Çərşəmbə axşamı, 19.11.2024, 14:31
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 3 Qonaq 3 İstifadəçi 0 |
|
Məqalələr
Dənizin dibindəki piramidalar
Dalğıc əvvəlcə bunu qlüsinasiya olduğunu zənn edib. Lakin bu qəribə tikilinin pillələrinə yaxınlaşıb onu diqqətlə nəzərdən keçirdikdən və hər tərəfinə yaxşıca diqqət yetirdikdən sonra heyrəti daha da artıb. Naməlum bir dövrdən etibarən suyun altında olduğu məlum olan bu pilləli bina nizamlı bucaqlara və olduqca həssas formaya malikdir. Dalğıc sahilə çıxar-çıxmaz aşkar etdiyi bu naməlum tikili barədə bütün aidiyyatı qurumlara məlumat verib. Yonaquni sularının dibindəki bu əsrarəngiz tikilinin sirri hələ də tam açılmayıb. Ancaq antik tikili ötən əsrin 80-ci illərindən başlayaraq, bu əraziyə gələn dalğıclarla yanaşı, geoloq və arxeoloqların da maraq dairəsindədir. Qeyd etmək lazımdır ki, Yaponiyada Okinava və ona yaxın ərazilərdə bu sualtı tikiliyə bənzər digər qədim binalar da mövcudur və onların təxminən üç min illik tarixə malik olduğu güman edilir. Ancaq suyun altında olan və quruluşu etibarilə bir “pilləli piramida”nı xatırladan tikilinin nə zaman və kimlər tərəfindən tikildiyinə dair heç bir məlumat əldə etmək mümkün deyildir. Əslində bu tikintinin “insan əlinin məhsulu” olduğu da rəsmi şəkildə qəbul edilməyib. Məsələyə aydınlıq gətirə bilməyən arxeoloq və ortodoks geoloqlar bu dümdüz pillələrin təbii təsirlər nəticəsində əmələ gələ biləcəyi ehtimalını irəli sürürlər. Ancaq bu versiyada da kifayət qədər qənaətbəxş deyildir. Yonaqunidəki kimi düzgün, heyrətləndirici dərəcədə simmetrik və insan əməyinin məhsulu olduğunu xatırladan bu tapıntıya Bimini istisna olmaqla heç bir yerdə rast gəlinməyib. Sfinks üzərində tədqiqatlar aparan Boston Universitetinin pedaqoqu dr. Robert Skoç ilə Con Antoni Uest də sözügedən tapıntının tədqaqatı işində iştirak ediblər. Dr. Skoç ilk baxış zamanı uzun müddət Yonaquni sularındakı tapıntını nəzərdən keçirdikdən sonra öz fikrini qəti şəkildə açıqlayıb: “Bu qayalıqlar konkret olarq, insan əlinin məhsuludur və təxmin edə biləcəyimizdən daha qədimdir. Belə ki, tikilinin təxminən 10 min yaşı vardır”. Elə Biminidəki tikilinin də təxminən 10 min illik tarixə malik olduğu güman edilir. Sizcə, bu bir təsadüfdür? Digər tərəfdən, Con Antoni Uest və yaponiyalı geoloqlar da dr. Robert Skoç ilə həmfikirdirlər. Dümdüz, doxsan dərəcəlik bucaqlara malik, aşağıya doğru enən pillələrlə yanaşı, tinləri düzgün şəkildə oyulmuş və hamar xəndəklər, dörd müxtəlif yerdəki sütun yerləşdirmə “yuvaları”, bu tikilinin antik dövrə aid olan “pilləli piramida” olduğunu göstərir. Skoçun fikri də nəzərə alındığı zaman Yapon dənizinin dibində yatan bu çox qədim və əsrarəngiz memarlıq əsərinin İsa peyğəmbərin miladından əvvəl buz əriməsi hadisəsi nəticəsində dənizlərin yüksəlməsi ilə suyun dibində qalmış “itkin mədəniyyətin qalığı” olduğu ehtimal edilir. Hazırda Yonaquni tapıntısı ətrafındakı araşdırmalar da getdikcə intensivləşir. Əgər çevrədə insana aid hər hansı bir mədəniyyət izi (yazı və s.) tapılarsa, həqiqətən də bu çox mühüm bir kəşf olacaqdır. Bəlkə də aşkar olunacaq maddi sübutlar Biminidəki qalıqlarla üst-üstə düşəcək və bu tikilinin Atlantik okeanının nəhəng piramidalarından biri hesab oluna biləcəyi ideyası ortaya atılacaqdır. Bəlkə də itmiş qitələr əfsanəsi olan Mu və Lemurya mədəniyyətlərini də bunun sayəsində tapmaq mümkün olacaqdır. Nəticə: Bu piramidalar haqqında hərtərəfli məlumatın əldə edilməsi dünya mədəniyyəti tarixinin yenidən yazılmasını zəruri edə bilər.
|
Категория: Мои статьи | Добавил: ilka1 (12.03.2009) |
Просмотров: 509
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|