Bazar ertəsi, 06.05.2024, 08:36
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 2
Qonaq 2
İstifadəçi 0

10:04
Talış separatçılarına kimlər və niyə dəstək verir ?
Bu dəfə isə Rusiya Federasiyasındakı "Talış diasporası"nın sədri, qatı separatçı, eyni zamanda mütəmadi olaraq Azərbaycana qarşı öz radikal çıxışları ilə seçilən İsmayıl Şabanov "Russkaya Slujba Novostey" (xrebet) verilişinin qonağı olub və "Poçemu Baku boitsya talışskoqo separatizma" mövzusunda fikirlərini söyləyib.

qaynar.info eksklüziv olaraq xəbər verir ki, proqramın aparıcısı Dmitriy Starostin veriliş zamanı Azərbaycanda yaşayan milli azlıqlar barədə müzakirələr aparılacağını bildirməklə yanaşı, studiyanın qonağı İ.Şabanovu Rusiya Federasiyasındakı "Talış diasporası"nın rəhbəri kimi təqdim edib və qısa şəkildə sonuncunun tərcümeyi-halını dinləyicilərin diqqətinə çatdırıb. Aparıcının sözlərinə görə, İ.Şabanov 1965-ci il aprelin 4-də Azərbaycan SSR-in Lənkəran rayonunun Havzava kəndində anadan olub, V.P.Qoryaçkin adına Moskva Dövlət Aqro-Mühəndislik Universitetini bitirib və 1987-ci ildən komsomol və partiya işində çalışıb. Daha sonra "talış mövzusu" ətrafında diskussiyalar başlayıb. Aparıcı son zamanlar guya ölkəmizdə talış probleminin açıq şəkildə qabardığını vurğulayaraq, İ.Şabanovdan talışlar haqqında qısa məlumat verməsini xahiş edib.İ.Şabanov talışların qədim xalq olduğunu və Azərbaycanın cənub bölgəsində mövcud olan 7 rayonda (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad) məskunlaşdığını bildirib. Şabanov talışların İran dilli xalqlar qrupuna aid olduğunu və hazırda İran İslam Respublikasında guya 600 mindən artıq talışın yaşadığını qeyd edib. İ.Şabanovun sözlərinə görə, guya Səlcuqların hazırkı Azərbaycan ərazisinə gəlişinə qədər, buradakı əhali talış dilindən istifadə edirmiş. Onun fikrincə, guya hazırkı hakimiyyətin talış dilinin məhv edilməsi istiqamətində səylər göstərməsinə baxmayaraq, talış xalqının öndə gedən simaları öz doğma dillərini yaşatmaq üçün mübarizə aparırlar. Aparıcı yenidən açıq şəkildə talış problemini qabardıb və qeyd olunan məsələlərin guya milli yox, eyni zamanda siyasi xarakter daşıdığını söyləyib. O, qeyd olunan istiqamətdə danışaraq, dinləyicilərə 1993-cü ildə baş vermiş məlum "TMR" hadisələrinin qısa xülasəsini verib və Əlikram Hümbətovu "Talış-Muğan Respublikası"nın "prezidenti" kimi təqdim edib. Onun sözlərinə görə, guya "TMR"in yaradılması bütün talış xalqının istəyi ilə olub, lakin Heydər Əliyevin göstərişinə əsasən bu hərəkatın qarşısı hərbi yolla alınıb.Burda bir maraqlı məqamı da qeyd edək ki, qeyd olunan mövzunun müzakirəsi zamanı professor Əli Abbasov ilə canlı telefon bağlantısı yaradılmış və aparıcı ondan “talış məsələsi”nə dair münasibət bildirməsini xahiş edib. Ə.Abbasov müasir dövrə qədər Azərbaycanda talışlarla azərbaycanlılar arasında hər hansı problemin mövcud olmadığını, lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra qeyd olunan məsələnin süni şəkildə həm daxili, həm də xarici qüvvələr tərəfindən gündəmə gətirildiyini vurğulayıb.Sonra aparıcı "Rosbalt" informasiya agentliyinin müxbiri Yana Amelina ilə canlı telefon bağlantısı yaratmışdır. Qeyd edək ki, Y.Amelina 2007-ci ildə ölkəmizin cənub bölgəsində səfərdə olub, orada talışlara dair material toplayıb, bir sıra məlum separatçılarla görüşlər keçirib; əvvəllər isə qondarma "Dağlıq Qarabağ Respublikası"nda olub və orada keçirilmiş "prezident seçkiləri"nə dair internetdə yerləşdirdiyi məqaləsində müsbət fikirlər söyləyib.Bununla əlaqədar, Y.Amelina Lənkəran rayonunda saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verilib və ölkə ərazisindən deportasiya olunub.Telefon danışığı zamanı Y.Amelina talış məsələsi ilə məşğul olduğunu bildirməklə yanaşı, qeyd olunan xalqın məskunlaşdığı ərazini "talış