Balaca qız olan Seli , anası və atasından, balaca qardaşı Corc haqqında eşidəndə, hələ 8 yaşında idi. Qardaşı çox xəstə idi.Onu sağaltmaq üçün əllərindən gələni etmişdilər. Corc, yalnız çox bahalı bir əməliyyatdan sonra sağalmaq şansı var idi. Amma bu qədər pulları yox idi. Seli, atasının ümidsiz halda anasına: 'Corcu ancaq bir möcüzə sağalda bilər' dediyini eşitmişdi. Bunu eşidən kimi öz otağına getdi, Seli..
Pul yığdığı qutusunu gizlətdiyi yerdən çıxardıb, bütün pulunu yavaşca yerə tökərək saymağa başladı. Əmin olmaq üçün 3 dəfə saydı, qutudan çıxardığı qəpikləri. Sonra hamısını cibinə qoyub, yaxınlıqdakı aptekə getdi. Aptekdə satıcının diqqətini cəlb etmək üçün səbrlə gözlədi...Satıcı çox məşğul idi və bir kişiyə dərmanlardan necə istifadə etməli olduğunu izah edirdi.
Çox məşğul olduğu üçün 8 yaşındakı bir uşaqla maraqlanmağa istəyi olmasa da, Selinin gözlədiyini görüb 'Sənə nə lazımdı?' dedi.Və 'Bir az cəld ol, görürsən başqa müştəri ilə məşğulam' deyib yanındakı, yaxşı geyimli bir kişini göstərdi.
Seli - 'Qardaşım'dedi. Udqunub davam etdi:
'Qardaşım ağır xəstədi, bir möcüzə almaq istəyirəm'....
Satıcı Seliyə baxıb'Başa düşmədim' dedi:
Seli: 'mmm...atam dediki, onu bir möcüzə sağalda bilər...Bir möcüzə neçəyədi?'
Satıcı Seliyə sevgi və ürəkyanğısı ilə baxıb:
'Heyf balaca, biz burda möcüzə satmırıq.Sənə kömək edə bilmiyəcəm'...
Seli satıcının gözlərinin içinə baxıb:
'Neçəyə olsa alacam. Təkcə qiymətini deməyiniz bəsdi.Bunun üçün mənim pulum var'
Bu vaxt, Seli və satıcının yanında gözləyən yaxşı geyimli kişi Selidən soruşdu:
'Nə cür möcüzə lazımdı qardaşına?'.....
Seli: 'Bilmirəm' dedi Və gözündən süzülən yaşlara fikir vermədən dedi:
Təkcə onu bilirəm ki qardaşım çox xəstədi və anam, əməliyyat olmasa sağalmıyacaq dedi.
Ailəmin isə, əməliyyat üçün pulu yoxdu...Ancaq atam dediki, onu təkcə bir möcüzə xilas edə bilər...
Həmin yaxşı geyimli kişi Selidən, nə qədər pulu olduğunu soruşdu...
Seli:
'1 dollar, 11 sent' i olduğunu dedi...
Yaxşı geyimli kişi dedi:
'Sənin pulun çoxdu! Balaca qardaşını sağaltmaq üçün lazım olan möcüzəni almağa kifayətdi bu pul.'
Kişi, Selinin pulunu əlinə yığdı və digər əli ilə Selinin əlindən tutaraq:
'Xahiş etsəm, məni yaşadığın evə apara bilərsən?.. Ailəni və balaca qardaşını tanımaq istəyirəm'dedi.
Həmin yaxşı geyimli kişi Dr. Karlton Armstronq idi və Corc üçün lazım olan əməliyyatı bacaran tanınmış cərrah idi. Əməliyyat uğurlu keçdi və ailə heç bir ödəniş etməmişdi, əməliyyat üçün. Bütün ailə,xəstəxanadan sevinclə evlərinə qayıdan vaxt, hələdə yaşadıqları son hadisələrin təsirindən çıxmamışdılar....
Ana: 'Hələ də inana bilmirəm. Bu əməliyyat bir möcüzə oldu!Maraqlıdı, görəsən əməliyyatın dəyəri nəçəyə idi'........
Seli öz-özünə gülümsədi. çünki o, bir möcüzənin neçəyə olduğunu bilirdi: 1 dollar 11 sent.:-)
Bütün xəstələrə şəfa və ailələri ilə uzun, sağlam ömür arzu edirəm. Həmin 'yaxşı geyimli kişi' kimi olan hər bir insana isə heç nə əlavə eda bilmaram..............