Bazar ertəsi, 29.04.2024, 06:11
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Oktyabr 2010  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

13:32
Sibiri fəth edən azərbaycanlı
Geologiya sahəsində çox böyük mütəxəssis, dünyanın ən məşhur geoloq alimlərdən və praktiklərdən olan Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olub. Uşaqlıqdan öz zehni hərəkətləri və düşüncəsi ilə həmyaşıdlarından fərqlənən Fərmanın elmə çox böyük marağı olub. Orta məktəbə həvəslə yollanan balaca Fərman müəllimlərini təəccübləndirə bilmişdi. Məktəbi yüksək qiymətlərlə başa vuran Salmanovun arzusu Azərbaycan Sənaye İnstitutununa (indiki Azərbaycan Dövlət Neft

Akademiyası) daxil olmaq idi. Sənədlərini geoloji kəşfiyyat fakültəsinə verən Fərman öz arzusuna çatır. Belə ki, elə məktəbi bitirən il həmin institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olur.
İnstitut illərində göstərdiyi bacarıqlar sayəsində müəllimləri olan professorlar qarşısında böyük hörmət qazanır. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O dövürdə Kuzbas ərazisində heç bir neft yatağı olmadığından və stateji mövqe olduğundan burada neftin tapılması Sovet dövləti üçün mühüm idi.

O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialı olmadığını sübut edir. İlk geoloji kəşfiyyatı ilə hökümətə müsbət cavab vermədiyindən Fərman Salmanov yeni axtarışlar üçün icazə almaqdan çəkinir. Çünki bilirdi ki, bir mütəxəssis kimi özünün təsdiq etməyincə ona icazə verməyəcəklər. Ona görə də Sovet rəsmilərinin icazəsi olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surqut bölgəsinə getməyi qərara alır. O qrupda olanlara inandıra bilir ki, onların bu hərəkəti bəhrə verə bilər. Fərman Salmanovun Sibirdə kəşfiyyat üçün icazə almamasının bir səbəbi də həmin dövrdə Sovet hökümətinin geoloji dairələrində Sibirin perspektivsiz ərazi kimi təqdim edilməsi idi. Ancaq Salmanovun bu qərarını rəsmilər biləndə heç də xoş qarşılamadılar. Hətta ona qarşı cinayət işi də qaldırmaq istəyirdilər. Lakin komandasının səyi nəticəsində hakimiyyət dairələri misiyaya razılıq verir. Və beləcə o Sibirdə neft yataqlarnın olmasını ilk dəfə söyləyir və sübut edir.

"Mən neft tapdım. Buna əminəm"

O, Meqion ərazisində neftin olmasından şübhələnirdi. Həmin ərazinin tarixini araşdıran akademik orada çürüntülərin olduğuna əmin idi. Bir müddət sonra o ilk dəfə olaraq nefti görür və bununla bağlı xəbəri teleqramla nazirliyə göndərir. "Yoldaş nazir, Meqionda 2180 metr dərinlikdə neft axır" teleqramını qəbul edən nazirlik isə məktuba heç bir mahiyyət vermir və Fərmanın yanıldığına inanırlar. Sonra Salmanov Ust Balk-da ikinci neft yatağını tapır və bu barədə artıq nazirliyə yox, Kommunist Partiyası Konqresinə teleqramı göndərir. "Mən neft tapdım. Buna əminəm", - deyə göndərdiyi məktuba müsbət cavab gəlir. Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini başa düşür və Sibir nefti tezliklə Sovet iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilir.

Qazandığı fəxri adlar

Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı, Rusiyanın əməkdar geoloqu, fəxri neft və qaz sənayesi işçisi, Xantı-Mansiysk və Yamal-Nen Muxtar mahallarının, Surqut şəhərinin, Texas ştatının və Çinin Tszinçjou şəhərinin fəxri vətəndaşı və İ.M.Qubkin mükafat laureatı adına, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülüb. Akademik Fərman Salmanov dünya geologiya elmində fundamental konsepsiyaların və elmi əsərlərin müəllifi kimi tanınır.

1966-cı və 1970-ci illərdə iki dəfə Lelin mükafatını qazanıb. Göstərdiyi elmi fəaliyyətinə görə 1978-dən Tümen Vilayətində "QlavTumenQeoloqiya" şirkətində cavabdeh rəhbər vəzifəsində işləyib. Qısa müddətdə şirkət SSRİ neft sahəsində öz sözünü deyən təşkilatlardan olur. Təxminən 9 il burada işlədikdən sonra o vaxtkı Geologiya Naziri onu nazirliyə dəvət edir və birinci müavin vəzifəsində əyləşdirir. Beləliklə 1987-1991-ci illərdə o SSRİnin Geologiya Nazirliyində birinci müavin olur. Bu o nazirlikdir ki, bir necə il bundan əvvəl Akademikin teleqramına cavab verməmiş və onun fikirlərinə səthi yanaşmışdı. Sovet dağıldıqdan sonra isə Salmanov vəfat edənə qədər Rusiyanın "İtera Gas" şirkətinin prezidenti yanında baş məsləhətçi vəzifəsində çalışıb.

Rusiya Elmlər Akademiyasının üzvi olan Akademik Salmanov 160-dan çox monoqrafiyanın və elmi işin müəlifidir. Həyatı və yaradıcılığı haqqında bir neçə teleoçerk və sənədli film çəkilib.

Ölümündən sonra "YUTeyr" aviasiya şirkətinin Tümen-Münhen marşrutu ilə hərəkət edən TU-154M təyyarəsinə məşhur neftçi-geoloqun adı verilib. Yaman-Nen muxtar mahalında xatirəsi əbədiləşmiş və xüsusi büstü hazırlanmışdır.

Akademik haqqında kimlər nə dedi?

Yamal-Nen muxtar mahalının Qanunverici Məclisinin sədri Sergey Xaryuçi: “Qərbi Sibirdə 30 ildən çox işləmiş Fərman Qurban oğlu burada neft-qaz yataqlarının kəşfinə və mənimsənilməsinə çox böyük töhfə verib. İstər Rusiya tarixində, istərsə də dünya tarixində zəngin və nəhəng neft və qaz yataqlarının kəşfində bu qədər səmərəli iştirak etmiş başqa bir geoloq olmayıb. Sevindirici haldır ki, fədakar əməyi, geoloq alimlər və praktiklər arasında müstəsna nüfuzu ilə Yamalda böyüməkdə olan nəsli üçün nümunə olacaq”.

Yamal-Nen muxtar mahalının qubernatoru Yuri Neyolov: “Fərman Qurban oğlu bütün həyatı boyu sübut edib ki, insan öz namuslu əməyi, sevdiyi işinə sədaqəti sayəsində çox şeyə nail ola bilər. O, adı böyük hərflərlə yazılmağa layiq olan, qətiyyətli, inadkar, seçdiyi yoldan dönməyən geoloq idi. Biz onun kimi insanları daim xatırlayacağıq".

Surqut şəhərinin meri Aleksandr Sidoro: “İndi bizim olduğumuz yer tarixi yerdir. Bura müqəddəs yerdir, çünki Surqutun müasir tarixi məhz buradan başlanır. Bu gün biz burada yaşamış və həmişə burada yaşayacaq Fərman Salmanova hədsiz təşəkkürümüzü bildiririk. O, daim bizimlə olacaq, qəlbimizdə yaşayacaq”.

Просмотров: 592 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]