regionu" adlandırmış, lakin istehza ilə Azərbaycan hakimiyyəti tərəfindən həmin bölgənin cənub kimi göstərildiyini söyləmişdir. Y.Amelina hətta 2007-ci ilin avqust ayında ltalış regionu»nun paytaxtı adlandırdığı Lənkəran rayonunda səfərdə olduğunu, orada bir sıra şəxslərlə görüşlər keçirdiyini və "TMR ali sovetinin sədri", eləcə də talışların "lideri" kimi təqdim etdiyi qatı separatçı Fəxrəddin Abbasovdan müsahibə aldığını, lakin "talış məsələsi"nə görə ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Dövlət Miqrasiya Xidmətinə təhvil verildiyini söyləyib.Daha sonra İ.Şabanov Novruzəli Məmmədov haqqında danışaraq, sonuncunun guya qanunsuz olaraq həbs olunduğunu və həbsxanada işgəncələrə məruz qaldığını bildirib. Eyni zamanda İ.Şabanov politoloq Vəfa Quluzadənin mütəmadi olaraq öz çıxışlarında "türklərlə birləşmək lazımdır" ifadəsini tənqid edib və onun söylədiyi fikri "separatizm" adlandırıb.Aparıcı İ.Şabanova talışların İran dilli olduqlarını və İranın təsiri altında fəaliyyət göstərdikləri haqda ətrafda dolaşan söz-söhbətlərə aydınlıq gətirməsini istəyib, lakin sonuncu cavab olaraq qeyd olunan fikrin həqiqətə uyğun olmadığını və talış xalqının Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşdüyünü söyləyib. Onun sözlərinə görə, guya həmin döyüşlərdə 600 mindən artıq talış həlak olub. Aparıcı İ.Şabanovun söylədiyi rəqəmə bir qədər şübhə ilə yanaşıb, lakin sonuncu bu rəqəmi bir daha təkidlə vurğulayıb. Bu arada o da məlum olub ki, talış separatçılarına "Sadval" və avarların İmam Şamil adına Fondu da ciddi dəstək verir. Moskvadakı mənbələrimizin verdiyi məlumata görə, separtaçıların talishpress.org, habelə tavalesh.ru, atropat.narod.ru saytlarınında Əlikram Hümbətovun Azərbaycan dövlətinə qarşı həqarətləri yer almaqdadır. Məsələn o, həmin saytların birində "Azərbaycanda yaşayan talışları əzilmiş xalq kimi" qələmə verir. Ən dəhşətlisi odur ki, Moskvadakı talış separatçıları və PKK simpatizanı ictimai qurumlar Rusiya paytaxtında fəaliyyət göstərən eyni ünvanda, Moskva şəhər Seretinskaya küçəsi 12-də yerli şəhər administrasiyasının ayırdığı ünvanda yerləşirlər.Yeri gəlmişkən bir qədər əvvəl o da məlum olub ki, Moskva şəhərində fəaliyyət göstərən talış diasporu tərəfindən “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı rus dilində nəşr olunan kitabın təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan sözügedən diasporun sədri İsmayıl Şabanov adı çəkilən kitabın guya tarixi faktlar üzərində və qərəzsiz şəkildə yazıldığını bildirərək müəllif Hüseyn Əhmədini (İran tarixçisidir) iştirakçılara təqdim edib. H.Əhmədi çıxışının əvvəlində kitabın nəşr olunmasında köməyi olan şəxslərə, eləcə də mətni tərcümə edən, hazırda Rusiyada yaşayan, qatı separatçı Famil Cəfərova öz minnətdarlığını bildirib və özü haqqında məlumat verib. Belə ki, H.Əhmədi bildirib ki, o 25.03.1964-cü ildə İran İslam Respublikasında anadan olub, tarix elmləri namizədidir və hazırda İranın Müasir Tarixinin Tədqiqatı Universitetinin xarici siyasət bölməsində çalışır. O, şimal və cənub talışlarının ayrılması barədə yazılmış “Əxbərnamə” kitabının və 50-yə yaxın məqalənin müəllifi olduğunu qeyd edib. Qeyd olunan mətbuat konfransında bir sıra kütləvi informasiya vasitələri (KİV) nümayəndələri, özünü müstəqil tarixçi kimi təqdim edən erməni əsilli Robert Qapalyan, “Moskva Kürd Milli Mədəniyyət Mərkəzi”nin sədri Əli Osmanov, “Beynəlxalq Talış Mədəniyyət Fondu”nun sədri Adil Nəsirov, eləcə də Azərbaycan Respublikasında yaşayan talış separatçılarının fəalı Hilal Məmmədov da iştirak edib. musavat
http://tolishpress.org/
http://balali.livejournal.com/tag/talish.talish.talysh.tolishpress.толыш
http://talysh.narod.ru/inopressa.html
Talış separatçıların saytları.

Просмотров: 660 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]