Bazar ertəsi, 20.05.2024, 02:11
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Yanvar 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

23:47
“Məhəmməd Quluxan Əfşar, Milli Federal dövlət təşkili yolunda”
Urmu xanı Məhəmməd Quluxan Əfşarın katibi, əslən cənubi azərbaycanın Xoy şəhərindən olan Mustafa Səidabadının o dövürdə azərbaycanda baş verən hadisələri özünün gündəlik yaddaşlarından çıxarıb bir kitab halinə gətirməsi artıq hamımıza məlumdur.

Mustafa Səidabadı 1172 hicri qəməridə (1758/1759) Xoyda doğulub. 1782-də Urmu xanı Məhəmməd Qulixan Əfşarın “Bütöv Azərbaycan dövləti” yaratmaq fikri ilə qurduğu “ Urmu xanlığı” Əfşar hökümətində (1781/1798) katib işləmişdir. Mustofi (katib) işlədiyi sarayda gözləri ilə gördüyü hadisələri, iştirakçısı olduğu olayları və ya eşitdiyi xəbərləri bir araya toplayıb, bu kitabı yazmağa başlayıb, nəhayət 1823-də onu sona çatdırıb. Məhəmməd Quluxanın böyük oğlu Mustafa Quluxana təqdim edilən kitabın əlyazması, oğlu Əmirgün xana, ondan oğlu Əlixan Əfşara və ondan 16 yaşında kiçik qardaşı Bahadur xana və nəhayət, onun oğlu Əli Xoşnevisə (ikinci Əlixan) gəlib çatıb.

Atalardan oğullara sıra ilə yazılmış vəsiyyətlərdə göstərildiyi kimi, Fətəlişah Qacar Azərbaycan xanlıqlarını mərkəzi Tehran olan Qacar dövlətinə tabe etdikdən sonra Qacar-Əfşar düşmənliyi ilə kitab çap olma imkanı tapmayıb. 1913-1914-də kitabın artırılmış əlyazması istanbula çapa göndərsələr də Ərzurumda türk-rus müharibəsində kitabı aparan tacir giriftar olur və itir-batır.

Rza Şah hakimiyyətində, fars şovinizminin qızğın çağında çapı mümkün olmayan kitab, nəhayət, 2001-ci ildə yuxarıda adını çəkdiyim və bu gün 80 yaşında Urmuda (Urmiyə) yaşayan ikinci Əlixanın müəllifliyi ilə çapa hazırlanır və işıq üzü görür. Mustafa Səidabadı yazır ki, Urmu xanı Məhəmməd Quluxan Əfşarın hədəfi bütöv Azərbaycan dövləti yaratmaq idi.

Təhrif olunmuş tariximizin qaranlıq səhifələrini aydınladan “Məhəmməd Quluxan Əfşar, Milli Federal dövlət təşkili yolunda” adını daşıyan bu kitabın akademik səviyyədə tərcüməsi və çapı milli dövlətimizin borcudur düşüncəsi ilə bu müqəddiməyə son qoyaraq kitabın bəzi məqamlarının tərcüməsini olduğu kimi millətimizin hüzurlarına təqdim edirəm.

Kitabın 139-cu səhifəsində Xudafərin qurultayında (1201 hicri qəməri) (1786/87) Urmu xanının nitqi barədə belə yazır:

Məhəmməd Qulixan sərdari-kül, Gürcüstan və ətrafdakı vilayətlərin məsələsini həll etdikdən sonra böyük şövqlə Xudafərinə gəldi. Oturağın nizam-intizamı, Yurd ordusunun dördüncü Qara Çuxalar bölük başçısı Məhəmməd Tahirxan Gündüzlüyə tapşırıldı. Ölkədə birlik yaratmaq üçün bütün hakimləri, xanları, bəyləri, bəyzadələri qurultaya çağırdı. Tiflis hakimi Ərkli xan, Bakı hakimi Hüseyn xan, Şirvan xanı Mustafa xan, Şəki xanı Məhəmməd Həsən xan, Gəncə hakimi Cavad xan, Qalanın başçısı erməni Xaçatur, Sərab və Qarabağ hakimi Sadiq xan Şəqaqi, Qərəni sərhədçilərinin başçısı, Soyuqbulaq hakimi Budaq xan, Marağa xanı Müqəddəmi Mərağeyi, Səfərquluxan Batmanqılınc Xoy nümayəndəsi, Xudadad xan Təbriz hakimi, Nəzərəli xan Şahsevən Ərdəbil hakimi, Şamşal xan Əfşar hakimi və başqaları dəbdəbəli yığıncaqda iştirak edirdilər. Məhəmməd Quluxan nitqində dedi: “ Yurd ordusunun gücü, bizim ədalətli hökmranlığımız nəticəsində artıq bütün xanlıqlar birləşib. Bu birliyi qorumağa hamımız qeyrət göstərməli, ölkənin inkişafına, xalqın rifahına çalışmalıyıq. Millətimizin azad və yaxşı yaşaması üçün xarici qüvvələrin, o cümlədən Rus-Rum, Qacar və Zəndə ölkəmizə müdaxilə icazəsi verilməməlidir. Yurdumuzu bütün gücümüzlə özgələrdən qorumalıyıq.”

