BAKI, 14 noyabr – «Xəbərlər-Azərbaycan». Malayziyanın “Proton” konserni İran və Türkiyədəki istehsalçılarla birgə xüsusi olaraq müsəlmanlar üçün avtomobil buraxmağı planlaşdırır. Avtomobilin salonunda əsas yerdə “Qurani-Kərim” qoyulacaq, həmçinin Məkkənin yerini göstərən kompas olacaq. Belə avtomobilin yaradılması ideyası Yaxın Şərqə səfər zamanı İslam avtomobili hazırlamaq qərarı verən Malayziya siyasətçilərinə məxsusdur. “Mitsubishi” lisenziyasından istifadə edərək avtomobil modellərinin reallaşması və istehsalı ilə məşğul olan Malayziyanın “Proton” şirkəti hesab edir ki, hazırda avtomobil bazarında müsəlmanların tələblərinə cavab verən nəqliyyat vasitəsi yoxdur.
|