Çərşəmbə axşamı, 19.11.2024, 12:23
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 1 Qonaq 1 İstifadəçi 0 |
|
Məqalələr
Sumqayıt icra başçısından qeyri-adi qərar
Mətbuat Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin məktəb direktorları qarşısında tapşırıqlar qoyması haqqında məlumat vermişdi. İcra başçısı məktəb direktorlarına seçkilərə qədər ayaqyollarını təmir etdirməyi tapşırmışdı ki, bu, 3 min manatdan az məbləğ etmirdi. Amma diqqət çəkən məqam həm də xərclənəcək məbləğin sonradan valideynlərin hesabına ödəniləcəyi şübhəsiz idi. Öhdəliyi yerinə yetirə bilməyənləri isə vəzifələrindən uzaqlaşdırılacağı təhlükəsi gözləyirdi. Artıq bu təhlükə reallığa çevrilib. Hadisə ilə bağlı «Bizim Yol»u məlumatlandıran şəhər icra hakimiyyətinin rəsmilərindən biri adının çəkilməməsi şərti ilə bildirib ki, 17, 24 və 33 saylı məktəblərinin direktorları vəzifələrindən kənarlaşdırılıb. İcra başçısı prosesi şəhər təhsil şöbəsinin rəhbəri Vidadi Bağırovun vasitəsi ilə həyata keçirməklə məsuliyyəti də onun üzərində saxlamaq məqsədi güdüb. Belə ki, direktorların işdən azad olunması sənədlərini Vidadi Bağırov imzalayıb. Ancaq ən acınacaqlı məqam direktorların işdən çıxarılmaları ilə əlaqədar qeydiyyat sənədlərində onların ayaq yollarını təmir etdirə bilməmələri və məktəblərin şüşələnməsini vaxtında başa çatdırmaması göstərilib. Mənbə bildirib ki, vəzifəsindən kənarlaşdırılan 33 saylı məktəbin direktoru Məmməd Vəliyev «M.Mehdizadə», «İlin ən yaxşı müəllimi» mükafatlarına layiq görülüb və bir neçə neçə kitabın müəllifidir. Amma təhsil şöbəsinin müdiri bu məsələlərin heç birini icra başçısının qarşısında qaldırmaq cəsarətində bulunmayaraq direktora xoşluqla ərizə yazmağı məsləhət görüb. Çünki əks təqdirdə özünün taleyi də zərbə altında qala bilərdi. 17 və 24 saylı məktəblərin direktorları Səməd Cəfərovla Ağaşərif Nurəliyevin titulları olmasa da, rəhbərlik etdikləri kollektivdə xüsusi nüfuza malik olublar. Bildirildiyinə görə, Vaqif Əliyev hər üç məktəbə özünə yaxın şəxsləri direktor təyin etmək niyyətindədir. Çünki bir müddət əvvəl icra başçısı 2 saylı məktəbə sinif yoldaşını, 18 saylı məktəbə isə yaxın qohumunu təyin etdiyindən bu ehtimala daha çox üstünlük verilir. Natiq CAVADLI // Bizim Yol
|
Категория: Мои статьи | Добавил: ilka1 (13.10.2008) |
Просмотров: 511
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|