Məqalələr
Bakı aeroportunda zəvvarları döyüblər
Dünən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Həcc ziyarətinə gedən zəvvarlarla aeroportun Təhlükəsizlik Xidmətinin əməkdaşları arasında dava düşüb. Bu barədə məlumatı «Bizim Yol»a hadisənin şahidlərindən biri verib. Şahidin sözlərinə görə, hadisəyə səbəb təhlükəsizlik xidməti işçilərinin zəvvarları incitməsi olub. Buna etiraz edənlərdən zəvvarlardan biri ilə əməkdaşlar arasında söhbət düşüb. Qarşılıqlı mübahisə zəminində davam edən söhbət sonradan əlbəyaxa davaya çevrilib. Məlumatda bildirilir ki, aeroportun Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə zəvvarı döyüb. Polislərin işə qarışmasından sonra aranı sakitləşdirmək mümkün olub. // Bizim Yol
|
Категория: Мои статьи | Добавил: ilka1 (30.11.2008) |
Просмотров: 458
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|