Kitabın 275-ci səhifəsində “Ağa Məhəmməd Şah itirilmiş mövqeyini bir daha qazanmaq üçün saysız qoşunla 1211 hicri qəməridə (1796/97) Şuşaya hücuma başladı. Məhəmməd Quluxan, Sadiq xan Şəqaqi və İbrahim xan həm Şuşanın təxribinin qarşısını almaq üçün, həm də özlərini nicat vermək üçün, həm də keçmişdəki ilqarları gərəyi, İbrahim xanın Şuşadan çıxmasına, şəhərin qansız təhvil verilməsinə və sonra şahın qətlə yetirilməsinə qərar verirlər. (Baş verən bəzi hadisələrdə yardımçı olur, o gecə Məhəmməd Quluxanın iştirakı ilə şahın öldürülməsi geniş şəkildə izah edilir).”

Kitabın 296-306-cı səhifələrində Ağa Məhəmməd Şahın ölümündən sonra bütün Azərbaycanda milli hökümət yaratmaq üçün Təbriz qurultayından bəhs edərkən yazır: “Daha öncə Azərbaycanın böyük qurultayında təyin olunmuş idarə heyətindən Məhəmməd Quluxan, İbrahim xan Cavanşir, Sadiq xan Şəqaqi, Hüseynqulu xan Dünbili, Cəfərqulu xan Dünbili, Xoyun dağ bağında bir iclas keçirərək, Azərbaycanda milli dövlət qurmaq üçün Təbrizdə bütün xanlıqların iştirakı ilə qurultay keçirmək qərarına gəlirlər.”

Müəllif Mustafa Səidabadi qurultay haqqında yazır:

“Bu qurultayda Azərbaycanı idarə etmək üçün idarə heyəti və onun sədrinin seçilməsi qarşıya məqsəd qoyulmuşdur. Mən bu iclasın əhəmiyyətini nəzərdə alaraq onun tarixdə qalması üçün iştirakçılarının adını və tutduğu vəzifələri bir-bir qeyd edirəm.

1- Məhəmməd Quluxan Əfşar – Urmu xanı, bütöv Azərbaycan sərdarı, rəyasət heyətinin üzvü.

2- Hüseyn Quluxan Dünbili – Təbriz hökmranı, rəyasət heyətinin üzvü.

3- Sadiq xan Şəqaqi – Ərdəbil hökmranı, rəyasət heyətinin üzvü.

4- Cəfər Quluxan Şəqaqi – Xoy hökmranı, rəyasət heyətinin üzvü.

5- İbrahim Xəlilxan – Qarabağ hökmranı, rəyasət heyətinin üzvü.

6- Əhməd xan Marağayi - rəyasət heyətinin üzvü.

7- İbraim Ağayi Mikri - Soyuqbulaq hökmranı, rəyasət heyətinin üzvü.

8- Mahmud xan Əmir Əfşar – Sayınqala hökmranı, rəyasət heyətinin üzvü.

9- Hüseyn xan Badukubə - Bakı hökmranı, rəyasət heyətinin üzvü.

10- Məhəmməd xan İrəvani – İrəvan hökmranı, rəyasət heyətinin üzvü.

11- Cəfər xan Şəqaqi – Qaradağ hökmranı, rəyasət heyətinin üzvü.

12- Mustafa xan – Şirvan hökmranı, rəyasət heyətinin üzvü.

13- Əfrasiyab sultan Zərza – Üşnü hökmranı, rəyasət heyətinin üzvü.

14- Qəmi Ağayi – Əşairlər əmiri, rəyasət heyətinin üzvü.

15- Ərgil xan – Gürcüstan valisi, rəyasət heyətinin üzvü.

16- Cavad xan Gəncəyi – Gəncə hökmranı, rəyasət heyətinin üzvü.

17- Abbasqulu xan Qanlıqılınc – Naxçıvan hökmranı, rəyasət heyətinin üzvü.

18- Əta xan Sərabi –Sərab hökmranı, rəyasət heyətinin üzvü.

Bunlardan başqa, rəyasət heyətinin üzvü olmayan 12 nəfər qoşun başçıları bir də katib kimi mən o qurultayda iştirak edirdim.”

O davam edir: “Bu qurultayda milli hökümətin ən ədalətli (demokratik), kəskin və doğru qərarları qəbul edildi. 18 nəfərdən 7 nəfəri yeni rəyasət heyətinə seçildi, səs birliyi ilə Məhəmməd Quluxan Əfşar ali rəyasət heyətinin sədri və Azərbaycan qoşununun başçısı təyin edildi. Azərbaycanda Dərbənd Dəmirqapıdan – Sənəndəcə qədər, İrəvandan Qəzvinə qədər milli birlik yarandı. Bütün xanlıqların qoşunlarının birləşməsi ilə milli ordu, Fətəli şahın Azərbaycana hücumunun qarşısını almaq üçün Tehrana tərəf yola düşdü və Qəzvinlə Tehran arasındakı Soyuqbulaq yaxınlığında Fətəli şahın ordusun məğlub etdi.

Böyük Rüsuloğlu : Bakı 15 Avgust 2002

Müsavat qazeti, say 220 ( 1795) tarix 19 Avgust 2002- də derc olunmuşdur.

Просмотров: 644 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]