Cümə, 03.05.2024, 13:04
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Fevral 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
232425262728
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

16:39
İbrətli hadisələr və sözlər.

Ariflərdən biri öz şagirdi ilə birlikdə qayıqda gedirdi. Şagird nəsə ağıllı bir söz deyib ustadın xoşuna gəlmək istəyir. Bu məqsədlə xeyli fəkirləşdikdən sonra qayığın dibini göstərib deyir:

- İndi ölümlə aramızda cəmi bir taxta parçası qədər məsafə vardır.

Arif ləngimədən ona cavab verir:

- Bir saat əvvəl quruda gəzdiyimiz zaman heç bu məsafə də yox idi.

****

Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr edərək öyünür. Bu zaman içmək üçün onlara su gətirirlər. Harun su qədəhini əlinə götürüb içmək istəyəndə İbn Səmmak soruşur: «Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən tələb etsələr, verərsənmi?». Harun bir az fikirləşib cavab verir: «Bəli, verərəm».

Xəlifə suyu içəndən sonra İbn Səmmak bu sualı verir: «Bəs, əgər içdiyin su mədəndə qalsa və çölə çıxmasa, səni müalicə etmək və sudan azad etmək üçün xilafətin o biri yarısını istəsələr, verərsənmi?». Harun yenə deyir: «Əlbəttə, verərəm». Bu zaman İbn Səmmak söyləyir: «Sənin xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə dəyərmi?!».

****

Nəsrəddin Tusi Elxanilərin vəziri olduğu zaman bir gün məşhur təfsirçi Qazi Beyzavi onun yaşadığı şəhərə qonaq gəlir. Görüşdən sonra Xacə Tusi Qazini yola salmağa çıxır. Qazi atına minmək istəyəndə Tusi onun atının üzəngisini tutub minməsinə kömək edir. Camaat bu hərəkətin səbəbini soruşanda alim belə cavab verir: «İnsan bəzən öz təkəbbürünü məhv edib, mənəmliyini sındıran əməllər etməlidir. Mən də neçə vaxt idi ki, təkəbbürümü sındırmaq istəyirdim. Ətrafa baxıb bu iş üçün Qazi Beyzavini ən layiqli gördüm».

****

Bir gün Abbasi xəlifəsi Mənsur Dəvaniqi öz vəziri Rəbi ibn Yunisə deyir: «Əgər ölüm olmasaydı, dünya nə qədər gözəl olardı!». Rəbi etiraz edib söyləyir: «Elə dünyanın bütün xeyri-mənfəəti ölümdədir». Xəlifə heyrətlə soruşur: «Nə danışırsan?». Vəzir belə izah edir: «Əgər ölüm olmasaydı, sən bu gün xəlifə olmazdın. (Yəni səndən əvvəlki xəlifə ölməsəydi, hakimiyyət sənə yetişməzdi)».

****

Ömər ibn Xəttab axşamlar geyimini dəyişib şəhər içinə çıxır və camaatın evdə nə etməsi ilə maraqlanırdı. Bir axşam o, süd satan bir qadının evinin qapısına gəlir. Qadın öz qızı ilə səhər satmağa aparacağı südü hazırlayırdı. Ömər eşidir ki, ana qızına deyir: «Gəl südə bir az su qataq ki, çox olsun!». Qız cavab verir: «Axı, xəlifə bunu qadağan edib!». Ana: «Gecənin bu aləmində xəlifənin bizdən nə xəbəri var?». Qız etiraz edir: «Əgər xəlifə görmürsə, Allah görür!».

Bu sözlər Ömərin elə xoşuna gəlir ki, oğlu Asimi həmin qızla evləndirir. Ədaləti ilə tanınmış Əməvi xəlifəsi Ömər ibn Əbdüləziz də onların qız nəvəsidir.

****

Bir müsəlman belə demişdir: «30 ildir, bircə kəlmə «Əlhəmdu lillah» dediyimə görə tövbə edirəm». Təəccüblə soruşurlar ki, məgər insan Allaha həmd etdiyinə görə tövbə edərmi? Sufi cavab verir: «30 il bundan əvvəl ticarətlə məşğul olurdum, dükanım vardı. Bir gün bazarda yanğın baş verdi. Tez bazara qaçıb gördüm ki, yanğın mənim dükanım olan yerə gəlib çatmayıb. Sevinib «Əlhəmdu lillah» dedim. Sonralar öz-özümə dedim ki, nə olsun mənə ziyan dəyməyib? Əgər yanğın mənə zərər vurmayıbsa, başqalarına ki vurub! Mən özümü sair müsəlmanlardan ayırmamalı və onların dərdinə laqeyd qalmamalıydım. Bax, buna görə həmin həmdin tövbəsini edirəm».

Просмотров: 806 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]