Cümə, 26.04.2024, 16:57
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Поиск
Вход на сайт

Календарь
«  Yanvar 2019  »
B.eÇ.aÇ.C.aC.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

18:25
ALLAHA BEL BAĞLA!
Zərrən də yox idi, yoxdan yarandın Döndün Yaradandan, nəyə inandın? O səni xəlq etdi, sən Onu dandın Kimə bağlanmısan, ay boyu bəstə? Allaha bel bağla, Allahdan istə. Kainat möcüzə, dünya möcüzə Yer üzü möcüzə, dərya möcüzə. Kimlərsə göstərib guya möcüzə Allah möcüzəsin görməyən bendə, Allaha bel bağla, Allahdan istə. Etibar Ondadı, vəfa Ondadı Hər dərdin dərmanı, dəva ondadı. Odur şəfa verən, şəfa ondadı Sən şəfa axtarma qeyri bir kəsdə Allaha bel bağla, Allahdan istə. İstər Baba dağı, istər Əlincə İstər gündüz olsun, istərsə gecə. Yerin nə fərqi var, hardasah, necə İstər Kufədə ol, istər Tiflisdə Allaha bel bağla, Allahdan istə. Əziyyət çəkirsən ağrılarından Gah tutur belindən, gah damarından. Allah yaxındırsa şah damarından Sən çağır Allahı, sən onu səslə Allaha bel bağla, Allahdan istə. Deyirsən istəyim mən Ondan nəcə? Sən çəkil təkliyə elə bu gecə Ya qapan səcdəyə, ya da sadəcə Qaldır əllərini, otur diz üstə Allaha bel bağla, Allahdan istə. Çiçək də dərmisən gül budağından Övlad istəyirsən sən nə dağından? Heç yerə yollanma bəxt otağından Hamı yatan zaman dur yatağından Çəkil bir kənara, otur ahəstə Allaha bel bağla, Allahdan istə. Müəllif: Molla Cümə
Просмотров: 936 | Добавил: defaultNick | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]