Çərşəmbə axşamı, 19.11.2024, 12:46
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 3 Qonaq 3 İstifadəçi 0 |
|
Məqalələr
ZAQATALANIN İCRA BAŞÇISI HİCABA DA QADAĞA QOYUB
Zaqatalada hicablı şagirdlər dərsə buraxılmır. Bu barədə redaksiyamıza rayondan daxil olan məlumatda qadağanın rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən qoyulduğu bildirilir. Xəbər verilir ki, icra başçısı rayonun Qazangül qəsəbəsindəki orta məktəbdə olarkən şagirdlərin əksəriyyətinin hicabla dərslərdə iştirakından qəzəblənib. Lakin qəzəbini məktəbdə büruzə verməyən A.Əsgərov dərhal müşavirə keçirib və məktəb direktorlarından şagirdlərə hicabla dərsə gəlməyə icazə verməməyi tələb edib. Bu qadağadan sonra məktəb direktorları hicablı qızlara qarşı görünməmiş kobudluq göstərib. Aldığımız məlumata görə, Zaqatala şəhər 1 saylı orta məktəbin direktoru Fatma İsrafilova şagirdlərin hicablarını cırıb. Eyni hal Zaqatala şəhəri Şıxəli Qurbanov adına orta məktəbdə də təkrarlanıb. Bu barədə qəzetimizə məlumat verən rayon sakinləri inanclı şagirdlərin əksəriyyətinin məktəbə getməkdən imtina etdiklərini bildirdi. Xatırladaq ki, keçən ilin dekabrından etibarən A.Əsgərovun göstərişilə Zaqatalada azana da qadağa qoyulub. Rayon əhalisinin və ölkə ictimaiyyətinin təpkilərinə baxmayaraq icra başçısı qadağanı hələ də ləğv etmir. Bundan əlavə, onun göstərişi əsasında polis mütəmadi olaraq dindarları həbs edir. Rayon ərazisində həmçinin inanclı isanların saqqal saxlanmasına icazə verilmir. Dünən məsələ ilə bağlı Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədovla əlaqə saxladıq. T.Məmmədov hicabla bağlı redaksiyamıza verilən məlumatı təkzib etdi: “Rayon ərazisində yerləşən məktəblərdə hicabla əlaqədar xüsusi qadağanın tətbiq edilməsi barədə verilən məlumat həqiqətəuyğun deyil. Təhsil Nazirliyinin sərəncamına uyğun olaraq şagirdlərin məktəbli forması ilə təmin edilməsi prosesinə başlanılıb. Aprelin 1-dən bütün şagirdlər dərsə məktəbli forması ilə gələcək. Şagirdlərin hicabının direktorlar tərəfindən çıxarılması və yaxud onlara qarşı kobud davranış göstərilməsi barədə deyilənlər də həqiqətəuyğun deyil”.
|
Категория: Мои статьи | Добавил: ilka1 (12.10.2008) |
Просмотров: 521
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|