Şəmbə, 04.05.2024, 14:49
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Avqust 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

22:34
Qamət Süleyman: “Prezidentə və parlamentə müraciət hazırlayırıq”

"Əbu Bəkr" məscidinin dindarları prezidentə və parlamentə müraciət hazırlayır. Bu barədə “Azadlıq” radiosuna həmin məscidin imamı Qamət Süleyman məlumat verib: lDüz bir ildir məscidimizin açılmasını gözləyirik. Əvvəl dedilər ki, istintaqdan sonra açacağıq, ancaq hələ də açılmayıb. Qarşıdan orucluq gəlir. Bu, bizə ən böyük bayram hədiyyəsi olardı».Qamət Süleyman deyib ki, "Əbu Bəkr" məscidinin hələ də bağlı saxlanmasının səbəbləri onlara aydın deyil: "Əslində ötən il məsciddə partlayış törədənlər bizim dövlətə qarşı çıxmamağımızdan narazı qalan insanlar idi. Bu başa düşülən deyil. Həm biz dövlətə qarşı çıxmadığımıza görə hədələnirik, həm də məscidimiz bağlanır".
Qamət Süleyman dini sahədə son vaxtlar baş verən bir sıra məsələlərdən də narahatlığını bildirib: "Artıq bəzi rayonlarda saqqal saxlamaq qadağan edilib. Bu, ölkə konstitusiyası ilə də, vicdan azadlığı ilə də ziddiyyət yaradır. Bu, hər bir dindarın öz seçimidir və ona hörmət edilməlidir».
"Əbu Bəkr" məscidi ötən il avqustun 17-də baş verən terror hadisəsindən sonra bağlanıb. Həmin gün məscidə atılan əl qumbarasının partlaması nəticəsində 2 nəfər ölüb, 19 nəfər də yaralanmışdı. Yaralananlardan biri də məscidin imamı Qamət Süleyman oldu.
Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu hadisəni törətməkdə günahlandırılan "Meşə qardaşları» dəstəsinin üzvlərinin məhkəmə prosesi gedir. Ancaq dəstə üzvləri məhkəmədə, istintaqa verdikləri ifadələrdən imtina edərək, bu partlayışdan xəbərsiz olduqlarını deyirlər.

VÜQAR

Просмотров: 669 | Добавил: Polat-Alemdar25 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]