Çərşəmbə, 08.05.2024, 21:54
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

15:35
Ağdaşda qanunsuz dini cərəyanın təbliğatçıları tutulub
Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən "Həyatverici lütv" və "Babtist" cərəyanlarını təbliğ edən şəxslər tutulub. Bu barədə APA-nın yerli bürosuna Ağdaş rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, Ağdaş rayon Polis Şöbəsinin, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Ağdaş şəhərinin Sabir küçəsi 72 ünvanında yaşayan 1931-ci il təvəllüdlü Juçayeva Vera Konstantinovnanın evinə baxış keçirilərkən orada xristian dininin "Həyatverici lütv" və "Babtist" cərəyanlarını təbliğ edən Bakı şəhər sakini Q. Qarayev prospekti 79, mənzil 39-da yaşayan, 1953-cü il təvəllüdlü Xudaverdiyeva Liliya Aqaxanovna, Bakının Mərdəkan qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Babayeva Sara Namizəd qızı və Bakı şəhərinin Neapol küçəsi 19 a, mənzil 405-də yaşayan 1979--cu il təvəllüdlü Yakulova Ofeliya Seydullah qızı azyaşlı uşaqlara dini dərslər tədris edərkən həbs olunublar.

Həmin evdə 10-13 yaşlarında olan 12 azyaşlı uşağın dini dərslərə cəlb edildiyi müəyyən olunub. Məlum olub ki, xarici təşkilatların maliyyə dəstəyi ilə fəaliyyət göstərən bu din təbliğatçıları Ağdaş şəhərində yaşayan azyaşlı uşaqlara qanunsuz olaraq xristian dinini təbliğ edirlər.

Əməliyyat axtarış tədbirləri zamanı evdən xristian dinini təbliğ edən müxtəlif əyani vəsaitlər, ədəbiyyatlar, video-audio disklər və kassetlər aşkar olunaraq götürülüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Просмотров: 582 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]