Çərşəmbə axşamı, 19.11.2024, 12:44
Приветствую Вас Qonaq | Регистрация | Вход
|
moü |
Наш опрос |
---|
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
|
Статистика |
---|
Online cəmi 3 Qonaq 3 İstifadəçi 0 |
|
Məqalələr
Xərçəngdən qorunmanın 10 yolu
1. Siqareti buraxın "Tüstüsüz Hava Proyekti"ni dəstəkləyin. Yalnız siqareti buraxaraq həyatınıza 10 il qata bilərsiniz. Bu il özünüz üçün bir addım atın, siqareti buraxmaq üçün səy nümayişin, professional bir kömək alın və tüstüsüz bir hava sahəsi meydana gətirin. 2. Tez - tez hekim müayinəsindən keçin İllik check-up proqramlarınızı təxirə salmayın. Qadın və kişiyə istiqamətli yoxlama testlərinizi mütləq etdirin. Unutmayın ki; bəzi xərçəng növləri erkən müəyyən olunduğunda yüzdə 90 və üzərində nisbətlə tamamilə yox edilə bilir. Ailəsində xərçəng xəstəsi olan, müəyyən bir yaşın üstündəki fərdlərin təyin olunaraq daha dəqiq araşdırmaların edilməsi lazımdır. 3. Artıq kilolardan xilas olun Çox kilo rəhm, kolon, sinə, yemək borusu və böyrək xərçəngi riskini artırır. Yüzdə 10 kilo itkisi isə adamı yüzdə 50lərə çatan nisbətdə xərçəng riskindən qoruyur. Aralıq dənizi tipi diyetin sağlam olduğu gedərək daha yaxşı aydın olur. Zeytunyağı, yaşıl qidalar, təzə məhsullar, bol lifli bəslənmə hər tip xərçəngi maneə törədə bilər. Yüksək kalorili, yağ məzmunu zəngin, lifi aşağı bəslənmə, xüsusilə mədə və bağırsaq xərçəngi baxımından risk meydana gətirir. 4. Aktiv olun Xərçəngdən qorunmanın ən yaxşı yollarından biri də aktiv bir həyat tərzidir. Gündə 10 min addım fəlsəfəsi hərəkətli bir həyat üçün məsləhətlidir. 5 gün boyunca 30 dəqiqə edilən məşqlə ciddi mənada xərçəngdən qoruna bilərsiniz. 5. Yaşıl qidaları artırın Edilən testlər həftədə 3 və ya 4 dəfə salat yeyilməsinin siqaretə bağlı ağciyər xərçəngi riskini azaltdığını göstərir. Çünki yaşıl tərəvəzlərdə hüceyrə təmirində vəzifə alan antioksidan molekullar bol miqdarda var. 6. Spirtdən uzaq durun 7. Yeməklərinizi rəngləndirin Son illərdə edilən bir test tərəvəzlərə və meyvələrə qırmızı, bənövşəyi və mavi rəngini verən antosiyanin adı verilən maddənin kolon xərçəngi riskini azaldır. 8. Qırmızı əti azaldıb, ağ ətə yönəlin Qırmızı ət, ehtiva etdiyi yüksək yağ nisbətiylə damar sərtliyi və bir çox xroniki xəstəliyə səbəb olar. Ağ ət istehlakı sağlam bir seçimdir. Yüksək hayvansal yağ istehlakı xərçəngə gətirib çıxarar. 9. Günəş işığından qorunun Dəri xərçəngi ən sıx görülən, amma bunun yanında ən sıx önlənə bilən xərçəng növləri arasındadır. Günəş işığı ehtiva etdiyi ultrabənövşəyi şüalarla dəriyə zərərli olduğundan çox günəş alan bölgələrin xüsusilə baş və boyun bölgəsinin ciddi şəkildə qorunması lazımdır. Kremlər, eynəklər və şapkalarla şüalardan qoruna bilərsiniz. 10. Əmizdirin Bütün ana namizədlərinin diqqətinə! Körpənizi nə qədər uzun müddət əmizdirsəniz, o qədər daha az döş xərçənginə tutularsınız.
|
Категория: Мои статьи | Добавил: Polat-Alemdar (08.04.2009) |
Просмотров: 522
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|