlar Allahla, Allah da onlarla danışır. Onlar Adəm və başqa peyğəmbərlərlə də danışıblar.
e- Həqiqi simalarını dəyişərək başqa simada görünmə qüdrətləri. Allah təalə mələklərə kişi simasında görünmə qüdrəti vermişdir. Bu da mələklərin Allahın qızları olduğunu iddia edən pütpərəstlərə rəddir. Biz onların insan simasına girməsinin keyfiyyətini bilmirik. Amma onlar bunu o qədər dəqiq edirlər ki, onları insandan ayırmaq çətin olur.
f- Mələklərin ölümü. Qiyamət günü ölüm mələyi daxil olmaqla bütün mələklər öləcəklər. Sonra Allahın onlara həvalə etdiyi əməlləri yerinə yetirmək üçün dirildiləcəklər.
g- Mələklərin ibadətləri. Mələklər Allah təaləyə müxtəlif növ ibadətlər edirlər. Buna misal namaz, dua, təsbih, rüku, səcdə, qorxu, xəşyə, məhəbbət və s.

İbadətlərinin vəsfi:

1. Yorulmadan daimi və davamlı ibadətdə olmaq.
2. Allaha olan ixlas.
3. Günahdan və asilikdən məsum olduqlarından itaətdə davamlı olmaq və asiliyi tərk etmək.
4. Çox ibadət etməklə Allaha təvazükarlıq etmək. Allah təalə buyurur: "Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təsbih edirlər" (əl-Ənbiya/20).

• Beşinci: Mələklərin işləri. Mələklər Allahın onlara tapşırdığı əzəmətli işləri yerinə yetirirlər. Bunlardan bəziləri:

1. Ərşi daşıyanlar.
2. Peyğəmbərlərə vəhyi nazil edən mələk.
3. Cənnət və cəhənnəmin xəzinədarları.
4. Bulud, yağış və bitkilər tapşırılanlar.
5. Dağlar həvalə olunanlar.
6. Sura üfürmək tapşırılan mələk.
7. Adəm övladının əməllərini yazanlar.
8. Adəm övladını qorumaq tapşırılanlar. Əgər Allah bir şeyi insan üçün təqdir edərsə, onda mələklər o adamı tərk edər və təqdir olunan ona baş verər.
9. Hər zaman insanla bərabər olmaq və onu xeyrə sövqləndirmək.
10. Ana bətnində nütfə, insana ruh üfürmək, onun ruzisini, əməlini, xoşbəxt və ya bədbəxt olmasını yazmaq həvalə olunanlar.
11. Ölüm ayağında adəm övladının ruhunu almaq tapşırılanlar.
12. İnsanları qəbirlərində sorğu-sual etmək və ondan nəticələnən nemət və ya əzabı vermək tapşırılanlar.
13. Peyğəmbərə ona Allahın salavatı və salamı olsun ümmətinin salamını çatdıranlar. Ona görə də bir müsəlman Peyğəmbərə ona Allahın salavatı və salamı olsun salam vermək üçün onun qəbrini ziyarət etməsi gərək deyil. Sadəcə olaraq hansı yerdə olursa olsun oradan salavat və salam söyləsin. Mələklər onun salamını Peyğəmbərə ona Allahın salavatı və salamı olsun çatdırır. Peyğəmbər məscidini ancaq orada namaz qılmaq üçün ziyarət etmək olar.

Mələklərin çox vəzifələri vardır. Sadalananlar onların məşhur vəzifələridir. Buna olan sübutlardan: Allah təalə buyurur: "Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyirlər..." (əl-Mumin/7). "(Ya Məhəmməd!) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən, o, (Quranı) Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir)" (əl-Bəqərə/97). "Kaş sən zalimlərin ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Dediyini görəydin!" (əl-Ənam/93).

• Altıncı: Mələklərin adəm övladı üzərindəki haqları:

a. Onlara iman.
b. Onları sevmək, ehtiram etmək və fəzilətlərini zikr etmək.
c. Onları söyməyin, əksiltməyin və istehza etməyin haram olması.
d. Mələklərin sevmədiyi şeylərdən uzaq olmaq. Onlar da adəm övladına əziyyət verən şeydən əziyyət çəkirlər.

Mələklərə imanın səmərələri:

a. Onlara iman etmək. Çünki, onlara iman etmədən iman doğru olmaz.
b. Onları yaradan təbarəkə və təalənin əzəmətini, qüvvətini və sultanını bilmək. Məxluqun əzəmətli olması Xaliqin əzəmətli olmasındandır.
c. Onların sifətlərini, halını və vəzifələrini bilməklə müsəlmanın qəlbində imanın artması.
d. Allahın mələklər vasitəsi ilə möminləri sabit etdiyində onlar üçün hasil olan əminlik və rahatlıq.
e. Etdikləri kamil ibadətə və möminlər üçün bağışlanma dilədiklərinə görə mələkləri sevmək.
f. Pis əməllərə və asiliyə nifrət etmək.
g. Allah sübhənəhuya qullarına etdiyi qayğıya görə şükr etmək. Necə ki, O mələklərdən bəzilərinə insanları qorumaq, əməllərini yazmaq və başqa onlar üçün məsləhət olan əməllər tapşırmışdır.
----------------------------------------------------------
(1*) Ruhul quds - Cəbrail (mələk)
(2*) Beytul Məmur - Səmada mələklərin ibadət etdikləri ev.
(3*) Sur - Israfilin çalacağı buynuza bənzər alət.

Просмотров: 614 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]