Bazar ertəsi, 06.05.2024, 00:06
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Mart 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

22:37
Qara Dastan Almas İldırım
Dörd bir yana dağılmış Türk soyları,
Yanmış ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar Bozkır çayları,
Saxlar içdən gizli ümid güman hey..
Qoca Türkün düşdüyü dərd yaman hey..

Ağ alnına qara yazı yazılmış,
Yaylalarda dügün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları şözülmüş,
Yada qalmış dilər eldən aman hey..
Qoca Türkün düşdüyü dərd yaman hey..

Dağdan-dağa köçüb getmiş doğanlar,
Qayalara iz buraxmış al qanlar,
Ordulara buyruq verməz ilanlar,
Harda qalmış sədlər yıxan fərman hey..
Qoca Türkün düşdüyü dərd yaman hey..

Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqındi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey..
Qoca Türkün düşdüyü dərd yaman hey..

Просмотров: 585 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]