Çərşəmbə axşamı, 19.11.2024, 12:19
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 1 Qonaq 1 İstifadəçi 0 |
|
Məqalələr
BƏHLUL DANƏNDƏ №9
Hər şey göz qabağındadır. Əcnəbi ekspert Tomas De Valın Qarabağ münaqişəsiylə bağlı yerli mediyada dərc olunan müsahibəsində maraqlı bir fikir var idi: "Münaqişənin həlli üçün tərəflər lazımı cəhdlər etmirlər..." İllərdir Minsk qrupunun həmsədrləri də gəlib- gedir. Amma konkret nəticə yoxur. Heç Akif Nağı da bir nəticəyə çata bilməyib. İllərdir "sülh, sülh" deyib, halva kimi Qarabağ torpaqlarını gözləyirik. Amma gözlədiyimiz görüşə gəlmir. Heç biz də torpaqlarımızla görüşmək istəmirik. Qərb mətbuatı isə yazır ki, Türkiyə- Ermənistan sərhədləri yaxın günlərdə açılacaq. Amma rəsmi Ankara hələ ki, bu faktı təsdiq etmir. Bu xəbərin fonunda bizim bəzi media əhli Türkiyə - Ermənistan sərhədlərinin açılmasına etiraz əlaməti olaraq türkiyəli jurnalistlərə müraciət qəbul ediblər. Müraciətdə deyilir: "Son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı, diplomatik və iqtisadi əlaqələrin qurulacağı haqda xəbərlər bütün Azərbaycan ictimaiyyəti kimi, jurnalistləri də ciddi narahat edir." Bir neçə il öncə bu tip xəbərlərdən "ciddi narahat olanlardan" birisi - Azərbaycandan olan bir jurnalist xanım buradan bir neçə jurnalist toplayıb, Ankarada sərhədlərin açılmasına etiraz aksiyaları təşkil edirdi. İndi isə həmin xanımın heç səsi də çıxmır. Çoxları bu xanımın kim olmasını bilir. Amma əsas məqsədim bu xanım deyil. Məqsədim türkiyəli jurnalistlərə müraciət edənlərdən yazmaqdır. Türkiyəli həmkarlarına müraciət imzalayan jurnalistlərimizin əcaba xəbəri yoxdur ki, Türkiyədə cəsarətli media AKP hökümətə gəldikdən sonra dəfn edilib. Türkiyədə hadisələrə təsir etmək gücündə olan qəzetlər biznes babalarının əlində cəmlənib, bundan da xəbəriniz yoxdur? Maraqlıdır... Sizlər, türk jurnalistlərinə müraciət etməklə nə demək istəyirsiniz? Güya sizlər Azərbaycanda hansısa hadisələrə təsir etdiniz, indi də qaldı Türkiyə? Elmar Hüseynovun qətlindən illər keçdi, müraciət etmədiniz. Jurnalistlər döyüldü, söyüldü, maşın altına basıldı, müraciət etmədiniz. Azadlıq Radiosu bağlandı, müraciət etmədiniz! Və sair və i. İndi də türk mediyasına müraciət edirsiniz? Hansı üzlə? Müraciətə imza atanlardan soruşan lazımdır ki, öz gözünüzdəki çöpü görmürsünüz, başqasının gözündə tir axtarırsız? Jurnalistlərimiz müraciətdə deyirlər ki, sərhədlərin açılmasından narahatıq. Narahatsız? O zaman gedib, rahatca orduya yazılın, rahatlanın. Özünüz yazılmırsınız, övladınızı göndərin. Müharibə adı gələndə isə SÜLHdən danışmayın. Danışıqlardan narahat olanlar öz narahatçılıqlarını müraciətlə bildirmirlər. Konkret addımlar atın... Sərhədləri Türkiyə açmasın, nə etsin? Siz təklif edin də, jurnalistlər! Nə etməlidir Türkiyə? Narahatçılığınız başa düşüldü, bəs sonra? Deyək lap sərhədi də açmadılar... Bəs SİZ nə edəcəksiniz? Hə? Mən bilirəm, o zaman da deyəcəksiniz ki, Türkiyə sərhədləri açsın, Rusiyanın Ermənistana təsirini azaltsın. Nə isə, heç özünüz də bilmirsiniz nə istəyirsiniz. Yəni mənim dediyim odur ki, sizin bu müraciət mənasız bir şeydir, heç bəhrəsi də olmayacaq. Özünüzü yormayın, Sizlər lazımsız... Hələ gediləsi uzun bir yol var... Moşu Göyəzənli demiş, nə deyirsən a, müharibə veteranı? Dao isə deyir ki, susmaq da olar... Nə isə...
|
Категория: Мои статьи | Добавил: ilka1 (08.04.2009) |
Просмотров: 553
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|