Bazar ertəsi, 06.05.2024, 12:18
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 2
Qonaq 2
İstifadəçi 0

12:04
Daha bir Avropa dövləti İslam əlehinə aksialar keçirilir.
Fransada radikal sağçı Milli Cəbhə Partiyası 4-21 mart tarixlərində keçiriləcək bələdiyyə seçkiləri üçün mübahisələrə yol açacaq afişa hazırlatdırıb. Afişada Əlcəzair bayrağı və minarələrlə əhatə olunmuş, üstünə “İslama yox!” şüarı yazılmış Fransa xəritəsi var.

Milli Cəbhə Partiyası bələdiyyə seçkilərində islam xofunu gündəmə gətirərək, səslərini artırmaq niyyətindədir. Hazırda bu afişa Fransanın bütün küçələrində asılıb. İnsan Haqları Dərnəyi afişalarla bağlı Marsel Məhkəməsinə müraciət etsə də, prosedur əsas gətirilərək, müraciət geri qaytarılıb. Milli Cəbhə Partiyasının vəkili məhkəmə önündə jurnalistlərə açıqlamasında deyib ki, afişa islama qarşı deyil, islamizmə qarşıdır.
Digər iki dərnək də afişalarla bağlı Milli Cəbhə Partiyasını məhkəməyə verib. Məhkəmə prosesi bələdiyyə seçkilərindən sonra, may ayında keçiriləcək.

Afişa Əlcəzair və Fransa arasında diplomatik qalmaqala səbəb olub. Əlcəzairin Xarici İşlər Nazirliyi afişalarla bağlı etiraz bəyanatı verib. Əlcəzairdəki siyasi partiyalar, ictimai təşkilatlar və mətbuat afişaları şovinizmin təzahürü kimi qiymətləndirirlər.

Fransada Milli Cəbhə Partiyasının afişalarının keçən il İsveçrədəki radikal sağçı İsveçrə Mərkəz Demokrat Birliyi Partiyasının minarələrlə bağlı referendum öncəsi hazırlatdığı afişalara bənzəməsi də diqqət çəkib. İsveçrə Mərkəz Demokrat Birliyi Partiyası Fransa Milli Cəbhə Partiyasının oxşar afişalardan icazəsiz istifadə etdiyinə, plagiata yol verdiyinə görə məhkəməyə baş vurmağa hazırlaşır.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının lideri Jean-Marie Le Pen keçən həftə keçirdiyi mitinqdə bildirib ki, minarələr Fransada islamın simvoludur və azan səsinin Fransa küçələrində ucalmasına az qalıb.

Milli Cəbhə Partiyasının bələdiyyə seçkilərində 6-8 faiz səsə alacağı gözlənilir.

Просмотров: 576 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]