Şəmbə, 04.05.2024, 01:35
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Dekabr 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

15:50
Səlahəddin Əyyubini niyə pis göstərmək isdəyirlər?
1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alıb birləşdirməsi ilə müsəlmanlar xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

Lakin müsəlmanların xaçlıları məğlub etməsi elə də asan deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən eyni zamanda elmi və əxlaqi dirçəliş də başlatmışdı. Encyclopedia Britannica’da ifadə edildiyi kimi:

Müsəlmanların dini təşkilatlarını təşviq etmək və yaymaq (Səlahəddin Əyyubinin) siyasətinin əsas istiqamətlərindən biri idi. Elm və din alimlərinə himayədarlıq etmiş, onların istifadəsi üçün universitetlər və məscidlər qurdurmuş və İslam dünyasının faydalanması üçün bir çox əsər yazdırmışdı... Əxlaqi cəhətdən yenidən dirçəlişi təmin etməklə - bu onun həyatının önəmli tərkib hissəsi idi - özündən beş əsr əvvəl bilinən dünyanın yarısını fəth etmiş ilk nəsil müsəlmanların əzmini və şövqünü yenidən oyandırmağa çalışmışdı.

Elmi, əxlaqi və imani dirçəliş müsəlmanların siyasi birliyi ilə birləşincə İslam mədəniyyəti yenidən daha da yüksəldi: Səlahəddin Əyyubinin əmrindəki birləşmiş İslam ordusu 1187-ci ildə Hıttin Döyüşündə daxili parçalanma və narahatlıq yaşayan xaçlı ordusunu məğlub edib ardından Qüds daxil olmaqla səlibçilərin işğalı altındakı Fələstin torpaqlarının demək olar ki, hamısını azad etdi.

Səlahəddin Əyyubinin və onun öndərliyində qurulan İslam Birliyinin ən diqqət çəkən tərəfi isə Quran əxlaqının tələbi olan ədalət, mülayimlik və sülhsevərlik kimi xüsusiyyətləri ən gözəl şəkildə təmsil etməsi idi. Səlahəddin Əyyubi adətən xaçlılara qarşı qazandığı zəfərə görə anılır. Ancaq onun çox mühüm digər xüsusiyyəti istər xaçlılara, istərsə də digər xristianlara qarşı son dərəcə ədalətli və bağışlayacı olmasıdır. Xaçlıların müsəlmanlara qarşı çoxsaylı zülm etmələrinə baxmayaraq Səlahəddin Əyyubi onlardan intiqam almamış, Qüdsü fəth etdiyində şəhərdəki heç bir xristiana zərər verməmişdi. Səlahəddin Əyyubinin bu barədə diqqət çəkən bir başqa cəhəti öz ətrafındakı radikalları da cilovlaması idi. III Səlib yürüşünü idarə edən ingilis kralı Riçardın Akra Qalasında 3 min müsəlman vətəndaşı vəhşicəsinə qətl etməsi bu şəxsləri də intiqam almağa sövq etmiş və bunu da Yafa şəhərindəki (bu günki Təl-Əviv) xristianlara qarşı kütləvi qiyam törədərək tətbiq etmək istəmişdilər. Səlahəddin Əyyubi öz ordusundakı bu radikal meyli dayandırmaq və Yafadakı xristianların təhlükəsizliyini təmin etmək üçün böyük səy göstərmiş və bunda da müvəffəqiyyətli olmuşdu.

Nəticədə Səlahəddin Əyyubi xaçlılara bəzi imtiyazlar və imkanlar verərək müqəddəs torpaqlara sülh gətirməyi bacarmış və 28 avqust 1192-ci ildə xaçlılarla müsəlmanlar arasında sülh razılaşması imzalanmışdı. Daha sonra Səlahəddin Əyyubi bu şəhəri ələ keçirmək üçün minlərlə müsəlmanı öldürən xaçlı komandirlərə böyük bir jest edərək onları qonaq olaraq Qüdsə dəvət etdi. Qüdsü ziyarət edən xaçlı komandirlər müsəlmanlarda gördükləri bu böyük bağışlama, xoşgörüş (tolerantlıq) və ədalət qarşısında heyranlıqlarını gizləyə bilməmişdilər. Bir dəfə də Səlahəddin Əyyubi düşməni olan ingilis kralı Riçardın xəstə olduğunu öyrənmiş və ona xüsusi həkim göndərmişdi. Səlahəddin Əyyubinin Quran əxlaqına söykənən yüksək əxlaqı onu bütün Avropada əfsanələşdirib.

Qısası Səlahhəddin Əyyubinin qurduğu İslam Birliyi müsəlmanlara həm güc və zəfər vermiş, həm də İslam əxlaqının əsası olan ədalət, xoşgörüş, sülhsevərlik kimi dəyərlərin həyata keçirilməsinə şərait yaratmışdı. Müsəlmanlar həm İslama xidmət etmək üçün fəaliyyət göstərmiş, həm də öz aralarında yaranan bəzi radikal meyllərin qarşısı alınaraq onlara Quran əxlaqına görə necə davranması lazım olduğu göstərilmişdi.

Səlahəddin Əyyubinin qurduğu İslam Birliyindən 8 əsr keçir. Amma bu gün də müsəlmanlar üçün İslam Birliyi zəruridir. Əlbəttə bu gün İslam dünyasına qarşı səlib yürüşləri dövründə olduğu kimi toplu şəkildə hücum yoxdur, amma İslam dünyası fərqli coğrafiyalarda fərqli təhdidlər altındadır. Bundan başqa İslam dünyası digər mədəniyyətlərdən geridə qalmış, elm, texnologiya, mədəniyyət, sənət, düşüncə kimi sahələrdə uzun müddət dünyada qabaqcıl olmasına baxmayaraq bu gün kifayət qədər inkişaf etməmişdir. Digər mədəniyyətlərdə ortaya atılan bəzi yanlış fəlsəfə və ideologiyalar da 19-cu əsrdən etibarən İslam dünyasına yol açmış, Quran əxlaqını tam mənasıyla bilməyən bəzi müsəlmanları təsiri altına almışdır. Özlərini İslamı təmsil edirmiş kimi göstərən, amma gerçəkdə İslam əxlaqına tamamilə zidd vəhşiliklər törədən bəzi radikallar isə İslam ilə digər mədəniyyətlər arasında qarşıdurma yaratmaq istəyənlərə xidmət edirlər.

Bütün bunların sona çatması, müsəlmanların yenidən dünyaya istiqamət verən, işıq tutan, ədalət və sülh gətirən, eləcə də qibtə edilən mədəniyyət qurması üçün Səlahəddin Əyyubinin metodundan istifadə etmək lazımdır: İslam dünyasında əxlaqi, elmi, imani canlanma başlatmaq və eyni zamanda da müsəlmanların siyasi birliyini təmin etmək.

Просмотров: 584 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]