Çərşəmbə axşamı, 19.11.2024, 12:47
Приветствую Вас Qonaq | Регистрация | Вход

moü

Меню сайта
Категории раздела
Мои статьи [196]
Dini [140]
Поиск
Вход на сайт

Наш опрос
Saytın qiymətləndirilməsi
Bütün cavablar: 1693
Друзья сайта
Статистика

Online cəmi 3
Qonaq 3
İstifadəçi 0

Məqalələr


BƏHLUL DANƏNDƏ №10
Hamınızın bildiyi kimi, bu yaxınlarda məşhur “Forbes” jurnalı korrupsioner ölkələrin siyahısını açıqlayıb. Bizim Odlar Yudumuz bu siyahıda beşinci yerdədi. Özünü ağıllı hesab edən "Forbes"-ə görə dünyada Çad, Qırğızıstan, Kamboca, Zimbavedən sonra ən korrupsioner ölkə Azərbaycandır.

Dəyərli oxucularımıza korrupsiya sözünün mənasını açıb söhbətə başlamaq istərdim. Korrupsiya, latın sözü olub, “çirkinlik” mənasını verir. Ümumi anlamda da dövlət vəzifəsini tutarkən şəxsi mənfəətə xidmət etmək, çirkinlik, pozğunluq vəzifədən sui-istifadə kimi başa düşülür. Buraya təkcə rüşvət aid deyil. Məsələn, məmur istər pul müqabilində, istər başqa motivlərlə kimisə vəzifəyə qoymaqla, dövlət malını “ata malı” etməklə korrupsioner olur. Ən yayılmış korrupsiya halı isə (əslində beynəlxalq hesabatlarda əsas meyarlardan biri də budur) odur ki, vəzifəli şəxs dövlət sifarışını yerləşdirərkən, üstünlüyü daha münasib şərtə uyğun deyil, alınan “şapka”nın məbləğinə uyğun müəyyən edir. Yəni, rüşvət dediyimiz zad korrupsiyanın bir hissəsidir. Başqa sözlə hər rüşvət korrupsiyadır, hər korrupsiya isə rüşvət deyil.

Əslində adımızı jurnala salmaqla "Forbes" xətrimizə dəyib. Əvvəla ona görə ki, bizdə korrupsiya anlayışı yoxdu. Onun yerinə rüşvət terminini işlədirlər. Məmurlarımızın isə rüşvət alması ilə rastlaşmamışam. Bizdə məmurlara rüşvət verilmir, hörmət edilir. Əgər jurnal ən hörmətli ölkə olaraq Azərbaycanı birinci seçsəydi, daha məntiqli olardı. Yoxsa beşinci – nə o yanlıqdır, nə bu qanlıq.

Biz folklorumuza bağlı millətik. Bizdə rüşvət yoxdu. Hamı bir-birinə hörmət edir. Böyüyə (vəzifəcə) hörmət etməyən böyürə-böyürə qalar axı. Sadə vətəndaş kiçik məmura, kiçik məmur orta məmura, orta məmur böyük məmura, böyük məmur nəhəng məmura hörmət edir. Rüşvət yox haa, hörmət! Lütfən səhv salmayın.

Hörmətin rüşvət olmadığını sizə bir misalla izah edim. Tutaq ki, tələbəsən və saysız-hesabsız qaibin var. Semestr sonrası 4 imtahanın ikisindən kəsilmisən. Neyləməlisən? Müəllimə yalvar-yaxır edirsən, o da sənin bütün qüsurlarının üstünü örtür. Sən də bunun müqabilində ona hörmət edirsən. Məsələ bu qədər sadədir. Taa bunun harası rüşvətdir ki?

Qayıdaq "Forbes"-in məsələsinə. Deyirəm də, "Forbes" bizim xətrimizə dəyib. Korrupsiya bir az mənfi mənalı sözdür. Sanki, vicdanı olmayan insanlar mənasını verir. Ancaq bizim məmləkətdə belə şey yoxdu. Ona görə ki, bütün məmurlar vicdanlıdır. Onlar aldıqları hörmətim qarşılığını lazımınca verirlər. Əlbəttə, bəzi vicdansızları da var ki, işi görməyib pulu yeyirlər, amma bu daha çox istisnadır. Belələrini ifşa etmək, hər tinbaşı adlarını hallandırmaq lazımdır kui, xalq onları tanısın.

Həə, bunlara bir quş, keçək vicdanlılara. Vicdanlı məmur rüşvət almayan deyil, hörmət alıb bütün vədlərini yerinə yetirəndir. Bir də ki, "Forbes"-a başa salmaq lazımdır ki, məmurlar çörəkcidir. Biz də çörəyi çörəkciyə veririk.

Bilirəm, onsuz da nə qədər danışsaq, boşdur. "Forbes" adımızı korrupsioner siyahısından çıxarıb ən hörmətli ölkə siyahısına salmayacaq ki!

Hörmət bizim üçün artıq ənənəyə çevrilir. Bunun qarşısını heç nə ilə ala bilmərsən. Əgər sən onu qadağan etsən də, sadə vətəndaş vermək istədiyi hörməti onsuz da verəcək, məmur da alacaq. İşini qısa yolla həll etmək istəyənlər skafandr geyinib Xəzərin dibində də olsa görüşüb bir-birlərinə hörmət edəcəklər.

Категория: Мои статьи | Добавил: ilka1 (12.04.2009)
Просмотров: 497 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]