Çərşəmbə axşamı, 19.11.2024, 14:38
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 6
Qonaq 6
İstifadəçi 0

Məqalələr


FARS REJİMİ 1 MİLYON DOLLARA AZADLIQ VERDİ
Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb. Bu barədə güneydəki mənbələrə istinadən “Amerikanın səsi” radiosu məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Öyrənci”, “Azad Təbriz” və başqa mənbələrin bildirdiyinə görə, Evin həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılan azərbaycanlı ziyalılar Həsən Raşidi, Əlirza Sərrafi, Səid Muğanlı və Mehdi Nəimi, hər biri 250 min dollar dəyərində girov qoyduqdan sonra müvəqqəti azadlığa çıxıblar. Qanunsuz saxlanmalarına qarşı etiraz əlaməti olaraq iki həftə öncədən aclıq aksiyasına başlayan 4 məhbusun sağlamlıq durumunun ağır olduğu bildirilir. Təxminən 2 ay öncə, Tehranın ETTELAAT idarəsinin əməkdaşları Tehranda keçirilən bir iftar mərasiminə hücum edərək, 20-yə yaxın azərbaycanlını, o cümlədən yuxarıda adı çəkilən ziyalıları həbs etmişdi. Bununla da, “İranın milli təhlükəsizliyini pozmağa cəhd”də ittiham olunaraq iftar qonaqlığında tutulanların hamısı nə zaman keçiriləcəyi bəlli olmayan məhkəməyədək sərbəst buraxılıb.
Cavid TURAN
Категория: Мои статьи | Добавил: ilka1 (14.11.2008)
Просмотров: 469 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]