Bazar ertəsi, 06.05.2024, 12:28
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

23:14
Behman Vətənoğlu "AZƏRBAYCAN "şeri
Azərbaycan! Qibləgahım!
İlk ümidim, son pənahım!
Səndən ауп həyatmı var?!
Qollarımda qandal olsa,
Ayağımda buxov olsa,
Yenə dizin-dizin
Sürünərəm qucağına!!!
Gözlərimə pərdə ensə,
İşıq gələr sürtsəm sənin,
Рак, müqəddəs torpağına!!!
Hər vücudda iki göz var,
İki ayaq, iki əl var, iki qulaq,
Fəqət, fəqət ürək birdir!
Dil də birdir!
Demək, onda dilək birdir!
Neçə bölsən hər əzaya,
Yüz ad versən,
Nəhayətdə bədən birdir!
Gündoğandan Günbatana,
Güneyindən quzeyinə,
Dörd iqlimdə, dörd cəhətdə,
Vətən birdir!
Şəki, Şirvan, Qarabağım,
Od-ocağım!
Əhər, Salmas, Qaradağım,
Qol-budağım!
Şahdağ, Kəpəz, Savalanım,
Bir quş kimi havalanım,
Qonum uca zirvənizə,
Ordan baxım,
Mil düzünə, Aslan düzə!
Naxçıvanım, Həmədanım,
Bu birliyi, bütövlüyü necə danım?!...
Gözəl Bakım, şux Təbrizim,
Bu da bizim, о da bizim!..
Nifrət sənin gərdişinə,
Çərxi fələk söylə görək;
Nəyə görə iki qardaş,
Həsrət qalıb bir-birinə?!..
Elə sanma bu qisası,
Səndə belə qoyacağıq!
Bir gün sənin kor gözünün,
Hər ikisin oyacağıq!
Ana yurdum!
Dırnağımla şumlayaram,
Al qanımla sulayaram.
Sənin qızıl torpağını!
Gün gələcək, az qalıbdır,
Yas da, qəm də sovuşacaq!
Azərbaycan bir əbədi.
İstiqbala qovuşacaq!!!
Просмотров: 820 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]