Məqalələr
Gəlin 4 yaşında, bəy isə 7!
Pakistanın Karaçi şəhərində polis, 4 yaşlı bir qız uşağı ilə 7 yaşlı bir oğlanın evləndirilməsinə mane oldu və bir imamı nəzarətə götürdü. QayNar.info-nun məlumatına görə polis, şikayət nəticəsində evlənmə mərasiminin keçirildiyi evə təşkil etdiyi basqınla uşaqları evləndirməyə çalışan imamı nəzarət altına aldı. Kiçik qızın, atası tərəfindən 500 min rupi (6138 ABŞ dolları) qarşılığında evləndirilmək istənildiyi bildirildi. Bəzi şahidlər evliliyin, ailələr arasında uzun müddətdir davam edən anlaşılmazlığa son qoymaq üçün həyata keçirilmək istənildiyini qeyd etdi. Polis, oğlanın atasının saxlanıldığını, ancaq qızın atasının qaçdığını bildirdi. //Rəşad Səfərov
|
Категория: Мои статьи | Добавил: ilka1 (31.10.2008) |
Просмотров: 488
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|