Çərşənbə axşamı, 10 fevral 2009 – cu il tarixində Li Redmond (Lee Redmond) avtomobil qəzası keçirdib. Qadın sağ qalmasına baxmayaraq ağır travma alıb. Maşının toqquşması nəticəsində yaranan güclü zərbə dırnaqları məhv edib. Bu isə ona mənəvi olaraq daha da ağır təsir edib. Vaxtilə, yapon tele - şouların birində belə bir təklif irəli sürüldü ki, əgər Li xanım dırnaqlarını canlı efirdə kəsərsə ona 10.000$ dəyərində pul təqdim ediləcək! Düzdü, 29 yaşlı dırnaq üçün bu məbləğ az sayılsa da, amma həmin dırnaqlar hədər yerə getdi.
Bununla bağlı "Ginnesin Rekordlar Kitabı"nın nümayəndələri rəsmi olaraq başsağlığı verib qeyd edirlər ki, Redmond onların kompaniyalarında "əfsanəvi təmsilçi", bəslədiyi dırnaqları isə onun "həyatının bir hissəsi və unikal xasiyyəti" idi.