Cümə, 03.05.2024, 12:39
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Fevral 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

20:07
Güneydə ana dili kampaniyası
Güney Azərbaycanda ana dili kampaniyası başlanır. Vətənimizin o tayından gələn xəərlərə görə, fevralın 21-də başlanacaq kampaniya Güney Azərbaycanın şəhər və kəndlərini əhatə edəcək. Kampaniyaya Güneyin bütün şəhərləri Təbriz, Ərdəbil, Miyana, Marağa, Zəncan, Həmədan və digər şəhər və kəndlər qoşulacaq. Qeyd edək ki, ana dili uğrunda mübarizə aparmaq Güney Azərbaycan türklərinin doğal haqqıdır. 1979-cu ildə baş vermiş islam inqilabı nəticəsində qəbul olunmuş Konstitusiya etnik azlıqlara ana dilində təhsil almaq, KİV yaratmaq hüququ verir. Bu hüququ Ana Yasanın 15 və 19-cu maddələri təsbit edir. İran adlanan ölkədə 35 milyondan çox Azərbaycan türkü yaşayır. Ümumilikdə türklərin sayı 40 milyon civarındadır. Onlardan başqa kürdlər, bəluçlar, aysorlar, ərəblər də var. Amma di gəl ki, ana dilində təhsil almaq hüququ yalnız sayı 15 milyona güclə çatan farslara məxsusdur. İran dövlətinin rəsmi dili fars dilidir. Ölkənin telekanalları, qəzet və jurnalları əsasən bu dildə verilişlər hazırlayır, nəşr olunur. Azərbaycan türkləri və digər etnoslar isə 30 ildir ki, islam rejimindən öz halal haqqlarını ala bilmirlər.
Güneydə ana dilində təhsil uğrunda mübarizə ötən əsrin 90-cı illərinin ortalarından başlanıb. O vaxt bu kampaniyanı Quzeydən aldığı mənəvi dəstəklə mərhum alim Məhəmmədtağı Zöhtabi başlamışdı. Az sonra onun ardıcılları artdı. Zöhtabinin tələbələri sonradan Milli Hərəkatın öncüllərinə çevrildilər. Bu gün də Güney Milli Hərəkatının önündə Zöhtabinin ardıcıları gedir. Doğrudur, Güney Azərbaycan Milli Hərəkatı imzatoplama mərhələsini çoxdan arxada qoyub. 2006-cı ilin mart hadisələri Güney Azərbaycan Milli Hərəkatının böyük və yetkin güc olduğunu göstərdi. Amma həmin vaxt hərəkat istəyinə çatmadı. Çünki inqilabın zamanı yetişməmişdi. İrəli sürülən siyasi tələblərin sonadək israrla tələb olunması üçün nə beynəlxalq dəstək olmadı, nə də hərəkatın resursları buna imkan verirdi. Ona görə də Milli Hərəkat yenidən ana dili uğrunda mübarizəyə qayıtdı. Əslində may qiyamının əsas tələblərindən biri də ana dili, milli kimlik məsələsi idi. Amma o zaman bu tələblər inqilabi formada irəli sürüldüyündən hakim molla rejimi geniş repressiya tədbirlərinə əl ata bildi. Bu dəfə Milli Hərəkat daha ağıllı davranmalı, kampaniyanı dinc, ölkə qanunlarının yol verdiyi çərçivədə aparmalı və rejimi təngnəfəs edənədək davam etdirməlidir. Ana dili həssas məsələdir və rejim istəsə də bu məsələdə ağızlara qıfıl vura bilməyəcək. Bunun üçün Konstitusiyanın 15 və 19-cu maddələri dəyişdirilməlidir. Buna isə molla rejimi indiki halda getməyə cürət etməz.
Fevralın 21-də başlanacaq aksiya bir sıra özəllikləri ilə yadda qalacaq. Əvvəla, bu kampaniya təbii olaraq bütün İranın ali məktəblərini əhatə edəcək. Bu nüans rejim üçün böyük təhlükələr vəd edir. Bu, tələbə hərəkatının yenidən vüsət almasına səbəb ola bilər. İran rejimi isə heç nədən yox, məhz tələbə hərəkatından qorxur. 30 il bundan öncə Xomeyni hərəkatının da əsas hərəkətverici qüvvəsi məhz tələbələr idi. İkinci nüans ana dili aksiyasının inqilabdan sonra yeridilmiş şovinist siyasət nəticəsində Azərbaycandan aralı düşmüş Tehran, Həmədan kimi azərbaycanlıların üstünlük təşkil etdiyi iri şəhərlərdə də keçirilməsidir. Bu, Güney Azərbaycan Milli Hərəkatının uğurudur və oyanış prosesinin bütün Güney Azərbaycanın tarixi sərhədlərinə yayılmasının göstəricisidir. Deməli, İranın dini pərdəyə bürünmüş panfarsist rejiminin illərdir apardığı, para xərclədiyi siyasət effekt verməyib, iflasa uğrayıb. Bununla belə rejim hələ də marıqdadır, repressiyalarını davam etdirir. GAMOH-un Quzey təmsilçiliyindən verilən məlumata görə, fevralın 21-də başlanacaq ana dili uğrunda imzatoplama kampaniyası ilə əlaqədar bildiriş paylayan tələbələr, gənc hərəkat fəalları təqib olunur, həbsə atılırlar. Rejim bütün gücü ilə çalışır ki, kampaniya uğursuz alınsın və Təbriz civarından kənara çıxmasın. Amma Güney Azərbaycanda siyasi cəhətdən yetkin bir nəsil yetişib və onlar vahid rəhbərlik olmadan da hərəkatı idarə edə bilirlər. Onların səyi ilə bu il ana dili hərəkatı bütün tarixi torpaqlarımızı əhatə edəcək, fars rejimi möhtəşəm bir kampaniya ilə üz-üzə qalacaq.
Просмотров: 664 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]