Cümə axşamı, 09.05.2024, 05:08
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

20:04
Ölülər üçün Qurani-Kərim oxumaq olarmı?
Bu bidətin geniş yayılmasında isə ən əsas olaraq savadsız “mollalar” və onlara tabe olan cahil insanlar olmuşlar.
İndi isə bu mövzu ilə əlaqədar bəzi dəlilləri sadalayaq:

Qurani-Kərimdə müxtəlif cür xitablar mövcuddur. Bu xitabların hamısı dirilərə ünvanlanmışdır. Bu xitablar içərisində möminlərə, kafirlərə, müşriklərə, münafiqlərə və.s xitab olunur. Amma Qurani-Kərimin heç bir yerində ölülərə xitab olunmur. Çünki Qurani-Kərim bir hidayət rəhbəridir. Ölülərin bu rəhbərdən faydalanma imkanları ortadan qalxmışdır. Hətta bidətçilərin ölülələrə oxudqları Yasin surəsinin 70-ci ayəsində belə “diriləri qorxutmaq üçün” Quranın vəhy edildiyindən bəhs edilir. Amma bidətçilər bu ayəni görməməzliyə vurub, atalarının izi ilə yürüyərək Quranın dirilər üçün olduğunu anlamaq istəmillər.

Uca Allah bu barədə Qurani-Kərimdə belə buyurur: “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə, 170)

Bidətçilər uydurulmuş hədisləri və atalarından nəql edilən yalnış qiyasları təmizə çıxartmaq üçün “dua oxumaq Quran oxumaqla eyni şeydir” deyə təvil etmişlər.

Lakin uca Allah Qurani-Kərimdə bizdən öncə vəfat etmiş möminlər üçün dua etməyin qaydasını göstərmişdir. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla...” (Həşr,10)

Bilindiyi kimi Əsri-Səadətdə yəni Peyğəmbərimizin (s.a.s) vaxtında ölmüş olan möminlərə evdə və ya məzarlıqda Quran oxuma kimi bir sünnət yox idi. Əgər Peyğəmbərimiz (s.a.s) və onun səhabələri ölülər üçün Quran oxumayıblarsa bəs onda özlərini müsəlman adlandıranlar kimin yolunu rəhbər tutub ölülərə Quran oxuyullar? Əlbətdəki bu məsələdə bidətçilər Quranı və Peyğəmbərimizi (s.a.s) rəhbər deyil, öz atalarını və fırıldaçı “mollaların” yolunu rəhbər tutullar. Peyğəmbərimizin (s.a.s) yolunu rəhbər tutan müsəlmanlar isə onlardan öncə vəfat etmiş mömin qardaşları üçün Allahdan bağışlanma və məğfirət diləyirlər.

Просмотров: 664 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]