Çərşəmbə, 08.05.2024, 08:12
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 5
Qonaq 5
İstifadəçi 0

11:20
Yezidin Hüseynin qətlinə münasibəti və Əhli Sünnə və Camaatın Yezidə münasibəti
Yezid, Ubeydullah ibn Ziyadı göndərmişdi ki, Hüseynin Kufəyə gəlməsinə maneə olsun. Amma Yezid onu öldürməyi əmr etməmişdi. Hətta Hüseynin özü də Yezidə qarşı yaxşı fikirdə idi. Çünki o özü deyirdi ki, mənə icazə verin Yezidin yanına gedim əlimi onun əlinə sıxım (yəni, beyət edim).
Şeyxülislam ibn Teymiyyə deyir: Bütün rəvayətçi alimlər deyirlər ki, Yezid ibn Müaviyə, Hüseynin öldürülməsini əmr etməmişdir. Sadəcə olaraq Yezid, İbn Ziyada məktub yazıb bildirmişdi ki, Hüseynin İraqa rəhbərlik etməsinə imkan vermə. Yezid, Hüseynin qətlini eşitdikdə kədərləndi və onun evində ağlaşma səsləri yüksəldi. Yezid Hüseynin ailəsindən olan qadınların heç birini köləliyə almadı. Əksinə Hüseynin ailəsinə yaxşı baxıb onları yaşadıqları yerə göndərdi.

Bidətçilərin kitablarında: Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsinin qadınlarının təhqir edilməsi, onların Şama əsir kimi gətirilməsi, onların Şamda təhqir edilməsi haqda - yer alan bəzi rəvayətlərə gəldikdə onların hamısının yalan olması aşkar olur. Çünki Bənu Umeyyə (Umeyyə oğulları) Bənu Haşimə (Haşim oğullarına) çox hörmət edirdilər. Ona görə Həccac ibn Yusif, Abdullah ibn Cəfərin qızı Fatimə ilə evləndikdə Əbdülməlik ibn Mərvan bununla razılaşmayıb Həccaca onu boşamağı əmr etdi. Çünki onlar Haşimilərə çox böyük ehtiram bəsləyir və heç vaxt Haşimi qadınları əsir götürmürdülər[1]. O vaxtlar Haşimi qadınlar sevilən, hörmət edilən insanlar idilər. Ona görə Yezidin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailəsinin qadınlarını köləliyə almasını demək batil bir sözdür.
Həmçinin Hüseynin başının Yezidə göndərilməsi xəbəri də doğru deyildir. Əksinə Hüseynin kəsilmiş başı Kufədə Ubeydullah ibn Ziyadın yanında qalmışdı. Hüseynin dəfn edilmişdir və onun dəfn olunduğu yer, qəbri dəqiq bilinmir. Lakin daha çox yayılan məlumatlara görə o Kərbəlada, qətlə yetirildiyi yerdə dəfn edilmişdir. Allah ondan razı olsun.

[1] Minhac əs-Sünnə: 4, 557, 558, 559.

Yəqin ki, Yezidin vaxtında baş verən ən mühüm hadisə Hurra döyüşü, Abdullah ibn Zubeyrin və Hüseyn ibn Əlinin qətli olmuşdur.
Bu səbəblə bəzi insanlar Yezid ibn Müaviyənin lənətlənməsini doğru sayır, bəziləri isə bunu əsla məqbul saymır. Yezidin lənətlənməsini deyən insan üç şeyi isbat etməlidir:
Birinci: Yezidin fasiq olmasını....

İkinci: Onun deyilən fasiqlikdən tövbə etməməsini. Əgər tövbə edən kafirin öz küfründən tövbə etməsi məqbuldursa fasiqin tövbəsi də məqbuldur.
Üçüncü: Müəyyən şəxsə lənət oxumağın icazəli olmasını isbat etmək.
Allahın və rəsulunun lənət etmədiyi müəyyən ölmüş insanı lənətləmək olmaz. Mötəbər hədislərin birində buyurulur: Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında Əbu Cəhlə lənət oxunduqda belə dedi: "Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar"[1].
Allahın dini söyməklə binövrələnməmişdir. Onun binövrəsi gözəl əxlaqdır. Allahın dinində söyməyin heç bir qədr-qiyməti yoxdur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mötəbər hədislərin birində buyurmuşdur ki, "Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür"[2]. Müsəlmanı söymək fasiqlikdir. Yezidin isə İslam dinindən çıxmasını heç kəs deməmişdir. Ən pis halda onun fasiq olması deyilmişdir. Bu iddianın doğru olması üçün onun fasiqliyini isbat etmək gərəkdir. Onun həqiqətini Allah bilir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mötəbər rəvayətdə buyurmuşdur: "Qeysər şəhərinə ilk dəfə hücum edən qoşun bağışlanmışdır"[3]. Bu qoşun Yezid ibn Müaviyənin sərkərdəliyi ilə döyüşə getmişdi. Rəvayətlərdə deyilənlərə görə bu döyüşdə onunla: İbn Ömər, İbn əz-Zubeyr, İbn Abbas, Əbu Əyyub kimi - şərəfli səhabələr də iştirak edirdilər. Döyüş hicrətin qırx doqquzuncu ilində baş vermişdir.
İbn Kəsir deyir: Yezid, Hərra döyüşündə Müslim ibn Uqbəyə Mədinə şəhərinə üç günlük möhlət verməsini əmr etməklə çox kobud səhv etmişdir. Bu səbəblə bir çox səhabələr və onların övladları həlak olmuşdular.
Yekun söz olaraq onu deyirəm ki, onun işi Allaha qalmışdır. İmam Zəhəbi demişdir: Biz onu nə söyür nə də sevirik!

[1] Səhih əl-Buxari: Kitab əl-Cənaiz, Bab mə yunhə an səbbil əmvat. № 1393.
[2] Səhih əl-Buxari: Kitab əl-İman, Bab Xovful mumin ən yuhbitə amələhu. № 48. Səhih Müslim: Kitab əl-İman, № 116.
[3] Səhih əl-Buxari: Kitabul Cihad, Bab mə qilə fi qital ər-Rum, № 2924.

Просмотров: 682 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]