Bazar ertəsi, 06.05.2024, 00:32
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 2
Qonaq 2
İstifadəçi 0

19:53
Zəncanlı şair Huşəng Cəfəri "Aqqışqa"
Açin aqqışşğqaları
Havalar tək ürəğim solqundur
Quruyan dağlara yağmaq diləyir
Sel olub zalim evin yıxmağa axmaq diləyir
İldırım tək gecə bağrın yara şaxmaq diləyir
Günə baxmaq diləyir.

Açın aqqışqaları
Mənə yox!
Qəfəsi qəmdə qənarilərə bir rəhm eləyin
Bir gülün solmasına solmamışam
Qəlbimin dolmasına dolmamışam
Qorxuram tüstü vura gülxanamı
Açın aqqışqaları.

Bir görüm ölkəm ara birləşən ellər necolub
Küçələrdə yumuruq tüspürü bayraq olan əllər necolub
Bizim ellər necolub.

Açın aqqışqaları
Bu nə evdir ki işıqliq yolu yoxdur
Bilmirəm qibləm hayandır
Evimin sağ solu yoxdur
Birini buğz tutubdur danışanmır
Biri bir şirdi düşüb dar qəfəs içrə çalışanmır
Ana istəkli balaylan barışanmır
İki torpaq qarışanmır
Qol boyunla sarışanmır

Açın aqqışqaları
Eləbil ki qulağa vay səsi gəldi
Analar qalmış oğulsuz
“oğul eyvay” səsi gəldi
Qapı taxta dalı salqın
Paça bağlı səsim arqın
Nə gedir səs, nə çıxır hay
Oldu kal kəlmələr üstə əməğim zay
Vay yasaq dilli elim vay
Vay yasaq dilli elim vay

Просмотров: 660 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]