Çərşəmbə axşamı, 19.11.2024, 14:28
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 1 Qonaq 1 İstifadəçi 0 |
|
Məqalələr
İCRA BAŞÇISI SAHİBKARI DÖYDÜRDÜ
Masallı rayonunda sahibkar kimi fəaliyyət göstərən keçmiş polis rəisi Qurban Həşimov yerli məmurlar tərəfindən amansız fiziki işgəncə və zorakılığa məruz qalıb. Belə ki, 2008-ci il iyulun 29-da rayonun Qəriblər kəndində dövlət əmlakını alan Q.Həşimov bundan sonra yerli məmurların ciddi təzyiqləri ilə üzləşib. İş adamı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həmin obyekti alandan sonra Masallı Rayon İcra Hakimiyyətinin (RİH) Qəriblər kəndi üzrə ərazi nümayəndəsi Vahid Mirzəyev icra başçısının tapşırığı ilə ona təzyiq göstərməyə başlayıb. İş adamı da bununla əlaqədar icra başçısına dəfələrlə müraciət edib. Buna baxmayaraq onun şikayətlərinə heç bir reaksiya verilməyib. Srağagün isə insident son həddinə çatıb. V.Mirzəyev bir dəstə “qoçu”su ilə Q.Həşimovun yaşadığı yerə gəlib. Bundan sonra icra nümayəndəsi iş adamını vəhşicəsinə döyməyə başlayıb. Onun yanındakı “qoçu”lar da Q.Həşimovu təpikləyiblər. Daha sonra “qoçu”lar başqa bir həqarətə yol veriblər. Onlar iş adamını döyəndən sonra üzünə tüpürüb və hadisə yerindən gediblər. Dünən Q.Həşimov polisə şikayət ərizəsi verib və xəsarət alması ilə bağlı tibbi ekspertizadan keçib. Daha sonra isə Masallı RİH-də olub və icra başçısı Qəzənfər Ağayevlə görüşmək istəyib. Zərərçəkənin əməkdaşımıza bildirdiyinə görə, onu heç kim qəbul etməyib və beləcə də deyiblər: “İstəyirsən get lap prezidentə de!” İş adamı ona qarşı zorakılıq sifarişinin icra başçısı Qəzənfər Ağayevdən gəldiyini deyir. Q.Həşimovun bildirdiyinə görə, o, sabah (bu gün-red.) Bakıya gedəcək və paytaxtda özünəməxsus aksiyaya başlayacaq. Xatırladaq ki, Q.Həşimov Cəbrayıl qaçqınıdır və 40 il polis sistemində işləyib.
|
Категория: Мои статьи | Добавил: ilka1 (23.11.2008) |
Просмотров: 592
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|