Şəmbə, 18.05.2024, 23:45
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 1
Qonaq 1
İstifadəçi 0

Məqalələr


Bin Laden dünyanı dəyişəcək terror hazırlayır
Üsamə bin laden miqyasına görə 2001-ci il 11 sentyabr hadisələrindən qat-qat böyük olacaq terror aktları hazırlayır. Lent.az-ın Londonda çıxan “Al-Quds Al-Arabi” ərəb qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “əl-Qaidə” terror təşkilatının Yəməndəki rəhbərliyinə yaxın mənbə bildirib.

Qəzet iddia edir ki, məlumatı onlara “əl-Qaida”nın keçmiş komandirlərindən biri verib. Təhlükəsizlik baxımından adını gizli saxlayan mənbə ABŞ-a yeni hücumun dünyanın siyasi və iqtisadi mənzərəsini dəyişəcəyini vurğulayıb: “Hücum yaxın gələcəkdə həyata keçiriləcək”. O, bin Ladenin ərəb dünyasındakı bütün iri özəklərə xəbərdarlıq göndərərək yerli hökumət orqanları ilə əlaqələr qurmamağı tapşırdığını və son 5 ay ərzində keçirilən danışıqların nəticələrinin ləğv edildiyini bildirdiyini vurğulayıb. “Əl-Qaidə” liderinin növbəti addımlarını yaxın günlərdə açıqlayacağı gözlənilir.

Yəmən təhlükəsizlik orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşı da terror qruplaşmalarının yüksəliş mərhələsində olduqlarını bildirib: “Onlar tərəfdarlar toplayırlar və bütün dünyadakı düşərgələrini təkmilləşdirirlər”.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Corc Buş da terror təhlükəsi olduğunu bildirib. Onun sözlərinə görə, terrorçular hakimiyyətin yeni seçilən prezident Barak Obamaya veriləcəyi vaxtı hücum üçün istifadə etməyə hazırlaşırlar.

Категория: Мои статьи | Добавил: ilka1 (14.11.2008)
Просмотров: 450 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]