Bazar ertəsi, 20.05.2024, 02:50
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Yanvar 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 2
Qonaq 2
İstifadəçi 0

12:20
Bəhlul Danəndə №12
HƏ əqrava oturuf fikirləşdim ki nədən yazım necə yazım ki Ürəyimdən tikan çıxarda bilim. Düzünü deyim o qədər fikirləşdim ki bir mərət tapmadım yazmağa. Bu yerdə bizim yeganə problemimiz, dərd sərimiz olan Qarabağımız gəldi ağlıma. Deyirəm ki yenə də Qarabağ eee. Bu Qarabağ olmasa görəsən biz nəyin dərdini çəkərdik axı? Nəyi əldə Bayraq edərdik ki hər seçkilərdə? Dünyada iqtisadi böhran baş alıb gedir heç bizə təsiri yox, Nöyütümüz günnən-günə ucuzlaşır bizə zərrəcə təsiri yox. İnkişafımız o qədər sürətlidir ki son 5 ildə kimsə heç bizim TOZUMUZDA da çata bilmir. Bax budur "Analoqo olmayan" siyasətimiz.

Deyirəm ki vallah billah bizim bəxytimiz gətirib eee. Ölkəmizdə işsizlikdən heç əsər əlamət qalmıyıb. Heç bilmirik ki bu yoxsulluq nə olan mərətdi. Düzdü 5-6 faizimiz yoxsulluq səviyyəsində yaşayır onlar da özləri işləmək isdəmir. A kişi gündə bir zavod gündə bir fabrik açılır. Hara baxırsan ki yeni yeni GÖYDƏLƏNNƏR tikilir və tikilən kimi də satılır. Bizdə Koruppsiya deyilən heç nə yoxdu sadəcə Korrupsiyayla mübarizə baş idarəmiz var(Adama deyərlər ki olmayan şeylə necə mübarizə aparmaq olar ki A.M). Keçən dəfə o qədər Dərd-qəmdən uzaq idim ki bilmədim neyləyim. Getdim ki qonşumuz Avdıynan Yumurta döyüşdürüm. Avdı kişi məni sözə tutdu. Söbətimiz gəldi çıxdı Türkiyə məsələsinə. Gördüm ki Avdını gülmək yaman tutdu. Bunun səbəbini soruşanda Avdı dedi ki bəs deməzsənmi Bu Türküyənin CUMHURBAŞQANI Gül Obamadan Əhmədnejata Məktub abarıb. Məndə Avdıya qoşulub bu Gülə o qədər güldük ki.
Deyirəm ki Valla Billah bu Gülə bir ağıl duası yazdırmaq LAZIMDIR. Əmma bu Lazım köpəyoğlu da bizdən qaçaq düşüb. HƏ birdə o gün xəbər yayıldı ki Gül İraq səfəri zamanı İraqın Türkmənlər yaşayan hissəsinnən "KÜRDÜSTAN" deyə bəhs edib. Nəysə bu Güldən baş açmaq üçün gərək heç olmasa Exstrasensdən zaddan olasan.
HƏ əqraba bunnar hamsı boş şeylərdi. Heç baş qoşmağa dəyməz. Bircə əsas budur ki yaxşı ki Qarabağımız var. Yoxsa bizim heç dərd sərimiz olmazdı. Dünən gecə o qədər dərdsiz qəmsiz oturmuşdum ki bizim balaja gədə buna çox təəccübləndi. Tez pultu əlinə alıb Telvizoru açdı. Ans-in xəbərçisi yenə car çəkirdi ki "Ermənilər təmas xətdində atəşkəsi pozub. Cavab atəşilə düşmən susdurulub. İtki Yoxdur". Yaman kövrəldim eeeee. Dərdim yenə düşdü yadıma.
HƏ Allah bizi dərtsiz qoysun.

Просмотров: 553 | Добавил: ilka1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]