Polisə metronun Nizami stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat verilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, anonim zəng martın 10-da saat 12.10 radələrində edilib və polis ayağa qaldırılıb. Amma axtarış zamanı partlayıcı qurğu aşkar olunmayıb. Hazırda anonim zəngi edənin özü axtarılır.
|