Çərşəmbə axşamı, 19.11.2024, 14:18
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


İnsanın orta yaş həddi 120 ilə çatdırıla bilər
İspaniyanın Milli Onkologiya Tədqiqatları Mərkəzinin bir qrup alimi həyatın uzadılması və fiziki gücsüzlük sahəsində inqilab edib. Lent.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, alimlər adi siçanlardan 40 faiz çox yaşayan siçanlar yaradaraq insan ömrünü 115-120 ilə qədər uzada biləcəklərini düşünürlər.

“Publico” jurnalı bu sınaqların nəticəsində yaranan siçanları “ölümsüz siçanlar” adlandırıb. “El Mundo” isə həmin siçanları 80-ci illərin cizgi filminin qəhrəmanı olan “super-siçanlara” bənzədir. “ABC” qəzeti “120 yaşlı gənclər” məqaləsində oxuculardan soruşur: “Siz nəvələriniz və uşaqlarınızın 120 yaşına qədər yaşamasını istərdiniz? Bu zaman onlar yaşla əlaqəli xəstəliklərdən və halsızlıqlardan xilas olaraq çox gözəl formada olacaqlar”. Və özü də öz sualına cavab verir: “Əgər sizin cavabınız müsbətdirsə, onda sizin bəxtiniz gətirib”.

Mariya Blaskonun rəhbərlik etdiyi alimlər qrupu xüsusi laboratoriya şəraitində tədqiqat apararaq sağlam, adi siçanlardan 40 faiz çox yaşan xüsusi siçanlar yetişdiriblər. Bu siçanların adi siçanlardan yeganə fərqi onların uzun yaşaması və sağlam olmasıdır. Blasko kəşfin insanlara tətbiq edilə biləcəyini güman edir: “Bu o deməkdir ki, insanların ömrünü 115 və hətta 120 ilə qədər artırmaq olar”.

Qeyd edək ki, dünyanın ən uzunömürlü sakini - 138 yaşlı hindistanlı Həbib Mian bu ilin avqustunda vəfat edib. Uzunömürlülərin sayına görə isə Yaponiya rekord vurur. Sentyabr ayında 100 yaşını keçən yaponların sayı 37 min nəfəri keçib.

Категория: Мои статьи | Добавил: ilka1 (14.11.2008)
Просмотров: 493 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]