Çərşəmbə axşamı, 19.11.2024, 12:40
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 1 Qonaq 1 İstifadəçi 0 |
|
Məqalələr
ORDU POLKOVNİKİ ÖZÜNÜ ASDI
Dövlət Sərhəd Xidmətinin Neftçala rayonundakı hərbi hissəsində xidmət edən zabit intihar edib. Əldə etdiyimiz məlumata görə, özünü asmaqla həyatına son qoyan kapitan Anar Nəriman oğlu Cabbarovun cibindən ölümündən əvvəl yazdığı məktub tapılıb. Həmin məktubda kapitan Cabbarov ölümünə səbəb kimi hərbi hissə rəhbərliyinin onu bezdirməsini göstərib. Kapitan Cabbarovun sözügedən hərbi hissənin təchizat bölməsinin rəisi vəzifəsində çalışdığı bildirilir. Aldığımız digər xəbərdə isə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən hərbi hissələrinin birində polkovnik-leytenant rütbəli zabitin özünü asmaqla intihara cəhd etdiyi deyilir. Apardığımız araşdırma zamanı öyrəndik ki, özünü öldürmək istəyən polkovnik-leytenant İldırım Babayev gizir M.Xəlilov tərəfindən xilas edilib. Belə ki, gizir polkovnik-leytenantın boynuna keçirdiyi kəndiri vaxtında kəsərək ona ilk tibbi yardım göstərib. Bəs 3 övlad atası olan polkovnik-leytenantı boynuna kəndir keçirməyə nə vadar edib? Naxçıvandakı mənbələrimiz bu suala belə cavab verdilər ki, muxtar respublikadakı hərbi birləşmələrə rəhbərlik edən Kərəm Mustafayevin hərəkətləri səngərlərdə döyüş yolu keçmiş zabitlərin sındırılmasına yönəlib. Bu isə zabitlərin bu cür etiraz üsullarına əl atmasına gətirib çıxarır. *** Dünən aldığımız başqa bir intihar xəbəri isə əsgər ölümü ilə bağlıdır. “N” saylı hərbi hissələrdən birinin “pisar”ı olmuş əsgərin meyiti asılmış halda aşkarlanıb. Hazırda əsgərin kimliyi, hansı hərbi hissədə xidmət etməsi və özünü niyə asması ilə bağlı araşdırmalarımızı davam etdiririk. Əldə edəcəyimiz məlumatları diqqətinizə çatdıracağıq. Bu məlumatları gec aldığımızdan Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin mətbuat xidmətləri ilə əlaqə saxlayıb onlardan bu faktlarla bağlı rəsmi mövqe öyrənə bilmədik. Mövzuya qayıdacağıq. Cahangir BÖYÜKXANLI
|
Категория: Мои статьи | Добавил: ilka1 (23.10.2008) |
Просмотров: 581
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|