Çərşəmbə axşamı, 19.11.2024, 06:20
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 11
Qonaq 11
İstifadəçi 0

Məqalələr


ÜMUMMİLLİ LİDER
Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. 1945-ci ildə leytenant H.Əliyev Bakıda xüsusi ixtisasartırma kurslarını əla qiymətlərlə başa vurub, Naxçıvana qayıdaraq təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmişdir. 1948-ci ildə baş leytenant H.Əliyev DTN-in o vaxtkı sədri S.Yemelyanovun əmri ilə Sovet Ordusu və Donanmasının 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif edilmişdir. 1949-50-ci illərdə Heydər Əliyev Leninqradda DTK-nın Ali Məktəbində təhsilini əla qiymətlərlə bitirib, Bakı şəhərinə qayıtmışdır. 1956-cı ildə kapitan H.Əliyev Azərbaycan SSR DTK-da şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Məhz bu dövrdə onun bilavasitə rəhbərliyi və iştirakı ilə «Duel», «Alagöz», «Naturalist» və digər əməliyyat tədbirləri uğurla həyata keçirilmişdir. 1957-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyətinə görə Heydər Əliyev həm Respublika, həm də İttifaq səviyyəsində DTK rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. 1964-cü ildə DTK sədrinin müavini vəzifəsinə təyin olunan Heydər Əliyev 1966-cı ildə Moskvada F.E.Dzerjinski adına DTK-nın Ali Məktəbində oxumuş və rəhbər heyət üçün nəzərdə tutulan bu kursları da təhsilin əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 21 iyun 1967-ci il tarixli qərarı ilə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və
14 iyul 1969-cu il tarixinə qədər bu vəzifədə çalışmışdır. Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi və əsl peşəkarlar nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyev bu orqanlarda leytenantdan general-mayor rütbəsinə qədər şərəfli bir yol keçmişdir.

SSRİ DTK-nın sədri Yuri Andropovun əmri ilə Heydər Əliyev orqanlarda çoxillik qüsursuz fəaliyyətinə görə təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri təyin olunmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Nazirlər Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciəyə və Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən, növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən götürmüşdür. Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya gizli formada olsa belə, müxalif qalaraq, Azərbaycanda milli ruhun məhv edilməsinə nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır. O illərdə milli ideyanın çatışmazlığı səbəbindən həm iqtisadi, həm də mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırılmışdır. Onun yorulmaz fəaliyyətinin nəticəsində 1970-1985-ci illər - baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında ən parlaq səhifələri təşkil etmişdir.

Heydər Əliyevin Azərbaycanın öz dövlət müstəqilliyini bərpasından sonra ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdir.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabr ayının 12-də, ömrünün 81-ci ilində vəfat etmişdir.

ALLAH RƏHMƏT ELƏSİN!!!

Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır və unudulmaz şəxsiyyət kimi gələcək nəslin qürur mənbəyi olacaqdır!

Категория: Мои статьи | Добавил: ilka1 (23.07.2008)
Просмотров: 537 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]